I FƏSİL
“Kəllə və sümüklər” (Skull & Bones) təşkilatı və Buş ailəsi
“Kəllə və sümüklər” (Skull & Bones) təşkilatı 1832-1833 – cü illər arasında ABŞ-ın Yel Unuversitetinin gizli təşkilatı kimi ortaya çıxıb. Onun əsasını Uilyam Rassel və Alfonso Taft qoymuşdular.
Zəngin ailələrin, siyasi elitanın üzvlərini əhatə edən “Kəllə və sümüklər” təşkilatına Bandilər, Lordlar, Rokfellerlər, Uitnlər, Felpslər və Buşlar kimi ailələrin daxil olduqları bilinməkdədir.
Təşkilata üzv olduğu dəqiq bilinən şəxslərdən aşağıdakıların adını çəkə bilərik:
Alfonso Taft (1833). ABŞ-ın 31-ci hərbi naziri və 34-cü baş prokuroru. 27-ci ABŞ prezidenti Uilyam Taftın atası.
Riçard Teylor (1845). Torpaq sahibi və vətəndaş müharibəsi dövründə general. ABŞ prezidenti Zakari Teylorun oğlu.
Endrü Dikson Uayt (1853). Diplomat və tarixçi. Kornell Universitetinin təsisçilərindən və professorlarından biri.
Mozes Koyt Tayle (1857). Yazıçı, tarixçi bə ədəbiyyatşünas.
Yevgeniy Şuler (1859). Alim, yazıçı, tərcüməçi, səyyah və diplomat.
Franklin Mak-Vey (1862). ABŞ-ın 45-ci maliyyə naziri.
Uilyam Qrem Samner (1863). Sosioloq, filosof və iqtisadçı. Yel Universitetinin professoru.
Con Uilyam Sterlinq (1864). Korporativ hüquqşünas, Yel Universitetini əsas maliyyələşdirənlərdən biri.
Uilson Bizzel (1869). Siyasətçi. ABŞ-ın 36-cı poçt müdiri.
Uilyam Hovard Taft (1878). ABŞ-ın 27-ci prezidenti, 10-cu Ali Məhkəmə sədri.
Henri Uoters Taft (1880). Hüquqşünas, ictimai xadim, ABŞ-ın 27-ci prezidenti. Uilyam Hovard Taftın kiçik qardaşı.
Horasiy Datton Taft (1883). Pedaqoq, ABŞ-ın 27-ci prezidenti. Uilyam Hovard Taftın kiçik qardaşı.
İrvinq Fişer (1888). İqtisadçı.
Henri Lüis Stimson (1888). Dövlət xadimi, Filippinin general-qubernatoru və hərbi naziri, ABŞ-ın dövlət katibi.
Peyn Uitni (1898). İş adamı və filantrop..
Robert Alfonso Taft (1910). Ohayo ştatından seçilmiş senator. ABŞ-ın 27-ci prezidenti. Uilyam Hovard Taftın böyük oğlu.
Avrell Harriman (1913). Sənayeçi, dövlət xadimi və diplomat.
Arçibald Makliş (1915). Şair və yazıçı, diplomat.
Preskott Buş (1917). Bankir, Konnektut ştaından seçilmiş senator, böyük Corc Buşun atası və kiçik Corc Buşun babası.
Robert Lovett (1918). Dövlət xadimi, nazir.
Henri Lüs (1920). Jurnalist və naşir, dünyaca məşhur “Time”, “Fortune”, “Life” kimi jurnalların təsisçisi.
Layman Spitser (1935). Astrofizik.
Potter Stüart (1037). ABŞ Ali Məhkəməsinin üzvü.
Makcorc Bandi (1940). ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri.
Ceyms Uitmor (1944). Aktyor.
Corc Herbert Uoker Buş (1948). ABŞ-ın 41-ci prezidenti.
Uilyam Bakli (1950). Yazıçı və siyasi şərhçi.
Kolduell Esselstin (1956). Həkim, dietoloq, yazıçı və avarlı qayıq üzrə Olimpiya çempionu.
Uilyam Nordhaus (1963). İqtisadçı.
Con Kerri (1966). Massaçutes ştatından senator, ABŞ-ın dövlət katibi.
Corc Uoker Buş (1968). ABŞ-ın 43-cü prezidenti.
Don Şollander (1968). Üzgüçü, 5 dəfə Olimpiya çempionu.
Stiven Şvartsman (1969). Biznemen, investor.
Kristofer Bakli (1975). Yazıçı, satirik.
Robert Kaqan (1980). Siyasətçi, jurnalist.
Stiven Mnuçin (1985). İş adamı, ABŞ-ın maliyyə naziri.
Pol Cmatti (1989). Komediya aktyoru.
Ostan Qulsbi (1991). İqtisadçı, Çikaqo Universitetinin professoru, Ağ Evin İqtisadi Şurasının sədri.
Bandilər ailəsi sözügedən təşkilatın idarəçiləri arasında ən çox təmsilçisi olan ailədir. Dünyadakı sələm kapitalının əsas sahibi olan 13 ailədən biri olan bu ailə XVI əsrdə ABŞ-a köç edən bir protestan xənadanıdır. Bandilərin bir çox üzvünün “Skulls and Bones Society” (Kəllə və Sümük Təriqəti) gizli təşkilatının üzvü olduğu və Amerika hökumətində önəmli vəzifələr tutduğu məlumdur. Bunlar Harvi Hollister Bandi (Harvey Hollister Bundy), Uilyam Patnam Bandi (William Putnam Bundy) və MakQriqori Bandidir (McGeorge Bundy).
Adı çəkilənlərdən birincisi, yəni Harvi Hollister Bandi ayrı-ayrı vaxtlarda ABŞ-ın xəzinə müştəşarı, Maliyyə naziri, hərbi katibi vəzifələrini tutmuş və sonuncu vəzifəsində ikən atom bombasının hazırlanmasında, başqa sözlə, Manhetten Layihəsində birbaşa iştirak etmişdir.
Uilyam Patnam Bandi müxtəlif dövrlərdə CİA-nın (Mərkəzi Kəşfiyyat İdarəsinin) Milli Hədəflər Katiblik Komissiyasının rəhbərlərindən biri, Beynəlxalq Təhlükəsizlik və Müdafiə nazirinin yardımçısı, Vyetnam savaşı dönəmində Şərqi Asiya və Sakit Okean katibi, CFR-in Xarici işlər editoru, Amerika Konqresinin üzvü kimi vəzifələr daşımışdır.
MakQriqori Bandi Xarici İşlər analisti, CFR analisti, Savaş katibinin yardımcısı, Milli Təhlükəsizlik özəl yardımçısı, Milli Təhlükəsizlik üzrə məsləhətçi, Ford Fondunun başqanı kimi önəmli vəzifələrdə çalışmışdır.
Bütün önəmli Məsləhət şirkətləri Bandi ailəsinin nəzarətindədir və bu sayədə ABŞ və Qərb dövlətlərinin bütün dövlət orqanları ilə əlaqədədirlər.
Təşkilatın önəmli xanədanlarından biri də Lordlar ailəsidir. Bu ailənin XVI əsrdə Amerikaya köçdüyü və ABŞ dövlətinin qurulması və möhkəmlənməsində önəmli rol oynadığı söylənilir. Onun Natan Lord (Nathan Lord) və Tomas Lord (Thomas Lord) qolları ABŞ-ın idarəçiliyində təsirli rola sahib olan və Corc Buşu (Oğul) hakimiyyətə gətirən “Skulls and Bonnes Society” (Kəllə və sümüklər Təriqəti) ilə birbaşa bağlıdır. Lordlar ailəsinin Franklin Atkıns Lord, Uilyam Qaley Lord (William Galey Lord), Osvald Bates Lord (Oswald Bates Lord), II Çarls Edvins Lord (Charles Edwıns Lord) və Uinston Lord (Wınston Lord) kimi üzvləri sözügedən təriqətin nüfuzlu simaları içərisində yer almaqdadırlar. Bunlardan Uinston Lord 1977-1985 - ci illər arasında CFR-in (Cost and Freight) İdarə Heyətinin sədri olmuşdur. Çarls Edvar Lord xarici investisiyaların idarə edilməsində əsas söz sahiblərindən bir idi.
“Kəllə və sümüklər” təşkilatının önəmli ailələrindən biri də Rokfellerlərdir.
Dünyanın ən zəngin ailələrindən biri olan bu protestan xanədan sənayeçi və bankir ailəsi kimi ad çıxarmışlar. Onların bu səviyyəyə gəlib çıxması XIX-XX əsrlərdə Con Rokfeller və Uilyam Rokfeller qardaşlarının “Standart Oil” şirkəti vasitəsilə məşğul olduqları neft ticarəti ilə bağlı olub. Ailənin sahib olduğu digər nüfuzlu şirkət isə “Canse Manhattan Bank” adlı bank idi.
Nəslin əsasının tanınmış iş adamı Uilyam Rokfeller (Böyük) tərəfindən qurulduğu bilinməkdədir. O, Qreyncerdə (Nyu-York) bir protestant ailəsində dünyaya gəlmişdi və birinci arvadı Eliza Devisondan altı övladı olmuşdu. Bunlardan ən tanınanları “Standart Oil” şirkətinin əsasını qoyan və neft maqnatları kimi tanınan Con Rokfeller və Uilyam Rokfeller (Kiçik) idilər. Onlardan birincisi dindar baptist olduğu üçün dini qurumlarla sıx əlaqə saxlayır, onlara maliyyə dəstəyi verirdi.
Rokfellerlər ailəsinin sərvətinin həcmi, o cümlədən aktivlərinin dəyəri, qoyduqları investisyaların və şəxsi kapitallarının miqdarı haqqında nəinki dəqiq, heç təxmini məlumat da yoxdur. Ailənin bütövlükdə və hər bir üzvünün ayrılıqda hansı sərvətlərə sahib olduqları barədə heç vaxt heç bir açıqlama verilməyib. Sərvətlərinin təyinatı ilə yalnız kişilər məşğul olar, qadınlar isə məsləhət verməklə yetinər, yalnız ailə büdcəsinin təyinaində əsas söz sahibi kimi çıxış edərdilər. Bu ənənə bu gün də davam etməkdədir.
Ailənin kapitalı 1934 və 1952-ci illərdə qurulan və “Case Manhaddan Bank”ın xələfi kimi çıxış edən “Chase Bank”ın təsisçiləri olan fondlarda cəmlənmişdir. “Standart Oil” şirkətinin gəlirləri həmin fondlara yönəldilir. Fondlara Ailə Komitəsi nəzarət edir. İnvestisiyalar “Rockfeller Financial Services” tərəfindən yönləndirilir. Bu quruma 2017-ci ildən etibarən Devid Rokfeller (Kiçik) başçılıq edir.
Ailənin tanınmış üzvləri:
Uilyam Rokfeller (Böyük) (1810-1906).
Con Rokfeller (1839-1937) - Uilyam Rokfellerin (Böyük) böyük oğlu.
Uilyam Rokfeller (Kiçik) (1841-1922) - Uilyam Rokfellerin (Böyük) ikinci oğlu.
Franklin Rokfeller (1845-1917) - Uilyam Rokfellerin (Böyük) üçüncü oğlu.
Con Rokfellerin (Böyük) övladları:
Elizabet Rokfeller (1866-1906) - Con Rokfellerin (Böyük) birinci qızı.
Alta Rokfeller (1871-1962) - Con Rokfellerin (Böyük) ikinci qızı.
Edit Pokfeller (1872-1932) - Con Rokfellerin (Böyük) üçüncü qızı.
Marqaret Rokfeller Stronq (1897-1985) – Elizabet Rokfellerin qızı, Con Rokfellerin (Böyük) nəvəsi.
Con Rokfeller (Kiçik) (1874-1948) - Con Rokfellerin (Böyük) oğlu.
Con Rokfellerin (Kiçik) övladları:
Ebiqeyl Oldric Rokfeller (1903-1976) - Con Rokfellerin (Kiçik) qızı.
III Con Devison Rokfeller (1906-1978) - Con Rokfellerin (Kiçik) böyük oğlu.
Nelson Oldric Rokfeller (1908-1979) - Con Rokfellerin (Kiçik) ikinci oğlu.
Lorans Spelman Rokfeller (1910-2004) - Con Rokfellerin (Kiçik) üçüncü oğlu.
Uintrop Oldric Rokfeller (1912-1973) - Con Rokfellerin (Kiçik) dördüncü oğlu.
Devid Rokfeller (1915-2017) - Con Rokfellerin (Kiçik) beşinci oğlu.
III Con Devison Rokfellerin övladları:
IV Con Devison Rokfeller (1937) - III Con Devison Rokfellerin birinci oğlu.
Houp Oldric Rokfeller (1948) - III Con Devison Rokfellerin ikinci oğlu
Lorans Spelman Rokfellerin övladları:
Laura Spelman Rokfeller Hesin (1938) - Lorans Spelman Rokfellerin əkiz qızlarından birincisi.
Mariaon Fraenç Rokfeller (1938) - Lorans Spelman Rokfellerin əkiz qızlarından ikincisi.
Lüsi Rokfeller (1941) - Lorans Spelman Rokfellerin üçüncü qızı.
IV Con Devison Rokfellerin övladları:
Castin Oldric Rokfeller (1979) - IV Con Devison Rokfellerin oğlu.
Nelson Oldric Rokfellerin övladları:
Rodman Klark Rokfeller (1932-2000) - Nelson Oldric Rokfellerin böyük oğlu.
Stiven Klark Rokfeller (1936) - Nelson Oldric Rokfellerin ikinci oğlu.
Maykl Klark Rokfeller (1938) - Nelson Oldric Rokfellerin üçüncü oğlu.
Fitler Mark Rokfeller (1967) - Nelson Oldric Rokfellerin dördüncü oğlu.
Rodman Oldric Rokfellerin övladları:
Milli Rokfeller (1955) - Rodman Oldric Rokfellerin qızı.
Uintrop Oldricin övladları:
Uintrop Pol Rokfeller (1948-2006) - Uintrop Oldric Rokfellerin oğlu.
Devid Rokfellerin övladları:
Devid Rokfeller (Kiçik) (1941) - Devid Rokfellerin böyük oğlu.
Ebigeyl Rokfeller (1943) - Devid Rokfellerin böyük qızı.
Neva Rokfeller (1944) - Devid Rokfellerin ikinci qızı.
Dulani Marqeret Rokfeller (1947) - Devid Rokfellerin üçüncü qızı.
Hilder Riçard Rokfeller (1949-2014) - Devid Rokfellerin kiçik oğlu.
Eylin Riçard Rokfeller (1952) - Devid Rokfellerin kiçik qızı.
“Kəllə və sümüklər” təşkilatından söhbət açarkən, Buşlar ailəsindən söz açmamaq mümkün deyil. Bu xanədanın ABŞ-a gəlməsi barədə iki versiya var. Bunlardan birincisinə görə, ailə nəslin ilk nümayəndəsi yeni qitəyə 1620-ci ildə “Meyflauer” gəmisi ilə gəlmişdir. İkinci versiya isə bu tarixi XIX əsrin II yarısına aid edir.
Xanədanın əsasının tanınmış sənayeçi Semuel Preskott Buş (4 oktyabr 1963 – 8 fevral 1948) tərəfindən qoyulduğu hesab edilir. Xanədanın ikinci önəmli nümayəndəsi onun oğlu bankir Preskott Şeldon Buş (15 may 1895 - 8 oktyabr 1972) olub. O, 1918-ci ildə Yel Universitetinin tələbəsi ikən “Kəllə və sümüklər” təşkilatına daxil olmuş, təşkilata üzv olan daha iki tələbə ilə birlikdə Fort Still federal qəbiristanlığına gedərək, Apaçi hindu qəbiləsinin başçısının qəbrini qazımış, onun kələ sümüyünü çıxararaq təşkilata hədiyyə etmişdir. Hazırda bu kəllə Yel Universitetində, xüsusi bir guşədə qorunur və gizli mərasimlərdə istifadə edilir. Deyilənə görə, məşhur inqilabçı Çe Gevaranın kəlləsi də təşkilatın xüsusi mülkiyyətidir.
I Dünya savaşı zamanı hərbi xidmətinin Amerika Ekspedisiya Korpusunun tərkibində Fransada keçirən Preskott Şeldon Buşun müharibədən sonra ABŞ-a qayıdıb ərzaq şirkətinə işə düzəldiyi, daha sonra qaynatasının şirkətinin vitse-prezidenti kimi çalışdığı, 1944-1956 – cı illərdə Yel Universitetinin təsis etdiyi Yel Korporasiyasının üzvü olduğu bilinməkdədir. O, siyasi karyerasına Konnektikut ştatında respublikaçı kimi başlamış, konservativ siyasət tərəfdarı olmuş, 1952-ci ildə Konnektikut senatına üzv seçilmiş və prezident Eyzenhauerin qızğın tərəfdarı kimi çıxış etmişdir.
Preskott Şeldon Buş Amrikanın “Brown Brothers Harriman” İnvestisiya Bankının yeddi direktorundan biri idi və həmin bankın nasistlərlə əməkdaşlıq etdiyi barədə əldə təkzibedilməz dəlillərin olduğu söylənilir.
ABŞ-ın 41-ci prezidenti Corc Buş, Preskott Şeldon Buşun oğlu, 43-cü prezidenti Corc Uoker Buş isə (20 yanvar 2001-20 yanvar 2009) nəvəsidir. Onların da “Kəllə və sümüklər” təşkilatının üzvü olduqları bilinməkdədir.
Bunlardan sonuncunun hakimiyyəti illərində “Kəllə və sümüklər” təşkilatının gələcəyə yönəlik daha bir planı ortay qoyulmuşdur. Söhbət İraqı da əhatə edən Böyük Orta Şərq planı (Greater Middle East) və ya da tam adıyla “Genişləndirilmiş Orta Şərq və Şimali Afrika Bölgəsi ilə Müştərək bir Gələcək və İrəliləmə üçün Ortaqlıq (Partnership for Progress and a Common Future with the Region of the Broader Middle East and North Africa)” layihəsindən gedir. Bu layihə XXI əsrin ilk on ilində İslam dünyasını, ilk növbədə də İraq, Suriya, İran, Türkiyə, Əfqanıstan və Pakistanı əhatə etməkdəydi və Corc Buş administrasiyası tərəfındən işlənib hazırlanmışdı. Bu planın sonrakı hədəfləri arasındaa Güney Qafqaz və Orta Asiya ölkələr də yer almaqda idi.
Plan 2004-cü ildə G8 zirvəsinə təqdim edilmək üçün hazırlanmışdı. Planın əsas hədəflərindən biri müsəlman dövlətlərini parçalamaq, ABŞ-ın keşmiş dövlət katibi Kondaliza Raysın da ifadə etdiyi kimi, “22 dövlətin sərhədlərini dəyişmək” idi. I Dünya savaşından sonra əski Osmanlı dövlətini parçalayaraq onun yerində çox sayda kiçik dövlət və dövlətcik yaradan, başlarına özləri tərəfindən idarə edilən diktatorlar qoyan Qərb imperializmi bu dövlət və dövlətciklərdən bəzilərinin əldə edə bildikləri müəyyən iqtisadi və hərbi gücü də yox etmək qərarına gəlmişdi. Bunun üçün mövcud siyasi-inzibati sərhədlərin dəyişdirilməsi, yeni konflikt ocaqlarının yaradılması və müsəlmanların bir-biri ilə savaşaraq güclərini tükətməsi öngörülürdü.
Bu planın kökündə İsrailin keçmiş baş naziri Şimon Peresin 1993-cü ildə dərc etdirdiyi “Yeni Yaxın Şərq” kitabında önə sürülən ideyalar durmaqdadır. O bu kitabda İsrail və ABŞ-ın aparıcı iqtisadçı və alimlərinin çoxillik tədqiqatlarının nəticələrini ümumiləşdirmişdir. Lakin onun kitabında yeniləşdirilməsi nəzərdə tutlan bölgə Livandan başlanır və şərq istiqamətində uzanırdı. Böyük Orta Şərq planı bu bazis üzərində qurulsa da, Afrikanın şimal-qərbindən Hindistan sərhədlərinə qədər uzanan daha geniş bir ərazini əhatə etməkdəydi.
Layihədə Suriyaya da xüsusi yer ayrılmışdı. Plana görə bu ölkə də eynən İraq kimi 3 yerə (ələvi dövləti, sünni dövləti və kürd dövləti) bölünməsi nəzərdə tutlmaqda idi. Sözügedən dövlətə yönəlik planın ən dəhşətli hissəsi paytaxt Dəməşqin Əhdi-Ətiqdə, daha doğrusu, Əşiya peyğəmbərin (ə) kitabında söylənilənlərə uyğun bir şəklə salınmasıdır. Söhbət həmin kitabın XVII fəslində (1-3 – cü bəndlər) söylənilənlərdən gedir:
“Dəməşqə qarşı hökm: «Budur! Dəməşq şəhərlər sırasından çıxacaq, Xarabazara çevriləcək. Aruir şəhərləri boşalacaq, Oralarda sürülər uzanıb dincələcək. Onları hürküdən olmayacaq. Əfraimdə istehkamlı şəhər, Dəməşqdə taxt-tac qalmayacaq. Aramın sağ qalanları Bəni-İsrailin şan-şöhrəti kimi olacaq», - deyir ordular Tanrısı Yehova”.
“Kəllə və sümüklər” təşkilatına daxil olan ailələrdən Rokfeller və Buşların təmsil olunduqları daha bir təşkilat “300-lər komitəsi”dir. Bu komitəni “Gizli Dünya hökuməti” də adlandırırlar.
Buşlardan söhbət açarkən, ABŞ-ın 41-ci prezidenti Corc Buş (1924-2018) haqqında da bir neçə söz demək lazımdır. Onun bütüv adı Corc Herbert Uoker Buşdur. 1924-cü ilə Massaçusetes ştatının Milton şəhərində doğulduğu, tanınmış bankir Preskot Şeldon Buşun oğlu, 43-cü prezident Corc Uoker Buşun atası olduğu bilinməkdədir.
Doğumundan qısa müddət sonra Buş ailəsi Qrinviçə (Konnektikuti ştatı) köçdü. Corc Buş Qrinviçdə böyüdü, orada və Andoverdə (Massaçusets) özəl məktəblərində oxudu. Andoverdəki Filips Akademiyasını bitirdikdən sonra Dəniz Qüvvələri Ehtiyat Birliklərində ehtiyat zabit oldu. II Dünya müharibəsi ərzində (1942-1944) Sakit okesndakı təyyarə gəmilərində bombardımançı təyyarələrdən birinin pilotu oldu. Üstün Uçuş Nişanını qazandı.
1945-ci ildə Barbara Pirs ilə evlənmiş, altı övladı olmuşdur. Qrinviçdən qayıtdıqdan sonra Yel Universitetinə qəbul olmuş və 1948-ci ildə buranı bitirmişdir. Atasının işində işləmək istəməmiş, onun dəstəyi ilə Texasda “Zapata Petrolium Corparation” (1953) və “Zapata Off-Shore Company” (1954) kimi şirkətlərin qurucu ortağı olmuşdur.
1959-cu ildə etibarən Respublikaçılar Partiyasına daxil olduğu, 1966-cı ildə Təmsilçilər Məclisinə seçildiyi, 1973-cü ildə Respublikaçı Partiyasının Beynəlxalq Komitəsinin prezidenti olduğu bilinən Corc Herbery Uoker Buşun 1980-ci ildə prezidentliyə namizədliyini ortaya qoymaq üçün kampaniya başlatsa da, sonra Ronald Reyqana dəstək olmaq üçün öz namizədliyindən əl çəkdiyi məlumdur.
Corc Buş namizədliyini geri çəkdi, əvəzində Ronald Reyqanın köməkçisi oldu, 1988-ci ildə prezident seçkilərində isə yunan əsilli rəqibi Maykl Dukakis qarşısında 54 faiz səs toplayaraq, 41-ci ABŞ prezidenti oldu.
Prezidentlik dövründə Reyqanın izlədiyi siyasi yoladavam edən Buş SSRİ lideri Qorbaçovla bir neçə dəfə görüşmüş, qarşılıqlı silahsızlaşma haqqında danışıqlar aparmışdır.
1992-ci il seçkilərində Corc Buş Demokratlar Partiyasının namizədi Bill Klintona məğlub oldu. O, tarixə həm də “Kəllə və sümüklər” təşkilatının prezidentlik kürsüsünə yüksəlməyi bacaran ilk təmsilçisi kimi düşmüşdür.
Dostları ilə paylaş: |