Yeni DÜnya düZƏNİ


Külli-İxtiyar Yehova bəyan edir: “Siz atların, arabaçıların, igidlərin və döyüşçülərin ətini yeyib süfrəmdə doyacaqsınız



Yüklə 3,78 Mb.
səhifə3/97
tarix01.01.2022
ölçüsü3,78 Mb.
#103177
1   2   3   4   5   6   7   8   9   ...   97
Külli-İxtiyar Yehova bəyan edir: “Siz atların, arabaçıların, igidlərin və döyüşçülərin ətini yeyib süfrəmdə doyacaqsınız. 

Mən xalqlar arasında izzətimi göstərəcəyəm. Onlar hökmümün icrasını və qolumun gücünü görəcəklər. O gündən İsrail evi biləcək ki, Mən onların Allahı Yehovayam. Onda xalqlar biləcək ki, İsrail evi öz günahına görə sürgünə aparıldı, çünki Mənə bivəfa çıxmışdılar. Buna görə də Mən onlardan üz döndərdim, onları düşmənlərinə təslim etdim, hamısı qılıncdan keçirildi. Murdarlıqlarına və asiliklərinə görə onlara cəza verdim. Onlardan üz döndərdim”.  

Külli-İxtiyar Yehova deyir: “Mən Yaqubun əsir düşmüş balalarını geri qaytaracağam, bütün İsrail evinə rəhm edəcəyəm, adımın müqəddəsliyini qoruyacağam. Vəfasızlıqlarına görə alçaldıqdan sonra öz yurd-yuvalarında dinc yaşayacaqlar, onları qorxudub-hürküdən olmayacaq. Onları səpələndikləri digər xalqlar arasından geri qaytaranda, düşmən ölkələrindən toplayanda Özümü onların arasında ucaldacağam, xalqlar da buna şahid olacaq”. 

Onları xalqlar arasına sürgün edib, sonra hamısını bir nəfər kimi yurd-yuvasına qaytaranda biləcəklər ki, Mən onların Allahı Yehovayam. Bir də onlardan üz döndərməyəcəyəm, çünki İsrail evinin üzərinə ruhumu tökəcəyəm”, - Külli-İxtiyar Yehova bəyan edir”.

Belə hesab edilir ki, Həzrət İsanın (ə) ikinci zühuru sözügedən savaş sırasında baş verəcək. İsa Məsihin (ə) başçılığı ilə İblisə və onun təmsilçisi Antixristə (Dəccala) qarşı baş verməsi gözlənilən bu savaş İsrailin şimalında yerləşən Karmel (əski Megiddo) dağının ətəyində mövcud olmuş qədim Megiddo (bugünkü Karmel) şəhərində və ətrafında baş verəcək.

Madam ki, Harmageddon savaşı İsraildəki Megiddo dağının ətəyində yerləşən qədim Megiddo şəhərində və ətrafında baş verməlidir, nədən Corc Buş və təmsilçisi olduğu “Kəllə və sümüklər” təşkilatı həmin savaşın başlanğıcı kimi məhz İraqı seçmişdilər?

Məsələ burasındadır ki, “Vəhy” kitabının Harmageddon savaşından bəhs edilən XVI fəslinin 14-16 – cı bəndlərindən öncə, daha dəqiq desək, 12-ci bəndində belə deyilməkdədir:

Altıncı mələk öz camını böyük Fərat çayına boşaltdı. Gündoğandan gələn padşahların yolu hazırlansın deyə, çayın suları qurudu”.

Sözügedən bəndlərdən sonra isə, yəni 19-cu bənddə belə yazılıb:

Böyük şəhər üç yerə parçalandı. Xalqların şəhərləri də yıxıldı. Böyük Babil Allahın önündə xatırlandı ki, ona Allahın şiddətli qəzəbinin şərabı ilə dolu cam verilsin”.

Məlum olduğu kimi, Fərat çayı öz başlanğıcını Türkiyədən alır, Suriya və İraqdan keçərək, İran-İraq sərhəddi boyunca axıb, Fars (Bəsrə) körfəzinə tökülür. Babil isə bugünkü İraq ərazisində, Bağdadın 90 km cənubunda mövcud olmuş qədim bir şəhərin və qədim bir imperiyanın adıdır. “Harmageddon savaşı”nın başlanğıcı kimi məhz İraqın seçilməsinin səbəbi buradan qaynaqlanır. 19-cu bənddə “Böyük şəhər üç yerə parçalandı” deyildiyindən İraqı üç yerə parçalamaq (şimalda kürd dövləti, mərkəzdə sünni ərəb dövləti və cənubda şiə ərəb dövləti) və 12-ci bənddə də “Gündoğandan gələn padşahların yolu hazırlansın” deyildiyindən üç parçadan birinin – cənub parçanın (Bəsrə və ətrafı) şiə dövləti olması və İraqdan şərqdə yerləşən İranın nəzarətinə verilməsi nəzərdə tutlmuşdu. Sonradan eyni plan Fərat çayının keçdiyi Suriyaya da tətbiq edilməli, bu ölkənin də bir hissəsinin İranın nüfuz dairəsinə verilməsi bə beləcə, İraq, Suriya və Livanı əhatə edən, İsraillə sərhəddi olan və başında İranın duracağı “Şiə hilalı” yaradılmalı idi.

Niyə məhz İran?

Bu sualın cavabını Hizqiyal peyğəmbərin (ə) kitabının XXXVIII fəslinin 5-ci bəndində tapırıq. Orada Harmageddon savaşı zamanı İsrailə hücum edəcəyi söylənilən ölkələr içində Farsın (İranın) da adı çəkilməkdədir:

Hər biri sipərlə, dəbilqə ilə yaraqlanan Fars, Həbəş və Put”.

Bəs, bu planı quran “Kəllə və sümüklər” təşkilatı kimlərdən ibarətdir və əsil məqsədləri nədir?


Yüklə 3,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin