Dünya Bankının Azərbaycan Nümayəndəliyi. Görüş Dünya Bankının ofisində Dünya Bankının ölkə üzrə iqtisadçısı cənab Rasim müəllimlə olub. Əsas müzakirə obyekti Azərbaycanda olan inflyasiya və Dünya Bankının inflyasiya haqqında proqnoz verərkən istifadə etdiyi metodlar olmuşdur. Əvvəcə Cənab Rasim Cəfərov Azərbaycanda olan inflyasiyanın səviyyəsindən öz narahatlığını bildirdi və Statistika komitəsinin açıqladığı rəqəmlərin reallığı əks etdirmədiyini dedi. O, Dünya Bankının inflyasiya proqnozlaşdırarkən əsasən elonometrik modellərdən istifadə etdiyini bildirib.