2.5 Süd məhsullarının satış xüsusiyyətləri Satışda olan süd məhsulları haqqında aşağıdakı məlumatlar müvafiq qaydada istehlakçıların nəzərinə çatdırılmalıdır:
malın adı, onun qiyməti;
istehsalçının yerləşdiyi yer (hüquqi ünvanı), firma adı, tələblərin (iradların) verildiyi, təmir və ya texniki xidmət göstərən təşkilatın adı, yerləşdiyi ünvan;
malın məcburi tələblərə uyğunluğunu təsdiq edən sertifikatın və ya digər texniki normativ sənədin işarəsi;
malın əsas xüsusiyyətləri və istehlak xassələri (tərkibi, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı);
malın səmərəli və təhlükəsiz istifadəsi qaydaları və şərtləri;
yararlılıq müddəti;
qida məhsullarının tərkibinə daxil olan inqrediyentlər, qida əlavələri;
qida dəyərliliyi (kaloriliyi, zülalın, yağın, karbohidratların, vitaminlərin, makro və mikro elementlərin miqdarı) çəkisi, yaxud həcmi;
təyinatı və tətbiqi sahəsi (uşaq yeməkləri, diyetik yeməklər və bioloji aktiv maddələr);
hazırlanma üsulu (konsentratlar və yarımfabrikatlar üçün) və təyinatı (uşaq qidaları və diyetik qida);
saxlanma şərtləri (saxlanma şəraitinə məcburi tələblər müəyyən edilən mallar üçün);
istehsal tarixi və qablaşdırılma tarixi;
əks göstərişlər (müxtəlif növ xəstəliklərlə əlaqədar qidanın qəbulu mənfi təsirlərlə nəticələnə bilərsə, bu haqda məlumat);
dövlət qeydiyyatı.
Nəticə Mən, Alızadə Oktay Azərbaycan Turizm və Menecment Universitetində "Nəqliyyat servisi" ixtisası üzrə təhsil almış və istehsalat təcrübəsi keçmək üçün "FİESTA GROUP" MMC – də təcrübəçi olaraq çalışmağa başlamışam.
İstehsalat təcrübəsi zamanı çalışdığım şirkətdə ixtisasım üzrə fəaliyyət göstərmiş və məhsulların daşınması işinin təşkili üzrə lazımi biliklərə yiyələnmişəm. Şirkətdə gördüyüm işlər sırasına hazır məhsulların sartış məntəqələrinə daşınması daxil olmuşdur ki, süd və süd məhsullarının daşınması zamanı bir sıra amilləri xüsusi olaraq nəzərə almaq lazımdır.
Məhsul tez xarab olandır
Məhsulun daşınması maksimum sürətli olmalıdır
Məhsul soyuducuda daşınmalıdır və s.
İstehsalat təcrübəsi müddətində süd və süd məhsulları eləcə də digər qida məhsullarının istehsalı, saxlanılması və daşınması haqqında bir sıra praktiki biliklərə yiyələnmiş və gələcək karyeramda istifadə edə biləcəyim lazımi məlumatlara sahib olmuşam.
Qida və süd məhsullarının daşınması zamanı bir sıra çətinliklər yaşanır ki, bu çətinliklərin yaşanma səbəbi məhsulun tez xarab olan olmasıdır. Məhsul avtomobil nəqliyyatı ilə daşınan zaman, bu məhsulu daşıyan nəqliyyat vasitəsinin yollarda tıxaclarda qalması gecikmələrə səbəb olur. Bu gecikmələrin olmaması üçün və məhsulun daha tez çatdırılması üçün daşınma xidmətini yollara avtomobillərin az olduğu zamanlarda təşkil etmək daha məqsədəuyğundur.
Hazır məhsulun istehlak müəssisələrinə və satış məntəqələrinə aparılması gün ərzində 2–3 dəfə təşkil olunmalı olduğu üçün daşınma saatlarını günün pik olmayan saatlarında həyata keçirmək lazımdır.