Yeni DÜnya düZƏNİ


Padşah onları İordan bölgəsində, Suqqutla Sərfan arasında gil qəliblərə tökdü



Yüklə 3,78 Mb.
səhifə41/97
tarix01.01.2022
ölçüsü3,78 Mb.
#103177
1   ...   37   38   39   40   41   42   43   44   ...   97
Padşah onları İordan bölgəsində, Suqqutla Sərfan arasında gil qəliblərə tökdü.

Əşyalar o qədər çox idi ki, Süleyman onları tərəzidə çəkmədi. Misin çəkisi müəyyən edilmədi.

Süleyman Yehovanın evi üçün bütün əşyaları, qızıl qurbangah, hüzur çörəyi qoymaq üçün qızıl masa, xalis qızıldan çıraqdanlar (beşini iç otağın qarşısında sağ tərəfə, beşini sol tərəfə qoydu), qızıl qönçələr, çıraqlar və maşalar,   qızıl teştlər, fitil maqqaşları, ləyənlər, camlar, xəkəndazlar, həmçinin Ən müqəddəs yer olan iç otağın qapıları və baş otağın qapıları üçün qızıl dabanlıq düzəltdi.

Beləliklə, Süleyman padşah Yehovanın evi ilə bağlı bütün işləri tamamladı. Sonra atası Davudun Allah üçün ayırıb qoyduğu əşyaları içəri gətirdi. Qızıl-gümüşü və əşyaları Yehovanın evinin xəzinəsinə qoydu”.

Yəhudilər Əhdi-Ətiqə daxil olan “1-ci Padşahlar” kitabının VII fəslində bütün bu bildirilənləri əldə əsas tutaraq, məbədin layihəsini artıq hazırlamış və yuxarıdakı sitatda adı çəkilən əşyaların da surətlərini düzəltmişlər. Maşiahın taxtı və qızıldan düzəldilmiş tacı da artıq çoxdan hazırdır.

III məbəd, mövcud olmasa da, artıq “GOOGLE map” xəritələrinə belə salınıb (https://www.youtube.com/watch?v=SaMFFqjMT7Q).

Xristian-yevangelistlərin Beytül-Məqdisin bərpası məsələsinə baxışı yəhudilərinkindən bir qədər fərqlənir. Yevangelistlər məbədin Məscidi-Əqsanı yıxmadan, onun yanında bərpa etməyin tərəfdarıdırlar. Məsələ burasındadır ki, Əl-Əqsa məscidinin hazırda olduğu yer Sülüyman məbədinin həyətinin olmuş olduğu yerə düşür. Bu səbəbdən də məbədin həyətsiz bərpa edilməsi öngörülür. Bu fikrin “Vəhy” kitabının XI fəslinin 1-2 – ci bəndlərində söylənilənlərdən qaynaqlandığını söyləyə bilərik:

Mənə çomağa bənzər bir qamış çubuq verildi və deyildi: «Dur, Allahın məbədini, qurbangahı və orada ibadət edənləri ölç. Lakin məbədin həyətini ölçmə, qoy qalsın, çünki o, digər xalqlara verilib. Müqəddəs şəhər 42 ay ərzində onların tapdağı altında qalacaq”.

Məhz bu kimi inanışlar yevangelistlərin təmsilçisi olan Donald Trampı Qüdsü İsrailin paytaxtı elan etməyə, ABŞ səfirliyini Tel-Avivdən Qüdsə köçürməyə, Colan təpələrini İsrailin ayrılmaz tərkib hissəsi kimi tanımağa, daha sonra isə Fələstini ərəblərdən təmizləməyi öngörən “Əsrin planı” ilə çıxış etməyə sövq etmişdir.

Türkiyə başda olmaqla, müsəlman ölkələrinin şiddətlə qarşı çıxdıqları “Əsrin planı” nədir?

Fələstin Qurtuluş Təşkilatının baş katibi Saib Ureyqatın sözlərinə görə, ABŞ Fələstinlilər üçün Qazzə Şəridində ayrıca bir dövlət qurmağı planlaşdırır. Bu plan Donald Trampın guya İsrail-Fələstin probleminə çözüm gətirmək üçün ortaya atdığı " Əsrin planı " adı altında önə sürdüyü layihənin bir parçasıdır. Layihənin əsil məqsədi Qazzə Şəridini Batı Şeriadan qopartmaq, Fələstinli qaçqınların öz ölkələrinə qayıtmalarını önləmək, Qüdsü İsrailin, Ramallahı isə Fələstinin paytaxtı etmək və bu yolla BMT-nin İsrail və Fələstin dövlətlərinin ərazilərini, eləcə də Qüdsün statusunu müəyyən edən 1967-ci il qərarını və bu qərarla təsbit edilmiş sərhədləri aradan qaldırmaqdır.

Qüds məsələsində yəhudilərlə eyni ideoloji-siyasi baxışları paylaşdıqları üçün yevangelistləri bəzən “xristian-sionistlər” də adlandırırlar. Onları “Tanrını qiyamətə zorlayanlar” adlandıranlar da az deyil.

Əksər xristian məzhəb və cərəyanları tərəfindən Axırzamanda baş verəcəyinə inanılan Harmageddon savaşının yevangelistlərin ideoloji-siyasi baxışları içərisində də xüsusi yeri var. Bu baxımdan ABŞ-ın 33-cü prezidenti Ronald Reyqan da istisna deyildi. Onun yevangelist olduğu, Armageddon savaşının yaxın zamanlarda baş verəcəyinə inadığı bilinməkdədir. Bunu o özü etiraf etmişdir.

Yevangelistlər kimdir və yevangelizm nədir?

Bəri başdan qeyd edək ki, yevangelizm xristianlığın protestantizm məzhəbinin qollarından biridir.



Ortodos xristianlıq və katolisizm ilə birlikdə xristianlığın üç ən böyük məzhəblərindən biri olan protestantlıq cərəyanının adı latıncadakı “protestans” (etiraz edən) kəlməsindən qaynaqlanır və bu məzhəb Avropada Reformasiya dövründə meydana gəlmişdir. Almaniyada Martin Lüterin, Hollandiyada  isə Jan Kalvinin katolik kilsəsinə qarşı çıxışları protestantlığın əsasını qoydu, beləcə, protestantlıq və onun lüteranlıq və kalvinizm kimi iki əsas qolu ortaya çıxdı. 

Reformasiyanın başlaması ilə protestantlıq əvvəlcə Avropada,  sonra isə bütün dünyada əsas siyasi cərəyana çevrildi. Əvvəllər bütün protestanlar lüteranlar adını daşıyırdı. Sonrakı inkişaf mərhələlərində bir neçə qola bölünən protestanlıq cərəyanı mənsublarının sayı hal-hazırda altı-yeddi yüz milyondan artıqdır.

XVI əsrdə bir çox Avropa ölkəsində olduğu kimi, Fransada da  protestanlar və katoliklər arasında ciddi mübarizə geniş yer almışdı. 1572-ci ilin 24 avqustunda katoliklər protestantlara qarşı tarixə adı “Varfolomey gecəsi” kimi düşən dəhşətli qətliam törətdilər. Bu hadisənin qurbanlarının sayı barədə alimlər arasında yekdil fikir yoxdur. Hesab edilir ki, Parisdə təqribən üç min, bütün Fransada isə on min ilə əlli min arasında protestant qətl edilmişdir. Həmin dövrdə Fransada baş vermiş qətliam katolik dünyasında rəğbətlə qarşılanmış, Roma Papası XIII Qriqori faciəni alqışlayaraq, Vatikanda fişəng atılmasını və medal təsis edilməsini əmr etmişdi.

Protestantlıq xristianlığı xeyli sadələşdirdi, müqəddəslərə pərəstişi, ilk növbədə də Roma papasına pərəstişi rədd etdi.

Hazırda daha çox Skandinaviya ölkələrində, Almaniya, İsveçrə, Böyük Britaniya, Avstraliya, Kanada, Yeni Zelandiya, Niderland və ABŞ-da yayğın olan protestantlığın əsas qolları aşağıdakılardır:


  1. Lüteranlıq

  2. Kalvinizm

  3. Anqlikanizm

  4. Yevangelizm.

Bunlardan yevangelizm özündə bir neçə protestant axınını (baptistlər, pentekostallar, xarizmatik yevangelistlər, neoxarizmatik yevangelistlər, qeyri-denominasiya yevangelistləri) birləşdirir. Cərayan adını “Yevangeliya” (İncil) kəlməsindən alır və bununla da İncilə ən düzgün əməl edənlərin birliyi olduğu fikri diqqətə çatdırılmağa çalışılır. Evangelistlər şəxsi mənəvi keyfiyyətlərin yüksəldilməsinə, missionerlik fəaliyyətinə və ciddi etik prinsimlərə önəm verdiklərini iddia edirlər. Onlar günahlardan təmizlənmək və xilas olmaq üçün Həzrət İsanın (ə) təlimlərinə sıx-sıx bağlanmaq lazım olduğunu hesab edirlər.

Rokfellerlər tərəfindən maliyyələşdirilən yevangelistlərin saylarının 2016-cı ildə 619 milyon olduğu açıqlanmışdı. Bunlardan 100 milyondan bir qədər çoxu ABŞ-da yaşayır. Onlar bu ölkədə artıq önəmli siyasi güc halına gəlmişlər. Önəmli güc halına gəlmələrinin ən gözəl sübutu 2017-ci il prezident seçkilərində dəstəklədikləri namizədi – Donald Trampı hakimiyyət gətirə bilmələri oldu.

Yevangelistlər arasında liberalizm və konsevatizm, arminiançılıq və kalvinizm mövzularında fikir ayrılıqlarının olmasına baxmayara, bütün yevangelist axınlar özlərini bir və müttəfiq hesab edirlər. Onları bir-birinə sıx bağlayan əsas ideyalar içərisində Həzrət İsanın (ə) ikinci gəlişi ilə dünyada haqq və ədalətin bərpa olunacağı, bütün dünyadakı dinlərin aradan qalxacağı, hamının xristianlığı qəbul edəcəyi və dünyada vahid xristian dövlətinin qurulacağı ideyasıdır.

Əksər xristian məzhəb və cərəyanlar kimi yevangelistlər də yəhudilərin gəlişini gözlədikləri Maşiahın, əslində, Məsih deyil, Atixrist (Ziddi-Məsih, Dəccal) olduğuna, Məsihin, yəni Həzrət İsanın (ə) ikinci dəfə yer üzünə gəlməsinin Antixristin (Dəccalın) peyda olmasından sonra baş verəcəyinə, gəldikdən sonra İblisin təmsilçisi olan Antixristi (Maşiahı) öldürəcəyinə inanırlar. Bu səbəbdən də İsrailin Qüdsü təktərəfli paytaxt elan etmək istəməsini və Beytül-Məqdisi bərpa etmək, yəni III Süleyman məbədini inşa etmək planını dəstəkləyirlər. Hesab edirlər ki, Beytül-Məqdis bərpa edilmədən Maşiah (Antixrist) gəlməyəcək, Maşiah gəlmədən də Həzrət İsa (ə) gəlməyəcək. İsanın (ə) gəlişini sürətləndirmək üçün Maşiahın gəlişini, onun gəlişini sürətləndirmək üçün Beytül-Məqdisin bərpasını, Beytül-Məqdisin bərpası üçünsə, Qüdsün yəhudilərin bölünməz paytaxtına çevrilməsini sürətləndirmək lazımdır. Bunun üçünsə müsəlmanların, ilk növbədə də ərəblərin müqaviməti tam qırılmalı, müsəlmanlar müqavimət göstərəbilməyəcək qədər zəiflədilməli və ya məhv edilməlidir.





Yüklə 3,78 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin