23 dekabr. BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaların tətbiqi barədəd qərar layihəsini yekdilliklə təsdiqlədi.
3 iyul. İranın Atom enerjisi üzrə tənzimləyici orqanının prezidenti İsmayıl Xəlilpur Buşər AES-i iki aydan sonra istismara verəcəklərini bəyan etdi.
2008-2009 - cu illər.Bu illər İsrailin mənafeyini ifadə edən ABŞ-la İran arasında diplomatik gərginliyin davam etdiyi, tərəflərin fəaliyyətlərini əski qaydada sürdülər. Heç bir önəmli hadisə baş vermədi.
2010-cu il. Mayın 17-də İran Türkiyə ilə az zənginləşdirilmiş uranın çox zənginləşdirilmiş uranla mübadiləsi ilə bağlı müqavilə imzaladı. Bu, ABŞ, Rusiya və Çinin İrana qarşı yeni bir sanksiyanın tətbiqi ilə razılığa gəlmələrinə səbəb oldu.
9 iyun. BMT TŞ İrana qarşı yeni sanksiyanın tətbiqilə əlaqədar 1929 saylı qərar qəbul etdi.
29 noyabr. Tehranda iki İranlı nüvə fizikinə sui-qəsd düzənləndi. Rəsmi Tehran sui-qəsdə İsrailin xüsusi xidmət orqanlarını suçladı.
2011-ci il. Noyabrın 8-də İAEA İranın nüvə proqramı ilə bağlı növbəti hesabatını yaydı. Hesabatda qurum öz narahatlığını dilə gətirdi.
2012-ci il. Fevralın 13-də Tiflis (Gürcüstan) və Banqoqkda (Tailand) İsrail səfirlərinə sui-qəsd təşkil edildi. İsrailin baş naziri Benyamin Netanyahu sui-qəsdin arxasında İranın durduğunu bəyan etdi.