Yekun hesabat



Yüklə 117,86 Kb.
tarix21.10.2017
ölçüsü117,86 Kb.
#7097

ALTERNATİN İNFLYASİYA METODOLOGİYASININ İŞLƏNİLMƏSİ” LAYİHƏSİ ÜZRƏ



YEKUN HESABAT


Baki –avqust 2007

Alternativ inflyasiya metodologiyasının işlənilməsi”



Layihəsi
İqtisadi Tədqiqatlar Mərkəzi 2006-cı ilin noyabr ayından başlayaraq ABŞ Beynəlxalq İnkiçaf Agentliyinin (USAİD) maliyyə, Dünyanı Öyrənmək (World Learning) təşkilatının təşkilati dəstəyi ilə “Alternativ inflyasiya metodologiyasının işlənilməsi” layihəsini həyata keçirməyə başlayıb. Layihənin keçirilməsində məqsəd hökumətin mövcud antiinflyasiya siyasətini gücləndirmək, inflyasiyanın yoxsulluq səviyyəsinə təsirini müəyyənləşdirmək və onu ölçmək üçün alternativ metodologiyanı hazırlamaq idi. Layihə çərçivəsində təsdiq olunmuş fəaliyyət plani əsasında həyata keçirilmiş tədbirlər və görülmüş işlərlə aşağıdakılardan ibarət olub.
Keçirilmiş görüşlər və dialoqlar


  1. Əmlak Bazarı İştirakçıları İctimai Birliyi. Bu təşkilat statistika komitəsinə alternativ olaraq əmlak bazarı və tikinti materialları üzrə qiymət artımını (inflyasiyanı) hesablayır. Misal üçün göstərək ki, bu təşkilatın tikinti materialları bazarındakı qiymət artımı üzrə hesabladığı göstəricilər statistika komitəsinin hesabladığı göstəricilərdən çox fərqlənir. Bu səbəbləri nəzərə alaraq bu təşkilatın metodologiyasını öyrənmək və fikir mübadiləsi aparmaq məqsədiylə görüşün keçirilməsinə qərar verildi. Görüşdə təşkilatın sədri Nüsrət İbrahimov və inflyasiya üzrə eksperti iştirak edirdi. Görüşdə əsasən Tikinti Materialları Bazarında qiymət artımı və hesablanması metodologiyası müzakirə olunub.

  2. Dünya Bankının Azərbaycan Nümayəndəliyi. Görüş Dünya Bankının ofisində Dünya Bankının ölkə üzrə iqtisadçısı cənab Rasim müəllimlə olub. Əsas müzakirə obyekti Azərbaycanda olan inflyasiya və Dünya Bankının inflyasiya haqqında proqnoz verərkən istifadə etdiyi metodlar olmuşdur. Əvvəcə Cənab Rasim Cəfərov Azərbaycanda olan inflyasiyanın səviyyəsindən öz narahatlığını bildirdi və Statistika komitəsinin açıqladığı rəqəmlərin reallığı əks etdirmədiyini dedi. O, Dünya Bankının inflyasiya proqnozlaşdırarkən əsasən elonometrik modellərdən istifadə etdiyini bildirib.

  3. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (2 görüş). Dövlət Statistika Komitəsinin Qiymət Statistikası şöbəsinin müdiri Natella xanım Quliyeva ilə iki görüş keçirilib. Birinci görüş zamanı rəsmi statistikanın toplanması və işlənilməsi metodologiyası barədə müzakirələr aparılmışdır. Xanım N. Quliyeva ərzaq, qeyri-ərzaq və xidmətlərin qiymətlərinin toplanılması zamanı rayonların sayının bu ildən etibarən artırıldığı, ticarət mərkəzlərinin isə Vergilər Nazirliyinin məlumat bazası əsasında seçildiyini bildirib. O, həmçinin rəsmi statistikanın düzgünlüyünə əmin olduğunu və bunun beynəlxalq standartlara uyğun gəldiyini söylədi. İkinci görüş zamanı N. Quliyeva ilə rəsmi və beynəlxalq qiymətləndirmələrdə uyğunsuzluğun səbəbləri barədə müzakirələr aparılıb. O, BVF, AİB və AƏİT ekspertlərinin fikirlərini reallıqdan uzaq olduğunu, rəsmi statistikanın tam olduğunu qeyd edib. Xanım N. Quliyeva istifadə edilmiş ekonometrik modellərdə asılı dəyişənlərin düzgün seçilmədiyi fikrini irəli sürüb. O, əməkdaşlığa hazır olduğunu, sonrakı müzakirələrdə də iştirak edəcəyini də qeyd edib.

  4. Beynəlxalq Valyuta Fondu. Görüş BVF-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab B. Zavoyko ilə onun ofisində olub. O, layihənin əhəmiyyətli olduğunu bildirib və qeyd edib ki, hal-hazırda müxtəlif təşkilatlar bununla maraqlanırlar. B.Zavoyko The American Chamber of Commerce in Azerbaijan (AmCham) təşkilatının da bu işlə məşğul olduğunu bildirib. Cənab Zaboyko qeyd edib ki, BVF hal-hazırda inflyasiyanın qiymətləndirilməsi üçün tətbiq edilən və ev təsərrüfatlarının istehlakına əsaslanan metodologiyadan əmtəə dövriyyəsinə əsaslanan metodologiyaya keçidi təklif edir. Sonda o, layihənin gedişi və əldə olunacaq nəticələrlə BVF-nin də məlumatlandırılmasını xahiş edib.

  5. Beynəlxalq Valyuta Fondu (Washington D.C.). Washingtonda səfərdə olan qrupun 2 uzvü (Qubad İbadoğlu və Fuat Rəsulov) 27 noyabr 2006-cı il tarixdə Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Vitali Kramarenko ilə göruşmüş və layihə barədə onu məlumatlandırmışdır. Layihənin nəticələrinə böyük ümidlər bəslədiyini bildirən cənab Kramarenko, onun ilkin nəticələri və gedişinə dair Beynəlxalq Valyuta Fondununu Azərbaycandakı nümayəndəliyinin və paralel olaraq onun məlumatlandırılmasını xahiş edib.

  6. Dünya Bankı (Washington D.C.). Washingtonda səfərdə olan qrupun 2 uzvü (Qubad İbadoğlu və Fuad Rəsulov) noyabrın 27-də və 29-da Dünya Bankının mərkəzi ofisində 2 gorüş keçirmişdir. Birinci görüş noyabrın 27-də Dünya Bankının Azərbaycan, Qırğızıstan, Polşa, Serbiya, İsveç, Tacikistan, Türkmənistan, Özbəkistan üzrə İcraçı Direktoru, Dünya Bankının Müşahidə Şurasının üzvü cənab Michel Mordasini ilə gorüşmüş və layihə barədə onu məlumatlandırmışdır. Layihənin gedişini nəzarətdə saxlayacağına bildirən cənab Michel Mordasini onun dövrü nəticələrinə dair daimi olaraq məlumat almaqda da marağı oldugunu bildirib. İkinci görüş noyabrın 29-da Dünya Bankının Cənubi Qafqaz üzrə aparıcı iqtisadçısı, Avropa və Mərkəzi Asiya Departamentinin Cənubi Qafqaz komandasının üzvü cənab Christian Peterson və Avropa və Mərkəzi Asiya Departamentinin Azərbaycan üzrə Yoxsulluğun Azaldılması və İqtisadi İdarəetmə komandasının böyük iqtisadçısı cənab Christos Kostopoulos ilə keçirilib. Onların hər ikisi bu layihəyə böyük umidlər bəslədiyini bildirib və söz veriblər kiç Bakıya nəzərdə tutulan missiyalarında tədqiqat qrupu ilə gorüşəcəklər. Cənab Christos Kostopoulos bu layihənin davamlı olmasını arzulayb, cənab Christos Kostopoulos isə bu layihə ilə yanaşı yoxsulluğun da səviyyəsinin alternativ hesablanmasının vacibliyini vurğulayıb.

  7. Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyi. 26 dekabr 2006-cı il tarixində Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyində görüş keçirilmişdir. Görüşdə İqtisadi İnkişaf nazirliyinin İqtisadi siyasət və proqnozlaşdırma departamentinin direktoru Şahin Sadıqov və Makroiqtisadi təhlil və proqnozlaşdırma sektorunun müdiri Ədalət Muradov iştirak edib. İlk olaraq layihə barədə onlara qısa məlumat verilib. Layihənin məqsədi, nəzərdə tutulan tədbirlər haqqında təqdimat olub. Ş. Sadıqov hər bir hal üçün alternativ məlumatın vacibliyini qeyd edib. O, İİN olaraq bu qiymətləndirmənin nəticələri ilə maraqlandıqlarını söyləyib. Ş.Sadıqov sonda nəticələr barədə onları məlumatlandırmağı xahiş edib. O, qeyd edib ki, əgər təklif olunan metodologiya və qiymətləndirmə kifayət qədər əsaslandırılmış olarsa, İİN gələcək proqnozlaşdırmalarda onlardan istifadə edəcək.

  8. Azərbaycan Respublikasının Milli Bankı. 27 dekabr 2006-cı il tarixdə Milli Bankda görüş keçirilib. Görüşdə Milli Bankın Tədqiqat və Statistika Departamentinin İqtisadi Tədqiqat və proqnozlaşdırma sektorunun baş iqtisadçısı Əli Əhmədov və Şaiq Adıgözəlov iştirak ediblər. İlk olaraq layihə barədə onlara məlumat verilib. Milli Bankın əməkdaşları layihəyə olan maraqlarını qeyd ediblər. Həmçinin Milli Bank tərəfindən müəyyən monitorinqin həyata keçirildiyini söyləyiblər. Belə ki, Departamentin işçiləri 50 adda ərzaq məhsulları üzrə mütəmadi qiymətlərin qeydiyyatını aparırlar. Nəticələrin demək olar ki, Dövlət Statistika Komitəsinin məlumatların ilə üst-üstə düşdüyü barədə məlumat verilib. Həmçinin qeyd olundu ki, Milli Bank 4 istiqamətdə qiymətlərin dəyişməsini izləyir. Milli Bankın əməkdaşları layihənin gedişi barədə onlara mütəmadi məlumat verilməsini xahiş ediblər və qeyd etdilər ki, təşkilatla istənilən əməkdaşlığa hazırdılar.

  9. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Dekabr ayı ərzində Statistika Komitəsinin Qiymət Departamentinin müdürü Natella xanımla Quliyeva ilə görüşlər davam etdirilmişdir. Bu görüşlərdə əsas məsələlər Statistika Komitəsinin inflyasiyanı hesablayarkən istifadə etdiyi istehlak səbəti və regionların xüsusi çəkisi olmuşdur. Məlum olmuşdur ki, istehlak səbətinə 585 növ məhsul daxildir. Bunlardan 151-i ərzaq, 111-i geyim, 22-si tikinti materialları, 174-ü məişət avadanlıqları və digər ləvazimat və 127-si xidmət sahəsinə aiddir. Statistika komitəsinin metodologiyasına görə regionların çəkisi regionlarda yaşayan əhalinin sayına görə hesablanır. Lakin bu fikir layihədə iştirak edən ekspertlər qrupu tərəfindən bəyənilməmişdir. Burada əsas etiraz regionlar üzrə əhalinin sayının düzgün hesablanmaması olmuşdur. Layihənin ekspertləri regionların çəkisini hesablayarkən pərakəndə əmtəə dövryyəsi və göstərilən xidmət həcminə görə hesablanmasını yeni metodologiya olaraq təklif etmişdir və regionların xüsusi çəkisi bu metodla hesablanmışdır.

  10. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. 12 yanvar 2007-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş keçirilmişdir. Görüşdə Əmək siyasəti şöbəsinin baş məsləhətçisi İsgəndərova Xanım və ünvanlı sosial yardımlar şöbəsinin baş məsləhətçisi Musayeva Aygün iştirak etmişdir. İlkin olaraq, Nazirliyin əməkdaşlarına layihə haqqında geniş məlumat verilmişdir. Görüşdə əsas müzakirə mövzusu Azərbaycanda mövcud olan qiymət artımı və onun əhalinin həyat səviyyəsinə təsir imkanları olub. Nazirliyin əməkdaşları qeyd etdilər ki, onlar hal-hazırda nazirlikdə yaradılmış işçi qrupu son qiymət artımının ölkənin yürütdüyü ünvanlı sosial siyasət proqramına təsir gücünün qiymətləndirilməsi ilə məşğuldur və qiymətləndirmələrin nəticəsində onlar nazirliyin müvafiq sahədə dəyişikliyə məruz qalacaq istiqamətləri müəyyənləşdirirlər. Məsləhətçilər nazirliyin inflyasiya və digər makroiqtisadi informasiyaları operativ əldə edə bilməmələri barədə gileyləndilər. Nazirlik iştirakçıları DSK-nin təqdim etdiyi rəqəmlərdə müəyyən təhriflərə yol verildiyini etiraf etdilər və qeyd etdilər ki, çox zaman onlar DSK-dan təkrar məktublar alırlar və həmin məktublarda qeyd edilir ki, DSK tərəfindən təqdim edilmiş əvvəlki məlumatlarda bəzi dəyişikliklər edilmişdir. Nazirlikdə əhalinin gəlirlərinin artımının inflyasiya olan təsirlərinin qiymətləndirməklə bağlı heç bir hesablamalar aparılmır. Sonda nazirlik nümayəndələri layihə haqqında maraqlı olduqlarını bildirdilər və qeyd etdilər ki, onlar böyük məmnuniyyətlə layihənin nəticələrini əldə etmək istərdilər.

  11. Vergilər Nazirliyi. 15 yanvar 2007-ci il tarixində Vergilər Nazirliyində görüş olub. Görüş Vergi siyasəti və strateji tədqiqatlar idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Akif Musayevlə olub. Görüşdə əsas diqqət son qiymət artımı və onun nəticələrinə yetirildi. A. Musayev qiymət artımının sonra müşahidə olunacaq multiplikativ təsirindən narahat olduğunu bildirib. O, alternativ fikrin olmasını dəstəkləsə də, qeyd etdi ki, hər bir fikir təkliflərlə yekunlaşmalıdır. Akif Musayev büdcə yükünün artırılmasını da inflyasiyanın qarşısının alınması istiqamətində dövlətin tədbiri kimi xarakterizə etdi. O, ümumi nəticədə əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinə, sosial ödəmələrin yoxsulluqdan müdafiə qabiliyyətinin yüksəldilməsinə xüsusi olaraq diqqət yetirilməsinin də zəruriliyi qeyd edib.

  12. Milli Məclisin İqtisadi siyasət Daimi Komissiyası. 23 yanvar 2007-ci il tarixdə Milli Məclisin İqtisadi siyasət Daimi Komissiyasının sədr müavini Azər Əmiraslanovla görüş olub. Adəti üzrə A. Əmiraslanova layihə barədə qısa məlumat verilib. Daha sonra o indiyə qədər görülmüş işlər və əldə olunmuş ilkin nəticələr barəsində məlumatlandırılıb. A. Əmiraslanov layihənin maraqlı və aktual olduğunu qeyd edərək, yekun nəticələr barədə onun da məlumatlandırılmasını xahiş edib.

  13. Maliyyə Nazirliyi. 26 yanvar 2007-ci il tarixdə Maliyyə Nazirliyinin “Vergi siyasəti və gəlirlər” şöbəsinin müdir müavini Fikrət Şirinovla görüş keçirilib. Görüşdə layihə haqqında geniş məlumat verilərək diskussiyaya başlanılıb. Maliyyə Nazirliyinin nümayəndəsi bildirdi ki, nazirlik inflyasiyanın hesablanması və proqnozu ilə birbaşa məşğul olmur. Lakin büdcə proseslərini proqnozlaşdırmaq məqsədilə nazirlik inflyasiya kimi əsas makroiqtisadi göstəricilərin proqnozunu İqtisadi İnkişaf Nazirliyindən əldə edir. Nümayəndənin dediyinə görə Maliyyə Nazirliyi IQI-nin cari göstəricilərini Milli Bankdan əldə edir. Həmçinin Maliyyə Nazirliyinin bir sıra mütəxəssisləri BP-nin maliyyələşdirdiyi Oksford məktəbinin proqnoz modellərindən istifadə edərək büdcə proseslərini proqnozlaşdırırlar. Lakin nümayəndə, inflyasiyanın bu gün Azərbaycan üçün çox ciddi iqtisadi problemlərdən biri olmasını etiraf edərək söylədi ki, bu problemin həllinə yardımçı olmaq məqsədilə MN büdcə xərclərinin artırılması məsələsinə çox həssaslıqla yanaşır. O qeyd etdi ki, MN çalışır ki, bundan sonra büdcə xərclərinin tərkibində elə növ xərclər artırılsın ki, həmin xərclər ölkədə inflyasiya yaratmasın. Bu xərclərin əsas hissəsi kimi investisiya yönümlü xərclərin artırılması xüsusilə vurğulandı. Sonda nazirlik nümayəndəsi layihə haqqında maraqlı olduğunu bildirdi və qeyd etdi ki, MN məmnuniyyətlə layihənin nəticələrini əldə etmək istərdi.

  14. İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzi. 27 yanvar 2007-ci ildə İTM ofisində İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin elmi-tədqiqat şöbəsinin müdiri, i.e.d. Rövşən Quliyevlə görüş keçirilib. Görüşün əsasında Rövşən müəllim layihə ilə tanış oldu. Öz tərəfindən Rövşən Quliyev öz elmi və pedaqoji işi çərçivəsində Azərbaycanda inflyasiyanın evrist (эвристический метод) metodla hesablanmasının istiqamətindən danışdı. Görüşün əsasında Rövşən Quliyevlə gələcək əməkdaşlığın qurulıması istiqamətində öz nəzəriyyəsini tamamladığı halda yekun nəticələri bizimlə bölüşəcək.

  15. Dövlət Statistika Komitəsi. 5 fevral 2007-ci ildə Dövlət Statistika Komitəsinin “Qiymət siyasəti” şöbəsinin müdiri Natella Qasımova ilə növbəti görüş keçirilib. Görüşdə tədqiqat qrupunun üzvləri layihə haqqında geniş məlumat verərək həyata keçiriləcək tədbirlərdən danışmış və sahədə DSK ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

  16. Nazirlər Kabineti. Fevral ayında növbəti görüş İTM ofisində 08 fevral 2007-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat şöbəsinin müdiri Oqtay Haqverdiyevlə oldu. Görüşdə ilk olaraq cənab Haqverdiyevə layihə barədə məlumat verildi. Həmçinin o görülmüş işlər və aparılmış müzakirələrə dair məlumatlandırıldı. Cənab Haqverdiyev inflyasiyanın səviyyəsinin düzgün hesablanmasının xüsusilə əhəmiyyətli olduğunu qeyd etdi və söylədi ki, hökumət bu istiqamətdə problemlərlə qarşılaşmışdır. Belə ki, ötən il üçün daxili istifadə məqsədilə inflyasiyanın hesablanmış səviyyəsi elan edildiyindən yüksəkdir. Həmçinin cənab Haqverdiyev istehlak səbətində məhsulların sayının çox olduğunu qeyd etdi və azaldılmasının zəruriliyini vurğuladı. Haqverdiyev 70 məhsuldan ibarət kiçik bir səbətin qeyri-rəsmi olaraq formalaşdırıldığını və bu məhsullar əsasında da qiymətlərin dinamikasının müşahidə edildiyini qeyd etdi. Sonda Haqverdiyev layihə barədə onun daima məlumatlandırılmasını və nəticələrinin ona da çatdırılmasını xahiş etdi.

  17. Beynəlxalq Valyuta Fondu. 27 fevral 2007-ci ildə Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri canab Vitali Kramarenko ilə görüş olub. Hyatt Regency otelində keçirilən görüşdə tədqiqat qrupunun üzvləri layihənin ilkin nəticələrini təqdim etdikdən sonra cənab Kramarenkonun ölkədəki sosial-iqtisadi vəziyyətlə bağlı suallarını cavablandırıblar.

  18. USAID-in Dövlət İnvestisiya Siyasəti (DIS) layihəsi. Fevral ayında növbəti görüş USAID-in Dövlət İnvestisiya Siyasəti layihəsinin rəhbəri Yanuş Şimerlə oldu. Görüşdə layihə tədqiqatçıları özlərini təqdim etdilər. Sonra layihə haqqında geniş məlumat verildi və mərkəzin 2007-ci ilin yanvar ayı üçün hesabladığı inflyasiya səviyyəsi qeyd edildi. Cənab Yanuşu layihədə maraqlandıran və bir növ heyrətə gətirən məsələ o oldu ki, biz (ITM) istehlak qiymətləri indeksini hesablamaq üçün ölkənin 16 regionunda qiymət müşahidəsi aparırıq və hər raund üçün istehlak səbətində olan əmtəə və xidmətlərin təqribən 50 000 qiymət ssenarisini müşahidə edirik. Bundan əlavə, cənab Yanuş müzakirə zamanı bir sıra təklif və tövsiyələr də irəli sürdü.

  19. AMCHAM. Mart ayında AMCHAM-ın icraçı direktoru N.Nəsrullayeva ilə görüş keçirilib. Görüşdə ilk olaraq ona İqtisadi Tədqiqatlar Mərkəzi və inflyasiyanın alternativ hesablanması layihəsi barədə ətraflı məlumat verilib. Bu yöndə qarşı tərəf layihənin əsas məqsədləri, yerinə yetirilmiş işlər və nəzərdə tutulan tədbirlər barədə məlumatlandırılıb. N. Nəsrullayeva layihənin xüsusi əhəmiyyət daşıdığını qeyd edib və bu informasiyanın palatanın üzvü olan təşkilatlar üçün də maraq kəsb etdiyini söyləyib. N. Nəsrullayeva AMCHAM tərəfindən də bu istiqamətdə müəyyən işlərin görüldüyünü söyləyib, lakin onların həyata keçirdiyi layihənin əhatə dairəsinə görə hər iki işin professionallıq baxımından müqayisə edilə bilinməyəcəyini qeyd edib. N. Nəsrullayeva layihənin gedişi barədə onları daima məlumatlandırmağı xahiş edib və nəzərdə tutulan müzakirələrdə iştirak etmək arzusunda olduqlarını bildirib.

  20. Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Ofisi. Mart ayı ərzində növbəti görüş Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Ofisinin Milli Proqram rəhbəri xanım Nailə Səfərova ilə olub. Görüşdə ilk olaraq İTM və layihə haqqında məlumat verilib. Həmçinin aparılmış tədqiqat və yekunlar nəzərə çatdırılıb. Xanım N. Səfərova layihənin əhəmiyyətini xüsusilə qeyd edib və bunun çox vacib olduğunu söyləyib. Həmçinin o, layihə barədə məlumatların daha geniş yayılması və təbliğ edilməsinin zəruri olduğunu qeyd edib. Xanım N. Səfərova gələcək tədbirlərdə iştirak etmək arzusunu nəzərə çatdırıb. O, gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi məqsədilə əlavə görüşün təşkil edilməsini xahiş edib.


Keçirilmiş sorğular
İnflyasiyanın səviyyəsi hər ay respublika ərazisində aparılan sorğular vasitəsilə əldə edilmiş 51480 qiymət müşahidəsi əsasında hesablanıb. Sorğulara 2007-ci ilin yanvar ayından start verilib. Sorğular respublikanın 9 iqtisadi rayon, 21 şəhər və rayonunu əhatə edib. Qiymətlərin müşahidəsi isə 585 məhsul üzrə aparılıb. Sorğu anketləri ərzaq, qeyri-ərzaq və xidmət sahələri üzrə qruplaşdırılıb və hər ay hər bir rayonda müvafiq olaraq 4 məntəqədə, bütövlükdə 88 məntəqədə ayda 2 dəfə sorğu keçirilib. (Sorgu anketləri əlavə olunur.)
Dərc olunmuş məqalələr
ITM layihənin əhatə etdiyi aylar ərzində hər ay müxtəlif mətbu orqanlarda inflyasiya ilə bağlı məqalələr dərc etdirmişdir. Həmin məqalələr aşağıdakılardır:

  1. “Azərbaycanda inflyasiyanın hesablanmasına alternativ baxış”, “525-ci qəzet”, yanvar 2007

  2. “Azərbaycanda inflyasiyanın hesablanması metodologiyası: müsbət və mənfi tərəflər”, “Hesabat” Jurnalı, 17 fevral 2007-ci il, 06 (94).

  3. “Alternativ inflyasiyanın hesablanmasında xarici təcrübə”, “525-ci qəzet”, 17 mart 2007-ci il.

  4. “İnflyasiyanın sosial təsirləri”, “Ekspert” jurnalı, 4 (40), aprel 2007

  5. “Qiymətlər və gəlirlər: hansı irəlidədir”, “Ekspert” jurnalı, 5 (41), may 2007

  6. “Neft gəlirlərinin inflyasiyayaradıcı təsirinə ortadoksal baxış”, “Yeni iqtisadiyyat” jurnalı, avqust sayı 2007, www.yeni-iqtisadiyyat.com

  7. “İnflyasiya və qan təzyiqi”, “Ekspert” jurnalı, 7 (43), iyul 2007, www.ekspert.az

  8. “İnflyasiya: görünməz əl”, “Ayna” qəzeti, sayı 148(1582), 18 avqust 2007, http://www.ayna.az/rubric.php?id=22293

( Məqalələrin çap variantı əlavə olunur.)

Hazırlanmış tövsiyələr paketinə

dövlət qurumlarının münasibəti
İqtisadi Tədqiqatlar Mərkəzi layihə çərmivəsində “Son qiymət artımının monetar, qeyri-neft istehsal sektoruna və sosial siyasətə mənfi təsirinin yumşaldılması ilə bağlı” tövsiyələr paketi hazırlamış və aidiyyatı dövlət qurumlarına ünvanlamışdır. (Tövsiyyələr Paketi əlavə olunur). Həmin tövsiyələr paketinə bəzi dövləq qurumları münasibət bildirib. Həmin cavablarla aşağıda tanış ola bilərsiniz:

1. İqtisadi İnkişaf Nazirliyi. Ölkədə baş verən iqtisadi prosesləri yaxından izlədiyinizə, aparılan iqtisadi siyasətin səmərəliliyinin artırılması, mövcud makroiqtisadi stabilliyə mənfi təsir göstərə biləcək təhlükələrin qabaqcadan qarşısının alınması istiqamətində verdiyiniz təkliflərə görə təşəkkür edirik.

Məlumat üçün bildiririk ki, məktubda toxunulan məsələlər hökumətin daim diqqət mərkəzindədir. Təqdim olunan təkliflərin bir çoxu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, qəbul olunmuş dövlət proqramlarında öz əksini tapmışdır. Qeyri-neft istehsal sektoru üzrə təkliflərdə qeyd edildiyi «Rəqabət Məcəlləsi» artıq Milli Məclisdə birinci oxunuşdan keçmiş və onun qəbulu gözlənilir. Gələcəkdə də dövlət proqramlarının, müvafiq qanunvericilik aktlarının hazırlanmasında verdiyiniz təkliflər nəzərə alınacaqdır.

2. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası. İqtisadi Tədqiqatlar Mərkəzi tərəfindən işlənilmiş və 29.01.2007-ci il tarixli, 14/07 saylı məktubunuzla təqdim olunan «Son qiymət artımının monetar, qeyri-neft istehsal sektoruna və sosial siyasətə mənfi təsirinin yumşaldılması ilə bağlı» Tövsiyələr Paketinə AHİK-in aparatında baxılmışdır.

İlk növbədə qeyd olunmalıdır ki, məktubda göstərilən problemlər işçilərin hüquqlarını qoruyan bir qurum kimi Azərbaycan həmkarlar ittifaqlarının da diqqət mərkəzindədir. Məlumdur ki, son qiymət artımı ilə əlaqədar AHİK öz təkliflərini Azərbaycan Hökumətinə təqdim etmiş və nəticə etibarı ilə onlar Azərbaycan Respublikası Prezidentinin bu məsələyə Aid sərəncamlarında nəzərə alınmışdır.

Bu nöqteyi-nəzərdən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası insanların yaşayış səviyyəsinin artırılması ilə bağlı hər hansı fəaliyyət təqdim edir, o cümlədən Sizin Mərkəz tərəfindən hazırlanmış «Tövsiyələr Paketi»ndə diqqətə layiq məqamların olduğunu qeyd edir.

Məlumat üçün bildiririk ki, təqdim olunmuş «Tövsiyələr Paketi»ndə əks olunmuş tədbirlərin çoxu 2005-ci ildə qəbul edilmiş «Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin fərmanında öz əksini tapmış və Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2006-2007-ci illər üçün bağlanmış Boş Kollektiv Sazişinə daxil edilmişdir.

Bu tədbirlərin həyata keçirilməsi AHİK-in nəzarəti altında saxlanılır və gələcəkdə də bu iş davam etdiriləcək.

3. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu. İqtisadi Tədqiqatlar Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış «Son qiymət artımının monetar, qeyri-neft istehsal sektoruna və sosial siyasətə mənfi təsirinin yumşaldılması ilə bağlı Tövsiyələr Paketi»nə aidiyyəti üzrə baxılmışdır.

Bildiririk ki, Azərbaycan bazar iqtisadiyyatı ölkəsidir və bütün sahələrdə bazar iqtisadiyyatı prinsiplərinin əldə rəhbər tutulması ölkəmizin iqtisadi uğurlarının başlıca səbəblərindəndir. Bu baxımdan qiymətləri tənzimlənən bəzi mal və xidmətlərin (elektrik enerjisinin, xidmətlərin, yanacağın) qiymətinin dəyişməsi ilə bağlı qərarlar obyektiv səbəblərə söykənir.

Eyni zamanda, yaşa görə əmək pensiyalarının baza hissəsinin 2007-ci ilin fevralın 1-dən 50 manata çatdırılması, sığorta hissəsinin isə 2006- il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq indeksləşdirilməsi ölkədə enerji kommunal sektorda aparılan islahatlarla bağlı müəyyən mal xidmətlərin tariflərinin artmasının aztəminatlı əhalinin həyat şəraitinə təsirinin tənzimlənməsi məqsədilə qəbul olunmuş sosial paketin tərkib hissəsidir. Pensiyaların yuxarıda qeyd olunan qaydada artırılması dünya ölkələri praktikasında uğurla tətbiq olunan mexanizmlərdən sayılır.
Keçirilmiş tədbirlər
1. 08 Yanvar 2007-ci ildə Beynəlxalq Mətbuat Mərkəzində “Tarif Şurasının son qərarına münasibət və gözlənilın qiymət artımları” mövzusunda tədbir təşkil olunub. Mətbuat konfransı İTV, Lider TV, ATV, STV (Türkiyə ), TRT (Türkiyə ) və Səhər TV (Iran ) televiziyaları tərəfindən çəkilərək yayımlanıb. Mətbuat konfransının rezonansı olaraq ANS TV-də layihə rəhbəri Qubad İbadoğlunun həmin mövzu ilə əlaqədar şərhi efirə gedib. Mətbuat konfransının nəticələrini BBC və ANS ÇM radioları da şərh edib. Mətbuat konfransı ilə bağlı APA, Turan, Trend informasiya agentlikləri məlumat yayıb. Bundan başqa “Üç nöqtə”, “Bakı xəbər”, “Yeni Müsavat”, “Xalq Cəbhəsi”, “Mərkəz” və “Şərq” 1əzetlərində yazılar dərc olunmuşdur. (Qəzetlərdə dərc olunmuş yazılar əlavə olunur).

2. 25 yanvar 2007-ci il tarixdə “Qiymət artımı və inflyasiya təsirinin neytrallaşdırılması” mövzusunda mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransı ANS, STV (Türkiyə) və Səhər TV (Iran ) televiziyaları tərəfindən çəkilərəkyayımlanıb. Mətbuat konfransına dair məlumatlar BBC və ANS ÇM radiolarında efirə gedib.Mətbuat konfransı barədə APA, Mediaforum, Turan, Trend informasiya agentlikləri məlumat yayıb. Mətbuat konfransının yekunlarına dair “Новости Азербайджан”, “Gündəlik Azərbaycan”, “Şərq”, “Bakı Xəbər”, “Yeni Müsavat”, “İmpuls”, “Xalq Cəbhəsi”, “Üç nöqtə”, “Azadlıq”, “Olaylar”, “Зеркало”, “525-ci qəzet”, “Эхо” qəzetlərində materiallar dərc olunub. (Qəzetlərdə dərc olunmuş yazılar əlavə olunur).

3. 15 fevral 2007-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində layihənin təqdimat mərasimini keçirmişdir. Tədbirdə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, Dünyani Öyrənmə Beynəlxalq Təşkilatının əməkdaşları, Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri və mətbuat nümayəndələri iştirak edib. Tədbirdə layihənin əsas məqsədinin Azərbaycanda inflyasiyanın səviyyəsinin ölçülməsi üçün alternativ metodologoyanı işləmək, ölkənin müxtəlif regionlarında keçirilən sorğulara əsasən mövcud inflyasiyanı ölçmək, hökumətin mövcud anti-inflyasiya siyasətini dəstəkləmək, Azərbaycanda inflyasiyaya təsir edən əsas faktorları müəyyən etmək və onların inflyasiyaya təsirinin dərəcəsini mümkün qədər dəqiq ölçmək olduğu haqqında məlumat vermək idi. Mətbuat konfransının ictimai effekti yüksək olub. Belə ki, konfrans ANS, İTV, Lider TV, ATV, Spase TV və STV(Türkiyə ) televiziyaları tərəfindən çəkilərək yayımlanıb. Mətbuat konfransının nəticələrini BBC və ANS ÇM radioları da şərh edib. Mətbuat konfransının yekunlarına dair “Üç nöqtə”, “Yeni Müsavat”, “Xalq Cəbhəsi”, “Şərq”, “Gündəlik Azərbaycan”, “Ekspress”, “525-ci qəzet”, “Ayna”, “Эхо” qəzetlərində yazılar dərc edilmişdir. (Qəzetlərdə dərc olunmuş yazılar əlavə olunur).

Bundan başqa aşağıda adları sadalanan internet portallarında tədbir haqqında məlumat verilmişdir:



http://www.day.az/news/economy/70646.html

http://zerkalo.az/rubric.php?id=14023
http://www.newsazerbaijan.ru/exclusive/20070215/41642980.html

http://www.echo-az.com/economica01.shtml

http://www.ayna.az/rubric.php?id=14028 

http://www.525ci.com/aze/2007/02/16/anons=4

http://realazer.net/?mod=view&id=1523

http://www.apa.az/news.php?id=48972

http://www.trend.az/index.php?mod=shownews&news=110562&lang=ru
Mətbuat konfransının ciddi effekti isə ondan ibarət olub ki, konfransdan sonra layihə rəhbəri, tədqiqat qrupunun rəhbəri və üzvü Beynəlxalq Valyuta Fondunun Bakıdakı ofisinə dəvət olunub. Görüşdə Beynəlxalq Valyuta Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Bazil Zovoyko və nümayəndəliyin digər rəsmi şəxsləri içtirak edib. Görüş mətbuat konfransının nəticələrinə həsr olunub. Konfransdakı təqdimatını şərh edən Vəfa Mütəllimova bununla əlaqədar yaranmış suallara aydınlıq gətirib.

4. Aprelin 13-də “İrşad” otelində İqtisadi Tədqiqatlar Mərkəzi tərəfindən “Alternativ inflyasiya metodologiyasının işlənilməsi” mövzusunda seminar təşkil edilib. Tədbirdə hökumətin iqtisadi strukturlarının, Milli Məclisin, beynəlxalq təşkilatların, yerli və xarici QHT-lərin, həmçinin mətbuat orqanlarının 60-a qədər nümayəndəsi iştirak edib. Tədbirdə layihənin Tədqiqat qrupunun üzvü Ləman Əziziova “Alternativ inflyasiya metodologiyasının işlənilməsi”, tədqiqat qrupunun rəhbəri Vəfa Mütəllimova isə “Alternativ inflyasiya metodologiyasının tədqiqi: dünya ölkələrinin təcrübəsi və Azərbaycan üçün dərslər” mövzusunda təqdimatla çıxış ediblər. Seminar barəsində ANS, Space, STV televiziyalarının xəbərlər proqramında informasiyalar və görüntülər efirə gedib. Seminarın nəticələrinə respublikanın tanınmış dövrü nəşrlərindən “Деньги”, “Эхо”, “525-ci qəzet”, “Xalq Cəbhəsi” qəzetləri yer ayırıb. (Seminarın nəticələrinə dair yazı dərc etmış qəzetlər əlavə olunur).



5. 01 may 2007-ci il tarixdə Gəncə şəhərində “Alternativ inflyasiya metodologiyasının işlənilməsi” mövzusunda seminar təşkil olunmuşdur. Seminarda aidiyyatı dövlət qurumlarının (İqtisadi İnkişaf Nazirliyinin regional şöbəsinin, Dövlət Statistika Komitəsi Gəncə şəhər idarəsinin) bölgə nümayəndəlikləri, biznes qurumları (Aqro-biznes Assosiasiyasını), banklar (Beynəlxalq Bank, Kapital Bank, Respublika Bank), sığorta şirkətləri, yerli QHT və KİV nümayəndələri iştirak edib. Tədbirdə layihənin koordinatoru Qubad İbadoğlu «Alternativ inflyasiya metodologiyasının işlənilməsi» mövzusunda təqdimatla çıxış etmişdir. Tədbirdə sonra isə Q.İbadoğlu «Kəpəz TV» televiziyasına geniş masahibə verib. Seminar barəsində www.ganca.az , www.day.azwww.apa.az internet portallarinda məlumatlar yayılıb.

6. 20 iyul 2007-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində 2007-ci ilin 1-ci yarısı üzrə alternativ inflyasiya hesablamalarının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransında 30-dan KİV nümayəndələri iştirak etmiş və onlara press-relizlə yanaşı, yarım ilin yekunları üzrə ümumi, Bakı və regionlar, eləcə də ərzaq, qeyri-ərzaq, xidmətdə inflyasiya səviyyəsini özündə əks etdirən cədvəllər paylanmışdır. Mətbuat konfransında İTM “Alternativ inflyasiya metodologiyasının işlənilməsi” layihəsinin tədqiqat qrupunun üzvləri, ABŞ BİA –nın və “Dünyani öyrənmə” təşkilatının layihəyə və informasiya işinə məsul olan nümayəndələri də iştirak etmişdir. Konfransda layihə rəhbəri Qubad İbadoğlu 2007-ci ilin 1-ci yarısı üzrə alternativ inflyasiya hesablamalarının yekunları ətrafında təqdimatla çıxış etmış və jurnalistlərin suallarını cavablandırmışdır. Mətbuat konfransının nəticələrinə dair “Ekspress”, “Azadlıq”, “525-ci qəzet”, “Mərkəz”, “Yeni Müsavat”, “Kaspi”, “Xalq cəbhəsi”, “Şərq”, “Exo”, “Zerkalo”, “Paralel”, “Reytinq” qəzetlərində yazılar dərc olunub. Bundan başqa APA, Trend, Turan informasiya agentlikləri tədbir haqqında məlumatlar yaymışdır. Bununla yanaşı “Day.az”, 1news.az, novosti.az, fineco.az saytlarinda, ANS ÇM, “Azadlıq” və BBC radiolarında mətbuat konfransı ilə bağlı materiallar yayımlanmış, ANS TV-nin günorta (15.10) və axşam (21.35) saatlarında tədbirdən hazırlanmış material və şərhlər efirə getmişdir.
İctimai maarifləndirmə kampaniyaları
1. Mart ayında İctimai Televiziyada Talk Şounun çəkilişi təşkil olunmuş və veriliş 26 mart 2007-ci ildə saat 19.15-də efirə getmişdır. Verilişdə ekspert qismində İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar siyasəti şöbəsinin müdiri Samir Dadaşov, Dövlət Statistika Komitəsinin Qiymət Statistikası şöbəsinin müdiri Natella Qasımova, Maliyyə Nazirliyinin şöbə müdirinin müavini Fikrət Şirinov və İqtisadi Tədqiqatlar Mərkəzinin “Alternativ inflyasiya metodologiyasının işlənilməsi” layihəsi üzrə tədqiqat qrupunun rəhbəri Vəfa Mütəllimova çıxış edib. Bununla yanaşı auditoriyada İTM Tədqiqat qrupunun üzvləri, iqtisadçı-tələbələr, magistrlər, aspirantlar, QHT nümayəndələrinin iştirakı təmin olunub. (İctimai TV-də efirə gedən verilişin CD-si əlavə olunur.)

2. İTM tərəfindən mart ayı ərzində fevral ayı üzrə istehlak qiymətləri indeksi hesablanıb. Bu məlumat ANS TV-nin Xəbərlər Proqramının İqtisadiyyat Xəbərləri bölməsində efirə gedib. Eyni zamanda həmin məlumatın ingiliscə variantı beynəlxalq təşkilatlara,

o sıradan Beynəlxalq Valyuta Fondunun Azərbaycan nümayəndəliyinə çatdırılıb.



3. Mart ay ərzində layihə və onun nəticələri barədə layihənin rəhbəri Q.İbadoğlunun Exo qəzetində geniş müsahibəsi dərc olunub. Müsahibənin elektron varıantı http://www.echo-az.com/economica02.shtml yerləşdirilib.

4. Mart ayında Londonda nəşr olunan “The Economist” Jurnalının 8 mart 2007-ci il tarixli sayında Economist Intelligence Unit tərəfindən hazırlanaraq dərc olunmuş “Boom and gloom: Azerbaijan's economy, drunk on oil, is suffering rapid inflation” adlı məqalədə USAİD dəstəyi ilə İTM tərəfindən həyata keçirilmiş layihənin yanvar ayı üzrə İQİ nəticələrinə istinad olub. Məqalənin tam mətni ilə bu linkdə tanış olmaq olar. http://www.economist.com/daily/news/displaystory.cfm?story_id=8819945

5. ANS ÇM radiosunda aprelin 10-u səhər xəbərlərində layihənin əlaqələndiricisi Q.İbadoğlu ilə İ rübün yekunları barədə söhbət efirə gedib. Söhbət zamanı inflyasiya gözləntilərindən bəhs olunub. Q.İbadoğlu efirə göndərilən sual-messajlara cavab verib.

6. Aprel ayı ərzində müxtəlif dövrü nəşrlərdə (525-cı qəzet, Ekspert Jurnalı və s) layihənin nəticələri barədə yazılar dərc olunub.

7. May ayı ərzində dövri mətbuatda layihənin müzakirələri davam etdirilmişdir. Layihənin kordinatoru Qubad İbadoglu “Gündəlik Azərbaycan” və “Paralel” qəzetlərində azərbaycan dilində, tədqiqat qrupunun üzvü Fuat Rəsulov “Nedelya” qəzetində rus dilində geniş müsahibə ilə çıxış etmişdir

8. May ayı ərzində aprel ayı üzrə hesablanmış istehlak qiymətləri indeksi barədə məlumat ANS TV-nin Xəbərlər Proqramının İqtisadiyyat Xəbərləri bölməsində efirə gedib. Eyni zamanda həmin məlumatın ingiliscə variantı beynəlxalq təşkilatlara, o sıradan Beynəlxalq Valyuta Fondunun Azərbaycan nümayəndəliyinə çatdırılıb.

9. İyun ayı ərzində dövri mətbuatda tədqiqatın və may ayı üzrə qiymətlərin statistik nəticələrinin müzakirəsi davam etdirilmışdır. Layihənin kordinatoru Qubad İbadoglunun “Exo” qəzetində, İctimai radioda və ANS televiziyasında müsahibəsi nəşr olunmuş və efirə getmişdir.

10. İyun ayı ərzində may ayı üzrə hesablanmış istehlak qiymətləri indeksi barədə məlumat ANS TV-nin Xəbərlər Proqramının İqtisadiyyat Xəbərləri bölməsində efirə gedib. Eyni zamanda həmin məlumatın ingiliscə variantı beynəlxalq təşkilatlara, o sıradan Beynəlxalq Valyuta Fondunun Azərbaycan nümayəndəliyinə çatdırılıb. Ay ərzində Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq şəraitində layihə ilə əlaqəli müzakirələr və informasiya mübadiləsi davam etdirilmişdır.

11. Hesabat dövrü ərzində layihənin rəhbəri Q.İbadoğlu 2 xarici səfərdə olmuş və öz presentasiyalarında USAİD-nin dəstəyi ilə Azərbaycanda həyata keşirilən “Alternativ inflyasiya metodologiyasının işlənilməsi” layihəsinin nəticələrini də təqdim etmişdır. Belə ki, layihənin koordinatoru iyun ayının 13-də İndoneziyanın paytaxtı Jakarta şəhərində Beynəlxalq Şəffaflıq İndoneziya təşkilatının keşirdiyi seminarda, Yaponiyanın Sasakava Sülh Fondunun Xingiang Universiteti ilə birlikdə Çinin Urumçi şəhərində təşkil olunmuş beynəlxalq konfransda neft gəlirləri və inflyasiya adli təqdimatlarla çıxış edib.

12. İyul ayı ərzində dövri mətbuatda layihənin müzakirələri davam etdirilmışdır. Layihənin kordinatoru Qubad İbadoglu “EXO”, “Müsavat” qəzetlərində, “Azadlıq” və ANS ÇM radiolarında geniş müsahibə ilə çıxış etmişdir.

13. İyun ayı ərzində may ayı ilə müqayisədə (aylıq), eləcə də yanvar ayının əvvəlinə nisbətdə iyun ayının sonunda (yarım illik) hesablanmış istehlak qiymətləri indeksi barədə məlumat ANS TV-nin Xəbərlər Proqramının İqtisadiyyat Xəbərləri bölməsində efirə gedib. Bu informasiyalar, eyni zamanda bəzi istehlak malları üzrə iyun ayının orta qiymətləri barədə məlumatlar beynəlxalq təşkilatlara, o sıradan Beynəlxalq Valyuta Fondunun Azərbaycan nümayəndəliyinə çatdırılmışdır.
Alternativ inflyasiya: beynəlxalq təcrübə və Azərbaycan”

kitabının nəşri
Layihə çərçivəsində inflyasiyanın alternativ hesablanması üzrə beynəlxalq təcrübəni təhlil etmiş və öyrənilən təcrübələr əsasında “Alternativ inflyasiya: beynəlxalq təcrübə və Azərbaycan” adlı sorğu kitabçası nəşr olunub. 500 tirajdan ibarət kitab 5 fəsildən ibarətdir. 1-ci Fəsildə inflyasiya: səbəb-nəticə spiralı, 2-ci Fəsildə inflyasiya dərəcəsinin hesablanması üzrə beynəlxalq standatrlar,

3-cü Fəsildə Azərbaycanda alternativ inflyasiya dərəcəsinin hesablanmasında beynəlxalq təcrübədən istifadə imkanları, o sıradan da inkişaf etmiş, Şərqi-Avropa və Post-sovet plkələrinin təcrübəsi, Azərbaycan Respublikasinda İQİ hesablanması metodologiyası təhlil edilmiş və İqtisadi Tədqiqatlar mərkəzinin 2007-ci ilin ilk yarım ilinin yekunlartı üzrə hesabladığı istehlak qiymətləri indeksi təqdim olunub.

Kitabın 100 -ə qədər nüsxəsi “Alternativ inflyasiya metodologiyasının işlənilməsi” layihəsinin yekun konfransinin ishtirakçıları olan dövlət orqanlarının, beynəlxalq təşkilatların, yerli QHT və KİV-lərin nümayəndələri arasında paylanıb. Hazırda kitabın maraq və təsir qrupları arasında paylanması davam etdirilir. (Kitab və onun diski əlavə olunur).
Layihədən kənar fəaliyyət
Layihədən kənar fəaliyyət olaraq İQİ-nin keyfiyyət xaeakteristikasının və həmçinin 2007-ci ilin ilk rübündə gizli influyasiyanın təhlili məqsədilə qiymətlərin statistik müşahidəsi aparılan Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 210 respondent arasında sorğu keçirilmişdir. Sorğunun nəticələri 2007-ci ilin İ rübü üzrə istehlak qiymətləri indeksinə dair hesabat materiallarında açıqlanmılş və “Alternativ inflyasiya: beynəlxalq təcrübə və Azərbaycan” sorğu kitabçasında təqdim olunmuşdur.

Yekun konfrans
Avqustun 16-da “Avropa” otelində İqtisadi Tədqiqatlar Mərkəzi tərəfindən “Alternativ inflyasiya metodologiyasının işlənilməsi” mövzusunda yekun konfrans təşkil edilib. Tədbirdə hökumətin iqtisadi strukturlarının, Milli Məclisin, beynəlxalq təşkilatların, yerli və xarici QHT-lərin, həmçinin mətbuat orqanlarının 80-ə qədər nümayəndəsi iştirak edib. . Konfransda giriş sözü ilə çıxış edən İTM İdarə Heyətinin üzvü Vüsal Qasımlı layihə barədə ətraflı məlumat verərək sonra inflyasiyanın alternativ hesablanmasının beynəlxalq təcrübədə böyük əhəmiyyətə malik olduğunu bildirib. Daha sonra İTM İdarə Heyətinin üzvü Eldar Qocayev çıxış edərək, inflyasiya ilə bağlı danışıb. Bu günlərdə milli manatımızın 15 illiyinin tamam olduğunu deyən natiq manatın qüvvəyə mindiyi vaxtlardan indiyə qədər daşlı-kəsəkli yol keçdiyini qeyd edib: “Mən o vaxt tələbə idim və fikirləşirdim ki, bizim manat regionda ən güclü olacaq. Sonra hər semestrdən-semestrə manatın necə qüvvədən düşdüyünü gördüm və bugünkü vəziyyəti də hamınız bilirsiniz”. Tədbirdə iştirak edən USAİD-in iqtisadi müşaviri Poll Devis inflyasiyanın nəzarətdə saxlanmasının vacibliyindən danışıb. P.Devisin fikrincə, Azərbaycan hökuməti özəl sərmayəni artırmalıdır. Bunun üçünsə ilk növbədə inflyasiyanın mümkün qədər dəqiq hesablanması vacibdir. USAİD yetkilisi bu istiqamətdə gərəkən tədbirlərin əsirgənməyəcəyini bildirib və qeyd edib ki, tərəflərin müzakirələrdə konstruktivlik göstərəcəyinə əmindir. P.Devis bu hesablamanın davamlı olacağına çalışacaqlarını bildirib. Konfransda layihənin koordinatoru Qubad İbadoğlu “Alternativ inflyasiya metodologiyasının işlənilməsi” layihəsinin yekunlari mövzusunda təqdimatla çıxış edib. Konfrans barəsində ANS, İTV, Az.TV və ATV televiziyalarının xəbərlər proqramında informasiyalar və görüntülər efirə gedib. Konfransın gedişindən APA informasiya agentliyi və day.az saytı informasiyalar yayıb. http://www.day.az/news/economy/89059.html, http://www.apa.az/news.php?id=67319

Konfransın nəticələri barədə respublikanın aşağıdakı tanınmış dövrü nəşrləri məlumatlar dərc edib. (Yekun konfrans barədə material dərc etmış qəzetlər əlavə olunur).





Mətbu orqanın adı

Tarix

Məqalənin adı

1

Azadlıq

17.08.2007

İlin sonuna kimi inflyasiya artacaq

2

525-ci

17.08.2007

Qubad İbadoğlu: Hökümət antiinflyasiya tədbirlərini gücləndirməlidir

3

Kaspi

17.08.2007

İstehlak səbətinin strukturuna yenidən baxılmalıdır

4

Yeni Müsavat

17.08.2007

İyul ayında ölkədə inflyasiya müşahidə edilib

5

Mərkəz

17.08.2007

İnflyasiya 20 faiz olacaq

6

Зеркало

17.08.2007

Инфляция до конца года составит 20%

7

Эхо

17.08.2007

К концу года инфляция может составить 20%

8

Ayna

17.08.2007

??????????

Layihədən əldə olunan nəticələr və gələcəyə baxış

Layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq DSK-ya alternativ şəkildə qiymətlərin statistik müşahidəsi aparılmış və rəsmi göstəricilərlə müqayisəyə gələn inflyasiya səviyyəsi hesablanmışdır. Alternativ qaydada hesablanmış inflyasiya göstəricisi mətbuatın, tədqiqatçıların, iş adamlarının, ev təsərüfatlarının istinad mənbəyinə çevrilmişdir. Hətta Londonda nəşr olunan məşhur “The Economist” Jurnalının 8 mart 2007-ci il tarixli sayında Britaniyanın nüfuzlu araşdırma mərkəzlərindən olan “Economist Intelligence Unit” tərəfindən hazırlanaraq dərc olunmuş “Boom and gloom: Azerbaijan's economy, drunk on oil, is suffering rapid inflation” adlı məqalədə USAİD dəstəyi ilə həyata keçirilmiş layihənin yanvar ayı üzrə İQİ nəticələrinə istinad edib. ( http://www.economist.com/daily/news/displaystory.cfm?story_id=8819945).

Layihənin gedişi və onun nəticələri barədə beynəlxalq maliyyə kredit təşkilatlarından , BVF və AİB-in hesabatlarında məlumatlar yer alıb.

Layihənin nəticələrinə istinadların çoxalması onun əsasında hesablanmış alternativ inflyasiya göstəricisinin nəinki tanınması, eyni zamanda qəbul edilməsində əhəmiyyətli rol oynayıb ki, bu son illər hökümət üçün psixoloji baryer olan birrəqəmli inflyasiyadan ikirəqəmli inflyasiyaya keçid problemini həll edib. Belə ki, hələ aprel ayında Nazirlər Kabinetinin şöbə müdiri Oqtay Haqverdiyevin keçirdiyi mətbuat konfransında bu ilin mart ayında 40 əsas istehlak məhsulundan ibarət səbətə daxil olan əmtəələrin qiymətləri üzrə apardığı statistik müşahidənin nəticəsini açıqlamış və məlum olmuşdur ki, ölkədə inflyasiya səviyyəsi artıq ikirəqəmlidir və ötən ilin martı ilə müqayisədə bu ilin martında 16 faiz təşkil etmişdır. (http://www.day.az/news/economy/76057.html). Beləliklə məlum olmuşdur ki, ötən 1 il ərzində DSK rəqəmlərinə etibar etməyən hökümət özü də daxili istifadə üçün qiymətlərin statistik müşahidəsini aparırmış və məhz “Alternativ inflyasiya metodologiyasının işlənməsi” layihəsinin ilkin nəticələri məlum olan və qəbul edilərək həm daxili və həm də xarici mətbuatda çoxsaylı istinad mənbəyinə çevriləndən sonra hökümət daxili istifadə üşün apardığı hesablamalarını açıqlamağa məcbur olmuşdur. Bundan dərhal sonra bu ilin 1-ci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan Nazirlər Kabinetinin müşavirəsində ölkədə iki rəqəmli inflyasiya problemı prezident tərəfindən hökümət qarşısında həlli vacib tapşırıq kimi qoyulmuşdur. Beləliklə layihə üzrə qiymətlərin statistik müşahidəsi üzrə alternativ qaydada aparılmış hesablamaların 3-cü ayı bitəndən sonra hökümət özünün inflyasiya hesablamalarına korrektələr etmiş və antiinflyasiya tədbirlərini reallığa uygunlaşdırmağa məcbur olmuşdur.

Layihənin ekspertlərinin dövlət orqanları, beynəlxalq təşkilatlar və müstəqil ekspertlərlə həyata keşirdiyi iki tərəfli görüşlərin nəticəsi olaraq tərəflər arasında etimad yaranmış və əməkdaşlıq qurulmuşdur. Məhz belə münasibətlərin nəticəsi olaraq aprel ayının 13-də keşirilmiş seminarda bütün tərəflərin iştirakı ilə qarşılıqlı müzakirələr və səmərəli fikir mübadiləsi aparılmışdır.

Layihə üzrə Gəncədə keçirilmiş seminar bölgədə ilk dəfə olaraq inflyasiya mövzusunu gündəmə gətirmiş və yerli icra hakimiyyətinin nümayəndələrinin, kommersiya-istehsalat, bank-sığorta təşkilatarının təmsilçilərinin və regional QHT-lərin mütəxəsislərinin iştirakı ilə müzakirəyə çıxarılmış və Gəncə bölgəsində məlumatlılıq səviyyəsini artırmışdır.

Layihə üzrə aparılmış tədqiqatlar və onun əsasında hazırlanmış sorğu kitabı alternativ ideyasını populyarlaşdırmış və qəbul etdirmişdır, hazırda İqtisadi İnkişaf Nazirliyinin Elmi Tədqiqat İnstitutunda da alternativ yolla inflyasiyanın hesablanması layihəsinin reallaşdırılması barədə müzakirələr başlamışdır.

Layihə çərçivəsində jurnallarda və aparıcı qəzetlərdə dərc olunmuş aylıq analitik məqalələr və dövri şərhlər yalnız mətbuat nümayəndələri üçün deyil, həmçinin də araşdırmaçilar, ekspertlər, tələbə və magistrlər üçün də istinad mənbələri yaratmışdır. Eləcə də dövri olaraq keşirilmiş mətbuat konfransları, təqdiqiqat qrupu üzvlərinin məbuatda dərc olunmuş yazıları, müsahibələri əhalinin inflyasiya və onun sosial –iqtisadi təsirləri barədə məlumatlılıq səviyysəini artırmış və rasional gözləmə imkanlarını geniçləndirmişdir.


Layihə çərçivəsində hazırlanmış və aidiyyatı orqanlara göndərilmiş tövsiyyələr paketinə bır sıra orqanlardan, o sıradan İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən cavab alınmış və artiq təqdim olunmuş bəzi tövsiyyələr qəbul edilmışdır. Belə ki, tövsəyyələr paketində pul –kredit və valyuta-məzənnə siyasətinin əsas istiqamətləri üzrə nəzərdə tutulmuş 7 təklifdən 5-nin (1- buxovlayıcı monetar siyasətə üstünlük verməsi, 2- əsas sterilizasiya aləti olan notların və ümumilikdə dövlət qiymətli kağızlarının həcminin artırılması, 3- yenidən maliyyələşdirmə dərəcəsinə təkrarən baxması və onun dərəcəsinin real inflyasiya səviyyəsi ilə əlaqələndirməsi, 4- valyuta siyasətində liberallaşma istiqamətində dəyişiklik etməsi, ölkədən çıxarılan valyutanın həcminə qoyulan qadağaları yumşaltması, 5- pul kütləsinin artım tempini məqbul həddə (iqtisadi artım tempinə nisbətən aşağı) saxlaması) Milli Bank tərəfindən, qeyri neft istehsal sektoru üzrə təqdim olunmuş təkliflərdən 1- i (Maya dəyərində enerjinin ötürülməsi və paylaşdırılması xərclərinin azlığını nəzərə alaraq iri istehsal müəssisələrinə yüksək voltlu xətlərlə satılan enerjinin qiymətinin ucuzlaşdırılması) İqtisadi İnkişaf Nazirliyinin təşəbbüsü ilə Tarif Şurası tərəfindən, sosial blok üzrə təqdim olunmuş 9 təklifdən 2-si (1-ünvanlı sosial yardım sisteminin təkmilləşdirilməsi, 2- qanunvericiliklə müəyyən olunmuş digər müavinətlərin məbləğinin yenidən hesablanaraq yaşayış minimumuna müvafiq artırılması) Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən həyata keşirilmişdir. Hazırda xüsusilə qeyri neft istehsal sektoru və sosial blok üzrə təqdim olunmuş bır sıra təkliflər hökümətdə müzakirə olunur.

Layihənin əməli nəticələrindən biri də ondan ibarətdir ki, həm mikroiqtisadiyyat və həm də ev təsərrüfatları səviyyəsində alternativ inflyasiya göstəricisinə müraciət imkanı qazanan bu strukturlar hazırda USAİD dəstəyi ilə həayata keçirilən alternativ inflyasiya hesablamalarına istinadən gələcək dövrün xərcləri, gəlirləri üzrə planlaşdırma, proqnozlaşdırma və qiymətləndirmə fəaliyyətini daha real və düzgün həyata keçirə bilirlər. Bu isə biznes strukturları (bank-maliyyə institutlari, siğorta şirkətlər və digər müəssisələr), ev təsərrüfatlarının (ailə büdcəsi) qərarlarının rasionallığının artımını şərtləndirmişdir.


Yüklə 117,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin