Beynəlxalq Valyuta Fondu. Görüş BVF-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab B. Zavoyko ilə onun ofisində olub. O, layihənin əhəmiyyətli olduğunu bildirib və qeyd edib ki, hal-hazırda müxtəlif təşkilatlar bununla maraqlanırlar. B.Zavoyko The American Chamber of Commerce in Azerbaijan (AmCham) təşkilatının da bu işlə məşğul olduğunu bildirib. Cənab Zaboyko qeyd edib ki, BVF hal-hazırda inflyasiyanın qiymətləndirilməsi üçün tətbiq edilən və ev təsərrüfatlarının istehlakına əsaslanan metodologiyadan əmtəə dövriyyəsinə əsaslanan metodologiyaya keçidi təklif edir. Sonda o, layihənin gedişi və əldə olunacaq nəticələrlə BVF-nin də məlumatlandırılmasını xahiş edib.