Sonra baxdım və budur: Quzu və onun yanında 144 000 nəfər Sion dağında durublar. Onların alınlarında Quzunun və onun Atasının adı yazılmışdı.Göydən bir səs eşitdim. Bu səs gur suların və güclü göy gurultusunun səsinə oxşayırdı. Eşitdiyim səs həm də çəngdə çalıb-oxuyanların səsini xatırladırdı. Onlar taxtın, dörd məxluqun və ağsaqqalların qarşısında, sanki, yeni bir mahnı oxuyurlar. Bu mahnını yerdən satın alınmış 144 000 nəfərdən başqa heç kəs öyrənə bilmirdi.Bunlar bakir qalmış, özlərini qadınlarla ləkələməmiş şəxslərdir. Quzu hara getsə, onlar da onun ardınca gedirlər. Onlar Allah və Quzu üçün insanların arasından nübar kimi alınmışlar.Onların ağzında heç bir hiylə tapılmamışdır. Onlar qüsursuzdurlar.
Sonra göyün üzü ilə uçan başqa bir mələk gördüm. Bu mələkdə yer üzünün sakinlərinə - hər xalqa, tayfaya, dilə və ümmətə car çəkmək üçün əbədi müjdə vardı. O, ucadan deyirdi: “Allahdan qorxun, Onu ucaldın, çünki Onun hökm vaxtı yetişdi. Göyü, yeri, dənizi və bulaqları yaradana təzim edin”.