Beləliklə, İblis və Şeytan adlanan böyük əjdaha, bütün dünyanı aldadan qədim ilan yerə atıldı, mələkləri də onunla birlikdə atıldı.
Sonra göydə gur bir səs eşitdim: “İndi Allahımızın qüdrəti, xilası, Padşahlığı və Məsihinin hakimiyyəti yetişdi, çünki qardaşlarımızı gecə-gündüz Allahımızın qarşısında ittiham edən yerə atıldı!
Onlar ittiham edəni Quzunun qanı ilə və verdikləri şəhadət ilə məğlub etdilər. Onlar ölümün gözünə dik baxıb bu yolda canlarından keçməyə hazır oldular.
Buna görə də, ey göylər və göylərin sakinləri, sevinin! Yerə və dənizə isə vay olsun! Çünki İblis, vaxtının az olduğunu bilərək, böyük qəzəblə yanınıza endi”.
Əjdaha yerə atıldığını görəndə oğlan uşağı doğmuş qadını təqib etməyə başladı. Ancaq qadına çöllükdəki yerinə uçmaq üçün iki böyük qartal qanadı verildi. Orada, ilanın gözündən uzaq yerdə, qadını dövr, dövrlər və yarım dövr ərzində bəsləyəcəklər. İlan qadını suda boğmaq üçün onun ardınca ağzından sel buraxdı. Lakin yer qadının imdadına çatdı. Yer ağzını açıb əjdahanın ağzından çıxan seli uddu.
Əjdaha qadına bərk qəzəbləndi və onun övladından qalanlara - Allahın əmrlərinə əməl edən və İsa haqqında şəhadət edənlərə qarşı vuruşmağa getdi”.
Əhdi-Ətiq və Əhdi-Cədidin (Bibliyanın) şərhçilərinin bir qismi “başında on iki ulduzdan ibarət tac” olan qadını gerbində 12 ulduz olan Avropa Birliyi, doğulan oğlan uşağını həmin birliyin və yaxud da “Dünya hökuməti”nin yaranması, 7 taclı “qırmızı əjdaha” nı keçmiş SSRİ, əjdahanın başlarındakı 7 tacı küçmiş SSRİ-nin rəhbərləri (Lenin, Stalin, Xruşov, Brejnev, Andropov, Çernenko, Qorbaçov), əjdahaya qalib gələn mələk Mikayılı SSRİ-nin varlığına son qoyan Mixail Qorbaçov, Quzunu isə Həzrət İsa (ə) ilə eyniləşdirirlər. Bu eyniləşdirmə bizə inandırıcı görünür və sonrakı XIII - XVII fəsillərdə deyilənlərin bunu bütünlüklə təsdiq etdiyini düşünürük.
XIII-XVII fəsillərdə belə deyilir:
“O (qırmızı əjdaha), dənizin qumu üzərində durdu. Bu vaxt gördüm ki, dənizdən onbuynuzlu, yeddibaşlı bir vəhşi heyvan çıxır. Onun buynuzları üstündə on tac vardı, başlarında isə küfrlü adlar yazılmışdı.
Gördüyüm vəhşi heyvan bəbirə bənzəyirdi. Amma pəncələri ayı pəncəsi, ağzı isə şir ağzı kimi idi. Əjdaha bu vəhşi heyvana güc, taxt və böyük səlahiyyət verdi. Mən gördüm ki, onun başlarından biri, sanki, ölümcül yaralanıb. Lakin sonra bu ağır yara sağaldı və bütün bəşər heyrətlə vəhşi heyvanın ardınca getdi.
İnsanlar əjdahaya səcdə etdilər, çünki o, vəhşi heyvana səlahiyyət vermişdi. Onlar vəhşi heyvana da səcdə qılıb deyirdilər: “Bu vəhşi heyvanın tayı-bərabəri varmı? Kim onunla vuruşa bilər?”
Ona lovğa-lovğa danışan, küfr söyləyən ağız və qırx iki ay ərzində hakimiyyət sürmək ixtiyarı verildi. O, ağzını açıb Allaha, Onun adına, məskəninə və göylərin sakinlərinə küfr söylədi. Ona həmçinin izin verildi ki, müqəddəslərlə vuruşsun və onları məğlub etsin. Üstəlik, ona hər bir tayfa, ümmət, dil və xalq üzərində hakimiyyət verildi. Yer üzündə yaşayanların hamısı ona səcdə edəcəklər. Bəşərin təməli qoyulandan bəri onların adı qətlə yetirilmiş Quzunun həyat kitabına yazılmır.
Qulağı olan eşitsin. Kim əsir düşməlidirsə, əsir düşəcək, kim qılıncla öldürərsə, qılıncla öldürülməlidir.
Dostları ilə paylaş: |