3. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu. İqtisadi Tədqiqatlar Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış «Son qiymət artımının monetar, qeyri-neft istehsal sektoruna və sosial siyasətə mənfi təsirinin yumşaldılması ilə bağlı Tövsiyələr Paketi»nə aidiyyəti üzrə baxılmışdır.
Bildiririk ki, Azərbaycan bazar iqtisadiyyatı ölkəsidir və bütün sahələrdə bazar iqtisadiyyatı prinsiplərinin əldə rəhbər tutulması ölkəmizin iqtisadi uğurlarının başlıca səbəblərindəndir. Bu baxımdan qiymətləri tənzimlənən bəzi mal və xidmətlərin (elektrik enerjisinin, xidmətlərin, yanacağın) qiymətinin dəyişməsi ilə bağlı qərarlar obyektiv səbəblərə söykənir.
Eyni zamanda, yaşa görə əmək pensiyalarının baza hissəsinin 2007-ci ilin fevralın 1-dən 50 manata çatdırılması, sığorta hissəsinin isə 2006-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq indeksləşdirilməsi ölkədə enerji və kommunal sektorda aparılan islahatlarla bağlı müəyyən mal və xidmətlərin tariflərinin artmasının aztəminatlı əhalinin həyat şəraitinə təsirinin tənzimlənməsi məqsədilə qəbul olunmuş sosial paketin tərkib hissəsidir. Pensiyaların yuxarıda qeyd olunan qaydada artırılması dünya ölkələri praktikasında uğurla tətbiq olunan mexanizmlərdən sayılır. Keçirilmiş tədbirlər