Suriyanın qaniçən diktatoru Bəşər Əsəd
Suriyada ilk böyük çatışmalar Hüms, Dera və Şamda yaşansa da, qısa müddətdə bütün ölkəyə yayılmış, Cisr əş-Şuğur müharibəsi və Hama mühasirəsi Suriya vətəndaş müharibəsi tarixinə ilk böyük şəhər savaşlarının yaşandığı nöqtələr kimi düşmüşdür.
2012 və 2013-cü illər müxaliflərin üstünlüyü ələ keçirtdikləri illər oldu. Onlar Şam (Dəməşq) şəhirinin mərkəzinin bir neçə kilometrliyinə qədər irəlilədilər, Hələbin böyük bölümünü ələ keçirdilər. Hümsdə də savaş şəhər mərkəzində getməkdəydi. Şimal və Şərqi Suriyanın böyük bir hissəsi Əsəd rejiminə bağlı qüvvələrdən azad edildi. Fürsətdən istifadə edən YPG (PYD) terrorçuları Afrin, Ayn əl-Ərəb (Kobani) və Hasekedə kürd muxtar kantonlar elan etdilər.
2013-cü ilin sonu və 2014-cü ilin başında müxaliflərin xarici dəstəyi böyük ölçüdə itirməsi və aralarında çarpışmaya başlaması nəticəsində rejim güclərinin irəliləməyə başladığı dövr olmuşdur. Rejim paytaxt Dəməşqin mərkəzinin əsas hissəsində möhkəmlənə bilmiş, Hama və Hünsün əsas hissəsi və Lazkiyə (Latakiya) yolu rejimin nəzarətinə keçmişdir. Bu sırada İŞİD də Şimal və Şərq bölgələrinin çoxunda möhkəmlədi.
2015-ci ildə muxaliflərin aralarındakı ixtilaflara son qoyması, bir çox bölgədə işbirliyinə getməsi ilə rejimin irəliləməsi durduruldu, müxaliflər Hələbin mühasirəsini qırdı, İdlib şəhər mərkəzini rejimdən aldı və İdlibin
ətraf bölgələri rejim güclərindən böyük ölçüdə təmizləndi. Fəqət işin içinə rejimə dəstək verən Rusiya və İranın girməsilə vəziyyət yenidən dəyişməyə başladı.
Dostları ilə paylaş: |