5. 01 may 2007-ci il tarixdə Gəncə şəhərində “Alternativ inflyasiya metodologiyasının işlənilməsi” mövzusunda seminar təşkil olunmuşdur. Seminarda aidiyyatı dövlət qurumlarının (İqtisadi İnkişaf Nazirliyinin regional şöbəsinin, Dövlət Statistika Komitəsi Gəncə şəhər idarəsinin) bölgə nümayəndəlikləri, biznes qurumları (Aqro-biznes Assosiasiyasını), banklar (Beynəlxalq Bank, Kapital Bank, Respublika Bank), sığorta şirkətləri, yerli QHT və KİV nümayəndələri iştirak edib. Tədbirdə layihənin koordinatoru Qubad İbadoğlu «Alternativ inflyasiya metodologiyasının işlənilməsi» mövzusunda təqdimatla çıxış etmişdir. Tədbirdə sonra isə Q.İbadoğlu «Kəpəz TV» televiziyasına geniş masahibə verib. Seminar barəsində www.ganca.az , www.day.az və www.apa.az internet portallarinda məlumatlar yayılıb.