Yekun hesabat


Nəticə.......................................................................................................................10



Yüklə 55,71 Kb.
səhifə2/5
tarix24.11.2023
ölçüsü55,71 Kb.
#134041
1   2   3   4   5
turizm

Nəticə.......................................................................................................................10


FƏSİL I. "FİESTA GROUP" MMC
1.1 Şirkət haqqnda ümumi məlumat
"FİESTA GROUP" MMC Azərbaycan qida sektoruda xüsusi pay sahibi olmuş və son dövlərdə inkişaf etmiş şirkətlər sırasında ilk pillələrdə qərarlaşmaqdadır. Şirkət süd və süd məhsulları istehsalı üzrə ixtisaslaşmışdr. Şirkətin məhsulları Bakı, eləcə də şəhər ətrafı böyük supermaket və hipermarketlərin vitrinlərində öz yerini tutur.
"FİESTA GROUP" MMC 2020 – ci ildə yaradılmış, qısa müddət ərzində süd və süd məhsulları istehsalı üzrə qida sektorunda öz yerini almışdır. Bazarda bu kimi məhsullarla çıxış edən müəssisələrlə bilavasitə rəqabət aparmağa başlamışdır.
1.2 İstehsal edilən məhsullar və satış
Şirkətin itehsal etdiyi məhsullar sırasına süd, pendir, kəsmik və s. süd və süd məhsulları daxildir ki, bu məhsullar həm satıcı firmalar həm də istehlakçılar tərəfindən bəyənilmiş və istifadə edilməkdədir. Şirkət paxtaxtımızın eləcə də şəhərətrafı böyük supermarketlər və hipermarketlərdə satışdadır. Bravo, Neptun, Bizim Market, Araz və s. marketlər şəbəkələrinin vitrinlərində bu müəssisənin məhsullarını asanlıqla tapmaq mümküdür.
Müəssisə Bakı şəhəri Binəqədi r-nu, Dərnəgül şosesi, məhəllə 2096 ünvanında yerləşir.
FƏSİL II. İstehsalat təcrübəsi
2.1 Təcrübə zamanı öyrəndiklərim
Südü, xamanı, qaymağı daşımaq üçün metal qablardan və yaxud perqamentlə möhkəm qablaşdırılmış metal qablardan (flyaqamehitərə) istifadə olunur. Bu məhsullardan üzün, yağın tökülməməsi üçün qablar ağzına qədər doldurulur. Yağ yeşikdə və yaxud boçkada daşınır. Daşınma vaxtı 2 saatdan çox olmamalıdır.
Dondurulmuş ət və süd məhsulları stellajda 2oC-dən yuxarı olmayan temperaturda saxlanılır.
Süd məhsulları növlərinə görə sortlara ayrılır və yeşikdə ayrıca saxlanılır. Soyudulmuş balıqlar daxil olduğu müəssisədə tarada stellajın üzərində yerləşdirilir. Onların saxlanma müddəti 4oC-yə yaxın temperaturada 2-3 gün, daha aşağı temperaturada 7 günədəkdir. Xırda dondurulmuş balıqlar tarada, stellajlarda saxlanılır (çəlləkdə, yeşikdə, torbada, səbətdə), iriləri isə qarmaqdan asılır və yaxud stellaja yerləşdirilir. Saxlanma müddəti – 2oC temperaturada 3 gündür.
Turşudulmuş süd məhsulları metal çəlləklərdə və yaxud mehtərdə (flyaqa) saxlanılır. Qatıq və ayran xüsusi qablarda yerləşdirilir. Qablar hər gün yuyulur və qaynadılır. Onları gətirən kimi süzmək lazımdır, xamanı torbada qoymaq və saxlamaq olmaz!
Kərə yağı və əridilmiş yağ, həmçinin yeyinti yağları tarada saxlanılır və kəskin iyli məhsullardan təcrid edilir. İri pendirlər tarasız, xırdalar isə tarada və yaxud təmiz taxta döşəmədə saxlanılır. Pendirin başı təmasda olmamalıdır. Əgər pendir saxlanma zamanı kiflənirsə və ya seliklənirsə, onda onu xörək duzunun 8% məhlulu ilə isladılmış təmiz salfetlə silmək lazımdır.
Xüsusi tez xarab olan məhsulların saxlanma müddəti və satılması baş dövlət sanitar həkiminin müavini tərəfindən təsdiq olunmuş sanitar qaydalar ilə müəyyən olunur. Dənəvər (səpələnən) məhsullar qapaqlı iri sandıqlarda və yaxud torbada, rəfdə saxlanılır. Torbalar üst-üstə 8 dənə olmaqla yerləşdirilir. Qənd və duz saxlanma zamanı kəskin iylənən və nəm məhsullardan təcrid olunur.
Qida məhsulları satışa və yaxud emala daxil olmazdan əvvəl, onlar iaşə müəssisələrində bir müddət saxlanılır. Tez xarab olan məhsulların saxlanma şəraiti və müddətinin mühüm gigiyenik əhəmiyyəti vardır. Bu məhsulları soyuducu kameralarda aşağı temperaturada saxlamaq lazımdır.

Yüklə 55,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin