Təmsil olunmayan Millətlər və Xalqlar Təşkilatı (UNPO)
Hizqiyal peyğəmbərin (ə) kitabının XXXVII fəslinin 22-ci bəndində həmin kraldan bəhs edilərək belə yazılıb:
“Onları bu diyarda, İsrail dağlarında vahid xalq edəcəyəm, başlarında bir hökmdar duracaq, artıq iki xalq olmayacaqlar, iki dövlətə bölünməyəcəklər”.
Bu kral xilaskar Maşiah olmalıdır.
Yəhudilərin dini inancının və esxatoloji dünyagörüşünün önəmli sütunlarından birini Maşiaha, yəni Məsihə inam təşkil edir. “Maşiah” adının anlamı “yağlanmış”, “yağ sürtülmüş” deməkdir. Maşiah Axırzamanda gəlməsi və yəhudilərin hökmdarı olması gözlənilən şəxsdir. Tanrı tərəfindən seçildiyinə və Onun tərəfindən göndəriləcəyinə inanılan bu şəxs bir sıra əski yəhudi kitablarında, məsələn, Talmud, Midraşim (Talmudun şərhi) və Əhdi-Ətiqdə müjdələnmişdir.
Yəhudilərin fikrincə, Maşiah haqqında ilk müjdəyə Əşiya (İsayya) peyğəmbərin (ə) kitabının IX fəslinin 1-6 – cı bəndlərində rast gəlinməkdədir:
“Lakin bu dəfəki zülmət ölkə əzab çəkərkən olduğu kimi olmayacaq. O zaman Zəbulun və Niftalı torpağı xar olmuşdu. Sonra isə O, dənizkənarı yol boyunca uzanan, İordan bölgəsində yerləşən, yadellilər yaşayan Cəliləni şərəfləndirəcək.
Dostları ilə paylaş: |