Yekun imtahan testinin sualları
Multikulturializm
1.Multikulturalizm cəmiyyətin inkişafının məhsulu, cəmiyyətdə baş verən hadisələr tərəfindən meydana gəldiyinə görə ilk növbədə necə hadisədir?
A) sosial hadisədir
B) siyasi hadisədir
C) iqtisadi hadisədir
D) hüquqi hadisədir
E) mədəni hadisədir
2. Multikulturalizmin inkişafının ən yüksək mərhələsi hansıdır?
A) onun hüquq normasına çevrilməsi
B) onun dövlət ideologiyasına çevrilməsi
C) onun dövlət siyasətinə çevrilməsi
D) onun vətəndaşların həyat tərzinə çevrilməsi
E) onun iqtisadi inkişafa təsir göstərməsi
3. Bir siyasət modeli kimi multikulturalizm ötən əsrin 60-cı illərində hansı ölkədə meydana gəlmişdir?
A) ABŞ
B) Kanada
C) Avstraliya
D) Meksika
E) Yeni Zelandiya
4. Bu siyasət milli azlıqların mədəni-etnik dəyərlərini titular etnosun mədəniyyətinə qatmaqla cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin ləğv edilməsini nəzərdə tutur:
A) Aparteid siyasət
B) İzolyasiya
C) Multikulturalizm
D) Assimilyasiya
E) Köçürmə
5. Multikulturalizmin bu forması cəmiyyətdəki etnik-mədəni müxtəlifliyə münasibətdə dözümlüyün nümayiş etdirilməsi ilə kifayətlənmir:
A) siyasi forması
B) güclü forması
C) hüquqi forması
D) müasir forması
E) geniş forması
Dostları ilə paylaş: |