Yeni DÜnya düZƏNİ


Sazişə imza atmış ölkələr



Yüklə 3,78 Mb.
səhifə47/97
tarix01.01.2022
ölçüsü3,78 Mb.
#103177
1   ...   43   44   45   46   47   48   49   50   ...   97
Sazişə imza atmış ölkələr


Coğrafi bölgə

İmza atan ölkələrin sayı

Sazişi imzalamış ölkələr

Asiya

36

Azərbaycan, Banqladeş, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bruney, Cənubi Koreya, Ermənistan,Əfqanıstan, Filippinlər, Gürscüstan, İndoneziya, İraq, İran, Kamboca, Küveyt, Qazaxıstan, Qətər, Qırğızıstan, Laos, Livan, Malayziya, Maldiv adaları, Monqolustan, Myanma, Nepal, Oman, Özbəkistan, Pakistan, Səudiyyə Ərəbistanı, Sinqapur, Şərqi Тimor, Şri-Lanka, Tacikistan, Tailand, Türkiyə, Vyetnam,

Аfraika

37

Аnqola, Burundi,Cənubi Afrika Respublikası, Cənubi Sudan, Cibuti, Çad, Efiopiya, Əlcəzair, Kabo-Verde, Kamerun, Keniya, Konqo, Kotdivuar, Qаbоn, Qambiya, Qana, Qvineya, Liviya, Mavritaniya, Madaqaskar, Mərakeş, Misir, Mozambik, Namibiya, Nigeriya, Ruanda, Seneqal, Seyşel adaları, Somali, Sudan, Тanzaniya, Тoqo, Тunis, Uqanda, Zambiya, Zimbabve,

Avropa

26

Albaniya, Аvstriya, Belorus, Bolqarıstan, Bosniya və Hersoqovina, Çernoqoriya, Çexiya, Estoniya, İtaliya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Маltа, Мoldova, Polşa, Portuqaliya, Rmıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, Şimali Makedoniya, Ukraina, Xorvatiya, Yunanıstan

Океаniya

9

Fici, Kuk adaları (Yeni Zellandiya), Mikroneziya, Niue (Yeni Zellandiya), Papua – Yeni Qvineya, Samoa, Tonqa, Vanutau, Yeni Zellandiya

Şimali Amerika

11

Аntiqua və Barbuda, Barbados, Dominika, Dominika Respublikası, Коstа-Riка, Кubа, Qrenada, Panama, Salvador, Trinidad və Тоbaqо, Yamayka

Cənubi Amerika

7

Boliviya, Qayana, Surinam, Uruqvay, Çili, Ekvador, Venesuela

Layihənin adındakı “bir zolaq” İpək yolu iqtisadi zolağını, “bir yol” isə dəniz, hava və dijital “İpək yolları” nı ifadə edir. Bir sözlə, qarşımızda gələcəkdə qurulması öngörülən Yeni Dünya düzəninin təməl daşlarının atılması prosesini görməkdəyik. Bu səbəbdən də sözügedən layihə ABŞ-ın bəzi dairələrində hakim olan və Rokfellerlər tərəfindən dəstəklənən neocon fəlsəfənin müddəaları ilə ziddiyyət təşkil edir və bütünlüklə Rotşildlərin dünyanın gələcəyinə yönəlik baxışlarını və planlarını əks etdirir.

Demokratlar Partiyasının izlədiyi siyasətlərə, xüsusən də xarici siyasətə inamını itirmiş demokratlar arasında ortaya çıxan bu siyasi axın 1970-ci illərdən 2000-ci illərə qədər bir çox öndə gələn siyasətçi tərəfindən dəstəklənmiş. Ata və oğul Buşların hakimiyyət illərində ABŞ siyasətində çox təsirli bir mövqe qazanmışdır. 2003-cü ildə başlayan İraq savaşında izlənən siyasətdə və İraqın işgalınən həyata keçirilməsində önəmli rola sahib olmuşdur.

ABŞ-ın Orta Şərq siyasətində İsrailiin müdafiəsi və Orta Şərqdə demokratiyanın yaygınlaşdırılması kimi hədəflərə sahib olan bu baxışa görə, potensial təhdid zamanı "vurulmadan öncə vurma" fəlsəfəsi çərçivəsində hərəkət edilməli və zərurət yaranarsa, düşmən dövlətlərdəki rejimlər dəyişdirilməlidir. Əfqanıstan və İraq da bu doktrinin açıq şəkildə həyata keçirildiyini söyləyə bilərik.

Doktrinanın qızğın tərəfdarları içərisində aşağıdakı şəxslərin adını xüsusi qeyd etmək lazımdır:

Dik Çeyni (oğul Buşun dövründə vitse-prezident)

Pol Vulfovits (ABŞ-ın müdafiə naziri və Dünya Bankı Qrupunun sədri)

Con R. Bolton (ABŞ-ın BMT-dəki təmsilçisi)

Elliot Abrams (nazir müavini)

Cin Kirkpatrik (ABD-nin BMT-dəki səfiri)

L. Pol Bremer (İraq Müvəqqəti Koalisiya İdarə Heyətinin sədri)

Jo Liberman (Konnektikut ştatından seçilmiş senator)

Jeb Buş (Florida valisi və prezidentliyə namizəd)

Nyut Qinqriç (ABŞ Təmsilçilər Məclisi 50-ci dönəm başqanı)

Robert Kaqan (yazıçı, şərhçi)

Conah Qoldberq (yazıçı, şərhçi)

Yuxarıda adı çəkilən şəxslər və onların təmsil etdikləri cərəyan Çin mərkəzli Yeni Dünya düzəninə qarşı ABŞ mərkəzli Yeni Dünya düzəni modelini dəstəkləyirlər. Bir çoxları bu iki fərqli baxışın Rokfellerlərlə Rotşildlər arasında dünyanın gələcəyi ilə bağlı mövcud olan fikir ayrılığından qaynaqlandığını düşünür və bunu sələm kapitalı ilə sənaye kapitalı arasındakı ziddiyyətlərlə əlaqələndirirlər.

Çinin təbliğatının əsasını tarixi İpək yolunun tarix kitablarında əksini tapmış müsbət rolu təşkil edir. Bu səbəbdən də hədəflənən rabitə və nəqliyyat şəbəkələrindən "ipək yolu" kimi bəhs edilir: "dəmir ipək yolu", "quru ipək yolu", "dəniz ipək yolu", "hava ipək yolu", "dijital ipək yolu" və s. Beləcə, dünya xalqlarındın təsəvvürlərində müsbət təsəvvür yaradılmasına çalışılır.

Layihə üzv dövlətlər arasında dəmir və avtomobil yolları, dijital əlaqələr, körpülər, neft və qaz boru xətləri, lojistik bazalar, enerji stansiyaları, hava limanları və aerodromlar kimi böyük təsisatların qurulmasını nəzərdə tutur. Onun İpək Yolu İqtisadi Zolağı və Dəniz İpək Yolundan ibarət iki əsas hissəsi vardır. Bunlardan birincisinin güzərgahında 6 dəhliz yerləşir. Bunlar aşağıdakılardır:

1.Çin - Hindiçin yarımadası iqtisadi dəhlizi (CICPEC)

2.Çin - Pakistan iqtisadi dəhlizi (CPEC)

3.Çin - Orta Asiya – Qərbi Asiya iqtisadi dəhlizi (CCWAEC)

4.Bangladeş - Çin - Hindistan - Myanma iqtisadi dəhlizi (BCIMEC)

5.Çin - Monqolustan - Rusiya iqtisadi dəhlizi (CMREC)

6.Yeni Avrasya quru köprüsü iqtisadi dəhlizi (NELBEC)

Azərbaycan 3 dəhliz üzərində yerləşir. Ələt bərə limanının və Bakı-Tiflis-Qars dəmir yolunun tikintisindən sonra ölkəmizin yerləşdiyi düzərgahın önəmi daha da artıb. Bununla belə, Xəzər dənizinin çox dalğalı olması səbəbindən Qazaxıstan-Türkmənistan-İran-İraq-Suriya marşrutu Qazaxıstan-Azərbaycan-Türkiyə marşrutuna nisbətən daha avantajlı hesab edilir. Fəqət İraq və Suriyadakı qeyri-sabit vəziyyət Azərbaycanın yerləşdiyi dəhlizi daha aktual edir.

Layihənin maliyyə ayağını təmin edəcək qurumlar 2 şəkildə ortaya çıxmaqdadır. Bunlar beynəlxalq qurumlar və Çinin milli maliyyə təşkilatlarıdır. Bunlardan Çin Regionlararası İnkişaf Bankı, Çin İnkişaf Bankı, Çin İxracat-İdxalat Bankı, Çin İnşaat Bankı, Çin İnvestisiya Qurumu, İpək Yolu Fondu, Asiya İnkişaf Bankı, Asiya Altyapı Bankı və Yeni İnkişaf Bankının adlarını çəkmək mümkündür.

“Bir zolaq, bir yol” layihəsinə daxil olan ölkələrin böyük əksəriyyəti az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdir. Bu ölkələrə yatırılan investisiyalar onların iqtisadi vəziyyətləri baxımından bəzi iqtisadi sıxıntılar doğurmaqdadır. Belə ki, onsuz da durumları yaxşı olmayan bu ölkələr borç yükü altına girərək, layihənin xərclərini çəkə bilməməkdədirlər. Bu da inşa edilən limanların, nəqliyyat yollarının Çin dövlətinə ötürülməsinə səbəbolur. Təsadüfi deyil ki, Şri-Lankanın Hambantota, Pakistanın Qvadar, Yunanıstanın Pire və Türkiyənin Kumport limanlarının 65 %-i, Afrikadaki çeşidli ölkələrdə bulunan bir çox dəmir yolu, hava limanı, eləcə də Tacikistanın qızıl və kömür yataqları həmin ölkələrin borçlarını ödəyə bilmədikləri səbəbindən Çinin nəzarətinə keçmişdir.

Layihənin qarşısındakı ən böyük əngəl Rokfellerlərin başçılığı ilə qurulmaq istənilən alternativ Yeni Dünya modelidir. Rotşildlərin Çin üzərindən qurulmasını dəstəklədiyi və mövcud suveren dövlətlərlə işbirliyini öngörən modeldən fərqli olaraq, alternativ model suveren dövlətləri parçalamağı və mövcud sərhədləri dəyişdirməyi, bu məqsədlə də ölkələr daxilində və arasında qarşıdurmalar yaratmağı hədəfləyir. Nəticədə “Bir zolaq, bir yol” layihəsinin gerçəkləşdirilməsi Myanmadakı buddist-müsəlman qarşıdurması, Hindistanla Pakistan arasında yaşanan Kəşmir sorunu, Azərbaycanla Ermənistanın müharibə vəziyyətində olması, eləcə də İraq və Suriyadakı etnik və məzhəb savaşları üzündən çox da rahat və rəvan getmir.

Deyilənlərə Qonkonq, Uyğurustan və Tibetdəki narazılıqları da əlavə etmək lazımdır. Lakin ən böyük təhlükə qarşı tərəfin planlaşdırdığı “Harmageddon (III Dünya) savaşı” planıdır. Və bu planın ən əsas hədəflərindən biri yaxın 10 il içərisində dünya liderinə çevrilmək və ABŞ-ın birincilik rolunu əlindən almaq potensialına sahib olan Çinin bilavasitə özüdür.

Mərkəzi Londonda yerləşən, bankçılıq və maliyyə xidmətləri şirkəti olan “Standart Chartered”in hesabatına görə, gələcəyin ən böyük on iqtisadiyyatına sahib olacaq ölkələrin əksəriyyəti əsasən bu gün inkişaf etməkdə olan ölkələr olacaq və siyahıya Çin başçılıq edəcəkdir. ABŞ isə birinciliyini itirərək Çin və Hindistandan sonra üçüncü yerdə qərarlaşacaqdır. Onluqda sadəcə bir Avropa ölkəsi – Almaniya yer alacaq ki, o da onluğu tamamlayan ölkə olacaq.

Hesabatdan göründüyü kimi, siyahıdakı on ölkənin yeddisini inkişaf etməkdə olan ölkələrin olması proqnozlaşdırılır. Eyni zamanda, Asiya qitəsində yerləşən ölkələrin də əksəriyyət təşkil edəcəyi gözlənilir. Onların ilk sıralarda yer alaraq günümüzün ən böyük iqtisadiyyatlarına sahib ölkələrini geridə buraxacaqları təxmin edilir.

Siyahıda yer alan on ölkə sırasıyla Çin, Hindistan, ABŞ, İndoneziya, Türkiyə, Braziliya, Misir, Rusiya, Yaponiya və Almaniyadır. Bunlardan birincisinin, yəni Çinin ÜDM göstəricisinin 2030-cu ildə 64.2 trilyon ABŞ dolları həcmində olacağı söylənilir. Onu 44,31 trilyon dollarlıq göstərici ilə Hindistanın təqib edəcəyi gözlənilir.



Hesabatda ABŞ üçüncü yerin sahibi kimi qeyd edilib – 31,01 trilyon dollar.

Sonrakı yerlərdə aşağıdakı dövlətlər yer alır:

İndoneziya – 10,11 trilyon dollar

Türkiyə - 9,11 trilyon dollar

Braziliya – 8,67 trilyon dollar

Misir – 8,21 trilyon dollar

Rusiya – 7,91 trilyon dollar

Yaponiya - 7,21 trilyon dollar

Almaniya – 6,91 trilyon dollar

Təbii ki, bu vəziyyət ABŞ-ı qane edə bilməz və etmir. Bu səbəbdən də onun yeni hərbi doktrinində Çin bir nömrəli təhlükə mənbəyi kimi qeyd edilib. Təbii ki, Hindistan və siyahıdakı digər ölkələr də bu və ya digər dərəcədə rəqib və təhlükə mənbəyi kimi gözdən keçirilir.

“Bir zolaq, bir yol” layihəsi təkcə iqtisadi inteqrasiya və ümumi rifah səviyyəsinin yüksəldilməsini nəzərdə tutmur. Layihə həm də düzərgah üzərində yerləşən və əməkdaşlığa açıq olan ölkələrlə birlikdə postkapitalizm dövrünün yeni modelinin – ümumdünya kommunizm cəmiyyətinin qurulmasını öngörür. Söhbət dövrü keçmiş əski baxışlar sistemi əsasında qurulacaq xəyali bir sistemdən yox, 4-cü sənaye inqilabının gətirəcəyi yeni imkanlar əsasında qurulması planlaşdırılan yeni tipli dünya cəmiyyətindən gedir.



Nəzərə alsaq ki, bəşəriyyət 4-cü sənaye inqilabı ərəfəsindədir, yəni biz 3-cü sənaye devrimindən 4-cü sənaye devriminə keçid ərəfəsindəyik, dünyanın yeni tipli münasibətlər sisteminə hamilə olduğunu çəkinmədən söyləyə bilərik.

Belə hesab edilir ki, sənaye devrimıərinin birincisi su və buxar enerjisinin istifadə edilməsi olub. Bu inqilab XVIII əsrin ilk çəyərəyində gerçəkləşib. Buxar maşınının icadı və istehsalatın müxanikləşdirilməsinə əsaslanan bu devrimi təqribən yüz il sonra kütləvi istehsala keçidi təmin edən 2-ci devrim dalgası təqib etdi. Bu, elektrik enerjisinin kəşfi və onun sənayeyə tətbiqi ilə mümkün oldu. XX əsrdə dünya, nəhayət ki, dijital çağa addım atdı və beləcə, devrimlərin 3-cüsü olan dijital sənaye inqilabı çağı başladı. Elektronik ve informasiya texnologiyalarının təkmilləşdirilməsi sayəsində istehsalın avtomatlaşdırılması gerçəkləşdirildi. 3-cü devrim öz ardınca avtonom maşın ve virtual mühitə start verərək, əski istehsal vasitələrini daha da təkmilləşdirən 4-cü sənaye devrimini gətirdi.

4-cü sənaye devriminin təməlini İoT (İnternet vasitəsilə bir-birinə bağlanan obyektlər) sayəsində fiziki və virtual mühitlərin əlaqələndirilməsi nəticəsində yaranan informativ paylaşımın əmələ gətirdiyi intellektual şəbəkə, eləcə də virtual sistemin sensor məlumatları ilə əlaqələndirilməsi təşkil edir.

4-cü sənaye devriminin gətirdiyi yenilikləri aşağıdakı kimi sıralaya bilərik:

5 G texnologiyaları

3 D texnologiyası

Süni zəka

Bulud hesablama

Genişlənmiş reallıq

Böyük məlumatların təhlili

Robot texnologiyaları

Tamamilə robotlaşdırılmış istehsal sahələri

Söhbət süni zəka tərəfindən idarə ediləcək robotlaşdırılmış sistemlər - robotlaşdırılmış istehsal və xidmət sahələri sayəsində yaradılacaq maddi nemətlər bolluğundan, robotların istismar edilənləri əvəz etməsi ilə insanın insan tərəfindən istismarına son qoyulmasından, 5G texnologiyaları sayəsində nəqd pulun bütünlüklə kripto valyuta (virtual pul) ilə əvəz edilməsi sayəsində sələm kapitalına əsaslanan bank-sisteminin aradan qaldırılmasından, süni zəka tərəfindən insanların ehtiyaclarının müəyyən edilərək maddi nemətlərin onlar arasında ədalətli paylaşımına əsaslanan ədalətli cəmiyyətdən gedir.

Elmi-texniki tərəqqi bütün bu deyilənlərin, eləcə də bir çox futuristik nəzəriyyələrin çox yaxın zamanlarda reallığa çevrilməsi üçün optimal şərait yaradır.

Sözügedən nəzəriyyələrdən biri də “Venera layihəsi” (The Venus Project) adı ilə tanınan nəzəriyyədir. Onu beynəlxalq qeyri-kommersiya və qeyri-hökumət təşkilatı da adlandırmaq olar. Layihənin müəllifləri Jak Fresko və Roksana Medouz hesab edilirlər. Bunlardan birincisi ideyanın müəllifi, ikincisi isə onu həyata keçirməklə məşğul olan şəxsdir. Layihə tesurslara yönəlik iqtisadiyyat vasitəsilə sülhpərvər, dayanıqlı və davamlı inkişaf edən qlobal cəmiyyətin qurulmasını hədəfləyir. O, hərtərəfli avtomatlaşdırmanı, ən son elmi nailiyyətlərin bəşər həyatının bütün sahələrinə tətbiqini, qərarların verilməsi zamanı sırf elmi metodologiya əsasında hərəkət edilməsini nəzərdə tutmaqdadır.



Layihənin tədqiqat mərkəzi ABŞ-ın Florida ştatının Vinus (Venera) şəhərində, 21,5 akrlıq (≈ 0,087 кm²) bir ərazidə yerləşir. Layihənin adı da məhz həmin şəhərin adından qaynaqlanır. Onun müəllifi Jak Fresko ABŞ-dakı böyük depressiyadan sonrakı bütün həyatının sözügedən ideyaya həsr edib və ilk olaraq “Sosial kibermühəndislik” adlı nəzəriyyə işləyib hazırlayıb, daha sonra həmin nəzəriyyənin təkamülü nəticəsində “Venera” layihəsi ortaya çıxıb. Hazırda bu ideyanı izah edən bir neçə kitab yazılıb, bir neçə də sənədli film çəkilib. Müxtəlif ölkələrdə ideyanın çox sayda tərəfdarı və onların qurduqları təşkilatlar bulunmaqdadır. MDB ölkələri də bu baxımdan istisna deyil. Sözügedən ölkələrdəki tərəfdarlar “Gələcəyin layihələndirilməsi” adlı ictimai təşkilatda birləşiblər. Eyni zamanda ideya ilə bağlı metodiki materialları dünya xalqlarının dillərinə tərcümə edən çevik bir komanda da formalaşıb.

“Gələcəyin layihələndirilməsi” adı altında fəaliyyət göstərən təşkilatın veb saytına girməklə həm ideya, həm də onun gerçəkləşdirilməsi istiqamətində həyata keçirilmiş işlər barədə yetərincə material tapmaq və onları ödəniş etmədən yükləmək mümkündür. Bu materiallar əsasən elektron kitablardan, filmlərdən müsahibələrdən, broşürlərdən, posterlərdən, flayerlərdən və s. ibarətdir. Bu materiallar CCBY-NC-ND lisenziyası əsasında paylaşılır və hər kəsin onlardan sərbəst istifadə etməsi təmin edilir.

Qeyd edək ki, layihə çərçivəsində həyata keçirilmiş əksər texnoloji məhsulların çertyojları gizli saxlanılır. Bəzilərinə isə müəyyən məbləğdə ödəniş etməklə ulaşmaq mümkündür.

Jak Freskonun təsəvvüründə “Venera” layihəsi elə bir vahid sosial-iqtisadi sistemdir ki, bu sistemdə avtomatlaşdırma, robotlaşdırma və çağdaş texnologiyalar ictimai həyatın bütün sahələrinə nüfuz edəcək və bu nüfuzetmə gəlir əldə etmək məqsədi deyil, həyat şəraitini və rifahı halını yüksəltməyə xidmət edəcək. Bu halda qəraraların qəbulu zamanı əsas kriteriya kimi qazanc əldə etmək istəyi çıxış etməyəcək. Bu, faktiki olaraq, kapitalizmin son bulması və bəşəriyyətin, şərti olaraq, “dijital kommunizm” adlandıra biləcəyimiz postkapitalist cəmiyyətə keçməsi deməkdir.



Postkapitalizm dövrü cəmiyyəti və ya “dijital kommunizm” cəmiyyəti smart (ağıllı) və lojistik şəhərlərin qurulmasını öngörməkdədir. Smart şəhərlər süni zəka tərəfindən tənzimlənən, bütün fiziki işlərin avtomatik sistemlər və robotlar tərəfindən görülən yeni tipli şəhərlərdir. İlk belə şəhərin inşasına artıq Səudiyyə Ərəbistanında başlanmışdır. İnşa edilməkdə olan və “Neom” ( نيوم‎) adlanan bu şəhər Səudiyyənin ən şimal-qərbində, Təbukda yerləşir. Оnun müəyyən bir hissəsi Qırnızı dənizin sahili boyu, İordaniya və Misir sərhədlərində, 26500 km²-lik bir ərazidə qurulmaqdadır. Bütünlüklə süni intellekt tərəfindən tənzimlənməsi, bütün fiziki işlərin və xidmətlərin avtomat və robotlar tərəfindən görülməsi və robotların insanlardan daha çox olması öngörülən Neomun ilk mərhələsinin 2025-ci ilin 1 yanvarına qədər tamamlanması nəzərdə tutulur.

Layihəyə Səudiyyə Ərəbistanının XXI əsrin ölkəsinə transformasiya etməsini təmin etmək məqsədilə statrt verilib. Bu modelin daha sonra bütün dünyada tətbiqi düşünlür. Məlumat üçün bildirək ki, layihənin gerçəkləşməsi üçün 500 milyard ABŞ dolları həcmində vəsait ayrılıb.

“Venera” layihəsinə də bu tip şəhərlərin qurulması daxildir. Sözügedən şəhərlər həm də özü-özünü bütünlüklə zəruri ərzaq və içməli suyla təmin etməli və təmiz enerji növlərindən istifadə etməlidir.

Neom şəhərinin qurulması barədə ilk məlumat Səudiyyə vəliəhdi Mühəmməd bin Salamnın dilindən 2017-ci ilin 24 oktyabrında Ər-Riyad şəhərində keçirilən “Gələcəyin investisiya təşəbbüsü” adlı beynəlxalq konfransda səsləndirilmişdir. O bildirmişdir ki, bu şəhər “mövcud dövlət sistemi”ndən asılı olmayacaq bir şəkildə fəaliyyət göstərəcək, özünün vergi sistemi, əmək məcəlləsi və muxtar məhkəmə sistemi olacaq.



Adını qədim yunan dilindəki “neo” (yeni) kəlməsindən və ərəb dilindəki “müstəqbəl” (مستقبل // gələcək‎) sözünün baş hərfindən alan “Neom” layihəsi “Səudiyyə Ərəbistanı-2030 vizionu” planının tərkib hissəsidir. Bu plan sözügedən ölkənin neftdən asılılığını azaltmaq, iqtisadiyatıın diversifikasiyasın gerçəkləşdirmək və dövlət xidmətləri sektorunu inkişaf etmək məqsədilə tərtib edilmişdir. “Cornerstone Global” konsaltinq şirkətinin direktoru Ğənem Müseybənin bu plandan söz açarkən bildirmişdir ki, Səudiyyə Ərəbistanı qarşısında duran ən əsas vəzifə neftdən yüksək texnologiyalara keçmək, ölkəni texnoloji nailiyyətlərin avanqardına çevirmək və postneft dövrünə hazırlaşmaqdır. Gələcək çiçəklənmə bundan asılıdır. Bunu edənlər inkişaf edəcək, etməyən neft ixracatşısı ölkələr isə gerdə qalacaqlar.

“Neom” layihəsinin həyata keçirilməsinə “Alkoa” şirkətinin keçmiş baş direktoru və “Simens AG”-nin keçmiş prezidenti və baş direktoru, alman Klaus Klaynfeld başçılıq edir.

Şəhərin tikintisinə sıfırdan başlandığı üçün o bütün texnoloji innovasiyalara açıqdır.

Futuristik nəzəriyyələrin, demək olar ki, hamısında Yer kürəsinin yerüstü və yeraltı zənginliklərindən ağılla istifafadə edilməsinə xüsusi önəm verilməkdədir. Bu baxımdan “Venera” və “Neom” layihələri də istisna deyil. Bu tip layihələr aşağıdakı prinsipləri önə çəkməkdədir:

1. Yer kürəsinin bütün sərvətlərinin bütün bəşəriyyətin ortaq malı olduğunun hər kəs tərəfindən qəbul edilməsi

2. İnsanları bir-birindən ayıran süni sərhədlərin aradan götürülməsi

3. Ayrı-ayrı ölkələrin pul (milli valyuta) orientasiyalı milli iqtisadiyyatından resurslara yönəlik ümumdünya iqtisadiyyatına keçid.

4. Ekoloji mühitin yaxşılaşdırılması və tam bərpası

5. Əhalinin sayının təhsil səviyyəsinin yüksəldilməsi və doğuma nəzarət yolu ilə stabil saxlanması

6. Şəhərlərin, nəqliyyat sistemlərinin, kənd təsərrüfatı və sənaye müəssisələrinin bütün insanların ehtiyaclarını tam ödəyəcək bir şəkildə enerjini mühafizə edən, ekoloji cəhətdən təmiz sistemlərə çevrilməsi

7. Tədricən milli dövlətçiliyə əsaslanan idarəçilik formasından trans milli idarəçiliyə, başqa sözlə vahid denya hökumətinə keçid

8. Texnologiyaların qarşılıqlı mübadiləsi və onlardan bütün bəşəriyyət naminə istifadə edilməsi

9. Təmiz enerji növlərinin işlənib hazırlanması və bütünlüklə onlardan istifadə edilməsi

10. Dünya əhalisinin istifadəsi üçün yüksək keyfiyyətli malların istehsalı və onların hər kəsin ehtiyacına görə paylaşdırılması

11. Şəhərlər və istehsal müəssisələri qurularkən onların gələcəkdə ekoloji şəraitə necə təsir edə biləcəyinin öncədən müəyyən edilməsi

12. İnsanların yaradıcılıq potensialını genişləndirmək və stimullaşdırmaq üçün yaradıcı insanların mükafatlandırılması

13. Ümumi savadlılığı artırmaq yolu ilə insanların keçmişin milliyyətçilik və dini fanatizm kimi qalıqlarından arındırılması

14. Bütün növ elitarizmin, o cümlədən texniki elitarizmin, başqa sözlə siniflərin aradan aparılması

15. Metodologiyaların təsadüfi nəzəriyyələr əsasında deyil, dəqiq elmi tədqiqatlar əsasında hazırlanması və tətbiqi

16. İnsanlar arasında ortaq ünsiyyət vasitəsi rolunu ifa edəcək yeni dilin işlənib hazırlanması

17. İnsanların təkcə ehtiyacları olan hər şeylə təmin edilməsi yox, həm də fərdi intellektual qabiliyyətlərinin inkişafını təmin edəcək nəqsəd və hədəflərlə silahlandırılması

18. İnsanların şüur və emossiyalarının gələcək dəyişikliklərə hazır vəziyyətə gətirilməsi.



Bu prinsiplər “Yeni dünya nizamı”nın həm Qərb (ABŞ), həm də Çin modellərinin əsas prinsipləri kimi qəbul edilir. Fəqət ortada çox önəmli bir fərq var. Əgər Çin modeli kapitalizmdən postkapitalizmə təkamül yolu ilə keçməyi öngörürsə, ABŞ modeli böyük savaş (Harmagedon) nəticəsində xaosun yaranması və xaosdan yeni nizamın keçilməsini nəzərdə tutur.

Yüklə 3,78 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin