Azərbaycan Respublikasının Milli Bankı. 27 dekabr 2006-cı il tarixdə Milli Bankda görüş keçirilib. Görüşdə Milli Bankın Tədqiqat və Statistika Departamentinin İqtisadi Tədqiqat və proqnozlaşdırma sektorunun baş iqtisadçısı Əli Əhmədov və Şaiq Adıgözəlov iştirak ediblər. İlk olaraq layihə barədə onlara məlumat verilib. Milli Bankın əməkdaşları layihəyə olan maraqlarını qeyd ediblər. Həmçinin Milli Bank tərəfindən müəyyən monitorinqin həyata keçirildiyini söyləyiblər. Belə ki, Departamentin işçiləri 50 adda ərzaq məhsulları üzrə mütəmadi qiymətlərin qeydiyyatını aparırlar. Nəticələrin demək olar ki, Dövlət Statistika Komitəsinin məlumatların ilə üst-üstə düşdüyü barədə məlumat verilib. Həmçinin qeyd olundu ki, Milli Bank 4 istiqamətdə qiymətlərin dəyişməsini izləyir. Milli Bankın əməkdaşları layihənin gedişi barədə onlara mütəmadi məlumat verilməsini xahiş ediblər və qeyd etdilər ki, təşkilatla istənilən əməkdaşlığa hazırdılar.