Yeni DÜnya düZƏNİ



Yüklə 3,78 Mb.
səhifə54/97
tarix01.01.2022
ölçüsü3,78 Mb.
#103177
1   ...   50   51   52   53   54   55   56   57   ...   97
Avropa üçlüyü
Fevralı 4-də İranın Ali Təhlükəsizlik Şurasının sədri Əli Laricaninin başçılıq etdiyi nümayəndə heyəti Vyanadan Moskvaya gəlir. Ayın 5-də Əli Laricani ilə Rusiya Təhlükəsizlik Şurasının sədri İqor İvanov arasında gizli danışıqlar aparılır.

8 mart. İAEA İranın nüvə proqramı barədə materialları BMT TŞ-na göndərir.

11 mart İranın Xarici İşlər Nazirliyi bəyan edir ki, BMT TŞ-nın İrana sanksiyaların tətbiqi ilə əlaqədar qərar qəbul edəcəyi təqdirdə rəsmi Tehran neft amilindən siyasi təzyiqlər vasitəsi kimi istifadə edəcək.

12 mart. İran Xarici İşlər Nazirliyinin rəsmisi Həmid Reza Asəfi Rusiya ərazisində müştərək müəssisənin yaradılması və İranın nüvə sənayesi üçün uranın Rusiya ərazisində zənginləşdirilməsi barədə rus tərəfinin təklifinin rədd edildiyini söyləyir. Həmin gün İranın xarici işlər naziri Manuçöhr Möttəki bildirir ki, İran öz nüvə proqramı ilə bağlı daha öncə aldığı qərarları yenidən gözdən keçirə bilər.

13 mart. Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın sərgilədiyi tutumdan narahat olduqlarını bəyan edir. Həmin gün prezident Mahmud Əhmədinejat İranın öz dinc atom proqramından vaz keçməyəcəyi barədə bəyanatını yeniləyir.

16 mart. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Stiven Hedli Vaşinqtonda yerləşəm Sülh İnstitutunda ABŞ-ın yeni Milli Strategiyasını açıqlayır və bildirir ki, hazırda ABŞ üçün bir nömrəli təhlükə İrandır.

Həmin gün ABŞ Konqresinin beynəlxalq məsələlər üzrə komitəsi İranın kütləvi qırğın silahlarına sahib olmasına yardımçı olan şirkət və dövlətlərə qarşı sanksiyaların tətbiq edilməsi barədə qanun layihəsini təsdiq edir.

30 mart. Berlində BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün və Almaniyanın xarici işlər nazirləri bir araya gələrək İranın nüvə proqramını müzakirə edirlər. Altılığın iki üzvü – Rusiya və Çin İrana qarşı hər hansı bir sanksiyanın tətbiq edilməsinə qarşı çıxırlar. Toplantı iştirakçıları İranı, elmi-tədqiqat işləri də daxil olmaqla, öz nüvə proqramını dayandırmağa çağırır.

28 mart. ABŞ Senatındakı dinləmələr zamanı dövlət katibi Kondaliza Rays dedi: “Bizə daha geniş kateqoriyalarla düşünmək, mövcud koalisiyanın genişləndirmək və İranın sadəcə nüvə sahəsində deyil, terrorizmi dəstəkləmək baxımından da nələr etdiyini müzakirə etmək lazımdır”.


Yüklə 3,78 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin