Yeni DÜnya düZƏNİ



Yüklə 3,78 Mb.
səhifə49/97
tarix01.01.2022
ölçüsü3,78 Mb.
#103177
1   ...   45   46   47   48   49   50   51   52   ...   97
Buşəhr. AES
İran özünün nüvə proqramının sırf dinc məqsədlərə xidmət edən elektrik enerjisi əldə etməyə yönəldiyini və atom silahı istehsal etmək fikrində olmadığını iddia etsə də, ABŞ və İsrail başda olmaqla, bir çox ölkə bu iddianın həqiqət əks etdirmədiyi fikrindədir.

İranın nüvə proqramı 1950-ci illərdə “Sülh Naminə Atom”  proqramının bir parçası kimi ABŞ-ın yardımı ilə başladılmışdı. ABŞ-ın və Avropa hökumətlərinin İranın nüvə proqramına dəstəyi, cəsarətləndirməsi və qatqıları ilə 1979-cu ildə şah rejiminin devrilməsi ilən nəticələn İslam inqilabına qədər davam etmişdi. İnqilabdan sonra hakimiyyətə gələn Xomeyninin hakimiyyəti illərində  proqram dayandırıldı, Xomeynidən sonra isə yenidən canlandırıldı.

Hazırda İran özünün yaxşı ölkənin müxtəlif ərazilərində qurulan və Hava Hücumundan Müdafiə sistemləri ilə ciddi şəkildə qorunan bir çox nüvə obyektinə sahibdir. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatına görə aşağıdakı obyektlər məlumdur.

  1. 5 Mvt güvünə sahib Tehran təəcrübə reaktoru.

  2. İsfahan. Uranium Conversion Facility (UCF).

  3. Nətənz. 16 428 qurulmuş sentrafuqaya sahib olan Yanacağın Zənginləşdirilməsi zavodu (LEU).

  4. Nətənz. 702 (16500?) qurulmuş sentrafuqaya sahib olan Yanacağın Zənginləşdirilməsi zavodu (PFEP).

  5. Qum. 2710 qurulmu sentrafuqaya sahib “Fordo” Yanacağın Zənginləşdirilməsi zavodu (FFEP). Bu zavod 20 faiz zənginləşdirilmiş UF6 (U-235) istehsal edir.

  6. Əraq. 40 МVt gücündə olan, ağır su istehsal edən reaktor (İR-40).

  7. Buşəhr. Atom Elektrik Stansiyası (BNPP).



Hər şey 1992-ci ildə Rusiya və İran arasında nüvə enerjisi sahəsində əməkdaşlıq sazişinin imzalanması ilə başladı. 1995-ci ildə iki ölkə Buşəhrdəki Atom Elektrik Stansiyasının birinci blokunun tikintisinin tamamlanması barədə yeni razılaşma əldə etdilər. Tikintiyə 1998-ci ildə start verildi.

2000-ci il. ABŞ-da prezident seçkilərinə bir neçə gün qalmış, Rusiya ABŞ hökumətini dekabrın 1-dən etibarən İrana silah satmamaq barədə 1995-ci öhdəliyindən imtina etdiyi haqda məlumatlandırdı.


Yüklə 3,78 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin