Yekun hesabat


Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Ofisi



Yüklə 117,86 Kb.
səhifə17/27
tarix04.01.2022
ölçüsü117,86 Kb.
#54857
1   ...   13   14   15   16   17   18   19   20   ...   27
Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Ofisi. Mart ayı ərzində növbəti görüş Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Ofisinin Milli Proqram rəhbəri xanım Nailə Səfərova ilə olub. Görüşdə ilk olaraq İTM və layihə haqqında məlumat verilib. Həmçinin aparılmış tədqiqat və yekunlar nəzərə çatdırılıb. Xanım N. Səfərova layihənin əhəmiyyətini xüsusilə qeyd edib və bunun çox vacib olduğunu söyləyib. Həmçinin o, layihə barədə məlumatların daha geniş yayılması və təbliğ edilməsinin zəruri olduğunu qeyd edib. Xanım N. Səfərova gələcək tədbirlərdə iştirak etmək arzusunu nəzərə çatdırıb. O, gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi məqsədilə əlavə görüşün təşkil edilməsini xahiş edib.


Keçirilmiş sorğular
İnflyasiyanın səviyyəsi hər ay respublika ərazisində aparılan sorğular vasitəsilə əldə edilmiş 51480 qiymət müşahidəsi əsasında hesablanıb. Sorğulara 2007-ci ilin yanvar ayından start verilib. Sorğular respublikanın 9 iqtisadi rayon, 21 şəhər və rayonunu əhatə edib. Qiymətlərin müşahidəsi isə 585 məhsul üzrə aparılıb. Sorğu anketləri ərzaq, qeyri-ərzaq və xidmət sahələri üzrə qruplaşdırılıb və hər ay hər bir rayonda müvafiq olaraq 4 məntəqədə, bütövlükdə 88 məntəqədə ayda 2 dəfə sorğu keçirilib. (Sorgu anketləri əlavə olunur.)
Dərc olunmuş məqalələr
ITM layihənin əhatə etdiyi aylar ərzində hər ay müxtəlif mətbu orqanlarda inflyasiya ilə bağlı məqalələr dərc etdirmişdir. Həmin məqalələr aşağıdakılardır:

  1. “Azərbaycanda inflyasiyanın hesablanmasına alternativ baxış”, “525-ci qəzet”, yanvar 2007

  2. “Azərbaycanda inflyasiyanın hesablanması metodologiyası: müsbət və mənfi tərəflər”, “Hesabat” Jurnalı, 17 fevral 2007-ci il, 06 (94).

  3. “Alternativ inflyasiyanın hesablanmasında xarici təcrübə”, “525-ci qəzet”, 17 mart 2007-ci il.

  4. “İnflyasiyanın sosial təsirləri”, “Ekspert” jurnalı, 4 (40), aprel 2007

  5. “Qiymətlər və gəlirlər: hansı irəlidədir”, “Ekspert” jurnalı, 5 (41), may 2007

  6. “Neft gəlirlərinin inflyasiyayaradıcı təsirinə ortadoksal baxış”, “Yeni iqtisadiyyat” jurnalı, avqust sayı 2007, www.yeni-iqtisadiyyat.com

  7. “İnflyasiya və qan təzyiqi”, “Ekspert” jurnalı, 7 (43), iyul 2007, www.ekspert.az

  8. “İnflyasiya: görünməz əl”, “Ayna” qəzeti, sayı 148(1582), 18 avqust 2007, http://www.ayna.az/rubric.php?id=22293

( Məqalələrin çap variantı əlavə olunur.)

Hazırlanmış tövsiyələr paketinə

dövlət qurumlarının münasibəti
İqtisadi Tədqiqatlar Mərkəzi layihə çərmivəsində “Son qiymət artımının monetar, qeyri-neft istehsal sektoruna və sosial siyasətə mənfi təsirinin yumşaldılması ilə bağlı” tövsiyələr paketi hazırlamış və aidiyyatı dövlət qurumlarına ünvanlamışdır. (Tövsiyyələr Paketi əlavə olunur). Həmin tövsiyələr paketinə bəzi dövləq qurumları münasibət bildirib. Həmin cavablarla aşağıda tanış ola bilərsiniz:


Yüklə 117,86 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin