Yeni DÜnya düZƏNİ



Yüklə 3,78 Mb.
səhifə7/97
tarix01.01.2022
ölçüsü3,78 Mb.
#103177
1   2   3   4   5   6   7   8   9   10   ...   97
Henri Alfred Kissencer
O, Livanı İsrail və Suriya arasında bölüşdürmək üçün bu ölkədə vətəndaş müharibəsini çıxaran, Fələstin Qurtuluş Təşkilatını iki hissəyə parçalayan, İsraili 1967-ci il sərhədlərinə geri çəkilməyə məcbur etməyə çalışan ABŞ-ın Milli Təhlükəsizlik Komitəsinin sədrinin köməkçiki İosif Siskonun planının həyata keçirilməsinin qarşısını alan şəxsdir. 

Azərbaycanda Əliyevlər rejiminin möhkəmlənməsində və Qərb tərəfindən Azərbaycan müxalifətinə dəstəyin kəsilməsində önəmli rolu olan Henri Kissincer 2014-cü ilin oktyabrında bu “xidmətinə” görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi medalı ilə təltif olunub.

Klubun daimi üzvlərindən biri də Alan Qrinspendir (Alan Greenspan). O, 1926-cı ilin 6 martında Nyu-Yurk Sitidə doğulub. Əslən macar yəhudisidir. İqtisadçıdır və Ronald Reyqanın hakimiyyəti dövründə ABŞ-ın Mərkəzi Bankına rəhbərlik (1987-2006) edib. Daha sonra İngiltərə Mərkəzi bankının fəxri üzvü seçilib.

Bilderberq klubunun daimi üzvlərindən biri də Riçard Perldir (Richard Perle). 1941-ci ildə Nyu-Yorkda yəhudi ailəsində dünyaya göz açıb. ABŞ-ın Müdafiə nazirinin müavini olub. Sosial mediada “Qaranlıqlar şahzadəsi” kimi ad çıxaran Perl 1997-2004 – cü illərdə ABŞ-ın Müdafiə Nazirliyinə bağlı Müdafiə Siyasətləri Təşkilatının Məsləhət Komitəsinə (Defense Policy Board Advisory Committee) başçılıq edib. Neokon fəlsəfəsinin dünyadakı ən önəmli isimlərindən biri kimi qəbul edilir.

Klubun daimi üzvlərində biri də Pol Vulfovitsdir (Paul Dundes Wolfowitz). 22 dekabr 1943-cü il tarixində doğulub. Yəhudidir. Dünya Bankının başçısı, ABŞ-ın İndonesiyadakı səfir, Corc Buş administrasiyasında Müdafiə nazirinin müavini, Cons Hopkins Universitetinin və Paul H. Nitze Məktəbi İrəli Beynəlxal Çalışmalarının dekanı olub. O, Müdafiə nazirinin müavini vəzifəsini icra edərkən prezident Buşun İraq siyasətinin əsas memarlarından biri kimi çıxış edib. İraqın işğal edilməsi ideyasını ilk dəfə ortaya atanlardan biri olub.

Beləliklə, Bilderberq klubunun 5 daimi üzvündən 3-ü ABŞ-ın Müdafiə Nazirliyi ilə birbaşa bağlı olub, onlardan ikisi İraq əməliyyatına birbaşa rəhbərlik edib. Təşkilatın fəaliyyətinin gizli olması mətbuatda onun haqqında “Dünya hökuməti” kimi söz açılmasına səbəb olsa da, bu adla daha çox 300-lər komitəsi yad edilir, Bilderberq klubu isə onun qurumlarından biri kimi gözdən keçirilir. Bu barədə yazılmış çoxsaylı məqalələrdə daha çox Devid Rokfellerin Bilderberq klubunun 1991-ci ildə Baden-Badendə baş tutmuş toplantızsı zamanı söylədiyi nitqin mətninə istinad edilir:

Biz direktorları görüşlərimizə qatılan və gizlilik barədə verdikləri sözə 40 il boyunca əməl edən “The Washington Post”, The New York Time”, “Time Magazine” və digər böyük nəşrlərə öz təşəkkürlərimizi bildiririk. Əgər həmin illərdə aşkara çıxarılmış olsaydı, biz dünya üçün nəzərdə tutduğumuz planları işləyib hazırlaya bilməzdik. Artıq dünya daha mürəhhəb hal alıb və dünya hökumətinə doğru irəliləməyə hazırdır. İntellektual elita və bankirlərin millətlərin fövqündə dayanan hakimiyyəti ötən əsirlərdə aparıcı ideya olan milli müqəddaratı təyindən daha təqdirəlayiqdir”.

Çip Barletin apardığı jurnalist araşdırmalarına görə, bu nəzəriyyənin banisi ABŞ-ın radikal sağçı fəallarından olan Fillis Şlaflidir. O 1994-cü ildə qələmə aldığı və “Siyasi Araşdırmalar üzrə Tərəfdaşlar” (Political Research Associates) adlı mətbu orqanda dərc etdirdiyi “Sağlar sollara göz ağardırlar” (Right Woos Left) adlı reportajında yazırdı ki, Bilderberq klubunun məqsədi vahid mərkəzdən idarə edilən kommunizm cəmiyyətinin qurulmasıdır.


Yüklə 3,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin