2. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası. İqtisadi Tədqiqatlar Mərkəzi tərəfindən işlənilmiş və 29.01.2007-ci il tarixli, 14/07 saylı məktubunuzla təqdim olunan «Son qiymət artımının monetar, qeyri-neft istehsal sektoruna və sosial siyasətə mənfi təsirinin yumşaldılması ilə bağlı» Tövsiyələr Paketinə AHİK-in aparatında baxılmışdır.
İlk növbədə qeyd olunmalıdır ki, məktubda göstərilən problemlər işçilərin hüquqlarını qoruyan bir qurum kimi Azərbaycan həmkarlar ittifaqlarının da diqqət mərkəzindədir. Məlumdur ki, son qiymət artımı ilə əlaqədar AHİK öz təkliflərini Azərbaycan Hökumətinə təqdim etmiş və nəticə etibarı ilə onlar Azərbaycan Respublikası Prezidentinin bu məsələyə Aid sərəncamlarında nəzərə alınmışdır.
Bu nöqteyi-nəzərdən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası insanların yaşayış səviyyəsinin artırılması ilə bağlı hər hansı fəaliyyət təqdim edir, o cümlədən Sizin Mərkəz tərəfindən hazırlanmış «Tövsiyələr Paketi»ndə diqqətə layiq məqamların olduğunu qeyd edir.
Məlumat üçün bildiririk ki, təqdim olunmuş «Tövsiyələr Paketi»ndə əks olunmuş tədbirlərin çoxu 2005-ci ildə qəbul edilmiş «Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin fərmanında öz əksini tapmış və Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2006-2007-ci illər üçün bağlanmış Boş Kollektiv Sazişinə daxil edilmişdir.
Bu tədbirlərin həyata keçirilməsi AHİK-in nəzarəti altında saxlanılır və gələcəkdə də bu iş davam etdiriləcək.