Yeni DÜnya düZƏNİ


Onlar padşahları ibranicə Harmageddon adlanan yerə topladılar”



Yüklə 3,78 Mb.
səhifə2/97
tarix01.01.2022
ölçüsü3,78 Mb.
#103177
1   2   3   4   5   6   7   8   9   ...   97
Onlar padşahları ibranicə Harmageddon adlanan yerə topladılar”.

Bu sitatdan göründüyü kimi, Harmageddon savaşı “Qadir Allahın böyük günündə”, yəni Qiyamət günündə, daha dəqiq desək, Qiyamətdən öncə, başqa sözlə, Axırzamanda  olacaq. Həmin müharibədə iştirak edəcək ölkələri bu addımı atmağa sövq edən isə cinlərin, başqa sözlə, şeytanların vəhylərinə qulaq asan dövlət başçıları olacaqlar.

ABŞ-ın 43-cü prezidenti Corc Buş Orta Şərqdə müharibəyə start verərkən və bunu “Harmageddon savaşının başlanması” adlandırarkən, əslində üzvü olduğu “Kəllə və sümüklər” adlı gizli təşkilatının planını yerinə yetirməkdə idi.



“Harmageddon savaşı” düşüncəsinin qaynağı İncildir. Mövzu ilə bağlı müjdələr isə daha çox Əhdi-Cədidə daxil olan “Vəhy” kitabında yer almaqdadır. Həmin kitabın XIX fəslinin 11-12, 16 və 19-cu bəndlərində söylənilənlər də eyni müjdələr sırasındadır:

Sonra mən açılmış göyü gördüm və budur: bir ağ at. Atın belində oturan Sadiq və Həqiqi adlanır. O, ədalətlə hökm edir və döyüşür. Onun gözləri alov saçır, başında çoxlu tac var. Onun üzərində özündən başqa heç kimə məlum olmayan bir ad yazılıb (11-12).

Onun libasının üstündə, budu örtən yerdə «padşahlar Padşahı və ağalar Ağası» adı yazılmışdır” (16).

Mən gördüm ki, vəhşi heyvan və dünya padşahları ilə qoşunları atın belində oturanla və onun qoşunları ilə vuruşmaq üçün bir yerə toplaşıb” (19).

İncilin şərhçiləri buradakı “padşahlar Padşahı və ağalar Ağası”nın Həzrət İsa (ə), “vəhşi heyvan”ın isə Antixrist (Dəccal) olduğu fikrindədirlər və bu məsələdə onlar arasında heç bir fikir ayrılığı yoxdur.

Əhdi-Cədidin “Vəhylər” kitabının XI fəslinin 18-ci bəndində söylənilənlər isə şərhçilər tərəfindən Harmageddonda İsa (ə) ilə İblis arasında savaş olacağı və bu savaş sonunda İblisin 1000 illiyinə zəncirə vurulacağı və dünyada 1000 il sülh və əmin-amanlıq olacağı kimi şərh edilməkdədir:

Lakin xalqlar qəzəbləndi, Sənin də qəzəbin coşdu və ölüləri mühakimə etmək, qulun peyğəmbərləri, müqəddəsləri, adından qorxanları, kiçikləri və böyükləri mükafatlandırmaq, yeri tələf edənləri tələf etməyin vaxtı gəldi”.

Harmageddonla bağlı müjdələrin Əhdi-Ətiqdə də yer aldığı hesab edilir. Xristianlar Hizqiyal peyğəmbərin (ə) kitabının XXXVI və XXXIX fəsillərində yazılanları Harmageddon savaşı ilə bağlayırlar. XXXVIII fəslin məzmunu belədir:

Yenə mənə Yehovanın sözü nazil oldu: «Ey bəni-adəm, üzünü Məcuc ölkəsindən olan Yəcuca, Roş, Məşəq və Tubalın baş əmirinə tut və ona qarşı peyğəmbərlik edib söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Mən sənə qarşıyam, ey Yəcuc, ey Roş, Məşəq və Tubalın baş əmiri! Səni yolundan qaytaracağam. Sənin çənələrinə qarmaq keçirəcəyəm, səni dəbdəbə ilə geyinmiş, böyük və kiçik qalxanla silahlanmış, qılınc oynadan böyük izdihamla - ordunla, süvarilərinlə, atlarınla birgə çəkib sürüyəcəyəm. Hər biri sipərlə, dəbilqə ilə yaraqlanan Fars, Həbəş və Put,   həmçinin Qomerlə ordusu, ucqar şimaldan Toqarma evi və bütün ordusu - çoxlu-çoxlu xalqlar səninlədir. Haydı, hazır olun! Sən də, səninlə toplaşan bütün ordular da. Onlara sən başçılıq edəcəksən. Xeyli vaxt keçəndən sonra çağırılacaqsan. Uzun illər sonra xalqların içindən toplanan, qılıncdan qurtularaq çoxdandır xaraba qalmış İsrail dağlarında məskunlaşan, digər xalqların arasından çıxarılıb dinclik içində yaşayan insanların torpağına soxulacaqsan. Sən, bütün ordun və səninlə birgə çoxlu xalqlar tufantək onların üstünə gələcəksiniz, ölkəni bulud kimi örtəcəksiniz”.  

Külli-İxtiyar Yehova belə deyir: “O gün sənin ağlına bəzi fikirlər gələcək, pis niyyətə düşəcəksən. Deyəcəksən: “Müdafiəsiz kəndləri olan ölkəyə həmlə edəcəyəm. Dinc yaşayan, qorxu-hürkü bilməyən, divarları, darvazaları, cəftələri olmayan kəndlərdə yaşayanların üstünə gələcəyəm”. 

Sən çoxlu qənimət, talan malı qazanmaq eşqinə düşəcəksən. Bir zamanlar viran qalmış, sonradan məskunlaşmış yerlərə hücum edəcəksən, xalqların içindən toplanmış, indi var-dövlət, mal-mülk yığan, dünyanın mərkəzində yaşayan xalqın üstünə qoşun çəkəcəksən.  Səba ilə Didan, Tarşiş tacirləri ilə döyüşçüləri sənə söyləyəcəklər: “Çoxlu qənimət, talan malı yığmağa gedirsən? Ordunu səfərbər etmisən ki, qızıl-gümüş götürəsən, var-dövlət, mal-mülk aparasan, çoxlu qənimət ələ keçirəsən?”  

Buna görə, ey bəni-adəm, Yəcuca söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “O gün başa düşəcəksən ki, xalqım İsrail əmin-amanlıqda yaşayır. Sən öz yerindən, uzaq şimaldan gələcəksən, yanında da çoxlu xalqlardan atlara süvar olmuş qoşun-ləşkər, böyük bir izdiham. Ölkəni bürüyən buludlar kimi, xalqım İsrailin üstünə hücum çəkəcəksən. Zamanın sonunda səni, ey Yəcuc, öz ölkəmə qarşı qaldıracağam ki, xalqların gözü önündə müqəddəsliyimi sənin vasitənlə göstərim, qoy hamısı Məni tanısın”. Külli-İxtiyar Yehova belə deyir: “Qədim günlərdə qullarım İsrail peyğəmbərlərinin dililə haqqında danışdığım kəs sən deyilsənmi? O peyğəmbərlər səni onların üstünə gətirəcəyim barədə illər uzunu peyğəmbərlik ediblər”. 

Həmin gün, Yəcuc İsrail torpağına soxulan gün Mən qəzəbdən alışıb-yanacağam, - Külli-İxtiyar Yehova bəyan edir, -  Qeyzimlə, alovlu qəzəbimlə danışacağam. O gün İsrail torpağında güclü zəlzələ olacaq.  Dəryadakı balıqlar, göydəki quşlar, meşədəki heyvanlar, yerdə sürünən canlılar, cümlə cahan önümdə zağ-zağ əsəcək, dağlar kökündən qopacaq, qayalar parçalanacaq, divarlar yerə çökəcək”.  

Bütün dağlarımda Yəcucun üstünə getməyə qılınc çağıracağam, - Külli-İxtiyar Yehova bəyan edir, - Hər kəs öz qardaşının üstünə qılınc çəkəcək. Onu mühakimə edəcəyəm. Canına azar salıb, üstünə ölüm göndərib onu cəzalandıracağam. Onun da, qoşunlarının da, onunla olan xalqların da üzərinə leysan, dolu, alov, kükürd yağdıracağam. Xalqların qarşısında Özümü ucaldacağam, müqəddəsliyimi göstərəcəyəm, Özümü tanıdacağam. Onda biləcəklər ki, Mən Yehovayam””.

XXXIX fəsildə isə belə davam edilir:

Ey bəni-adəm, peyğəmbərlik edib Yəcuca söylə ki, Külli-İxtiyar Yehova deyir: “Mən sənə qarşıyam, ey Yəcuc, ey Məşəq və Tubalın baş əmiri! Səni yolundan qaytaracağam, uzaq şimaldan çıxarıb İsrail dağlarına aparacağam. Sol əlindən kamanı, sağ əlindən oxları vurub salacağam. Sən də, qoşunların da, səninlə olan xalqlar da İsrail dağlarında məhv olacaqsınız. Səni hər cür yırtıcı quşa, vəhşi heyvana yem edəcəyəm”.

Sən çöldə məhv olacaqsan, çünki bunu Mən dedim”, - bəyan edir Külli-İxtiyar Yehova, - “Məcucun və adalarda əmin-amanlıq içində yaşayanların üstünə od göndərəcəyəm. O zaman biləcəklər ki, Mən Yehovayam. Xalqım İsrailin arasında müqəddəs adımı tanıdacağam, daha qoymayacağam, adıma ləkə vursunlar. Xalqlar biləcəklər ki, Mən Yehovayam, İsraildə Müqəddəs Allaham”.

Bəli, peyğəmbərlik yerinə yetməlidir, yetəcək də, - deyir Külli-İxtiyar Yehova, - Mən bu gün haqqında xəbər vermişəm.  İsrail şəhərlərinin sakinləri çıxıb silahlarla od qalayacaqlar, böyük və kiçik qalxanları, ox-kamanları, toppuzları və nizələri oda atacaqlar. Onlarla yeddi il od qalayacaqlar. Çöldən çırpı yığmaq, meşədən odun gətirmək lazım gəlməyəcək, çünki silahlarla od qalayacaqlar”.

Onları qarət edənləri qarət, talan edənləri talan edəcəklər”, - bəyan edir Külli-İxtiyar Yehova.  

O gün Yəcuca İsraildə, dənizin şərq tərəfindən keçənlərin dərəsində dəfn yeri verəcəyəm, o yer yolçuların yolunu kəsəcək. Orada Yəcuc və onunla olan izdiham basdırılacaq. O yer Həmun-Yəcuc dərəsi adlanacaq. İsrail evi yeddi ay ərzində onları basdırıb ölkəni təmizləyəcək. Bütün ölkə əhli onları dəfn etməklə məşğul olacaq və bununla ad-san qazanacaq. O gün Mən Özümü şərəfləndirəcəyəm”, - Külli-İxtiyar Yehova bəyan edir.  

Camaata ölkəni sərasər dolaşmaq, ölkəni təmizləmək üçün ortalıqda qalan cəsədləri dəfn etmək tapşırılacaq. Axtarışlar yeddi ay davam edəcək. Ölkəni dolaşanlar insan sümüyü gördükləri yerdə nişan qoyacaqlar. Sonra qəbirqazanlar onları Həmun-Yəcuc dərəsində basdıracaqlar. Orada həmçinin Həmunah adlı şəhər olacaq. Beləcə, camaat ölkəni təmizləyəcək”. 

Sənə isə, ey bəni-adəm, Külli-İxtiyar Yehova belə deyir: “Hər cür quşa, vəhşi heyvana söylə: “Toplaşıb gəlin. Sizin üçün hazırladığım qurbanın, İsrail dağlarındakı böyük qurbanın ətrafına toplaşın. Siz ət yeyib qan içəcəksiniz. İgidlərin ətini yeyib, dünya rəhbərlərinin qanından içəcəksiniz. Onların hamısı Başanın bəslənmiş heyvanları - qoç, qoyun, keçi, öküzdürlər. Sizin üçün hazırladığım qurbanın piyindən doyunca yeyib, qanından sərxoş olanadək içəcəksiniz”. 


Yüklə 3,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin