Yeni DÜnya düZƏNİ


III FƏSİL İraq, Suriya... Bəs, İsrail?



Yüklə 3,78 Mb.
səhifə8/97
tarix01.01.2022
ölçüsü3,78 Mb.
#103177
1   ...   4   5   6   7   8   9   10   11   ...   97
III FƏSİL
İraq, Suriya... Bəs, İsrail?
Beləliklə, İraqa hərbi müdaxilənin və ümumilikdə Böyük Orta Şərq Planının kimlər tərəfindən hazırlandığını öyrənmiş olduq. Kondaliza Raysın dili ilə söyləsək, “22 dövlətin sərhədlərini dəyişməli olan” bu planın ssenarisinin yəhudilərin dini kitablarının toplandığı “Əhdi-Ətiq” və xristianların müqəddəs hesab etdikləri “Əhdi-Cədid” əsasında yazıldığının şahidi olduq. Nədən ilk həmlə üçün məhz İraqın seçidiyi də artıq məlumdur. Suriyanın şəhər və kəndlərinin xarabazarlığa çevrilməsinin də məhz həmin “müqəddəs kitablar” əsasında yazılmış ssenariyə uyğun bir şəkildə həyata keçirildiyi də artıq bizim üçün qətiyyən sirr deyil.

Burada ortaya bir sual çıxır: Bəs, İsrail? Axı həmin kitablarda bu ölkənin də daşının üstündə daş qalmayacağı, əhalisinin qırılacağı söylənməkdədir. Məsələn, Hizqiyal peyğəmbərin (ə) kitabının XXXVI fəslinin 1-5 – ci bəndlərində belə yazılıb:



...Ey İsrail dağları, Yehovanı dinləyin. Külli-İxtiyar Yehovanın sözü budur: “Düşmənlər əleyhinizə deyir: “Hə, qədim zirvələri ələ keçirtdik!” Peyğəmbərlik edib söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Sizi viranə qoyub hər tərəfdən üstünüzə hücum çəkdilər ki, başqa xalqlar sizə sahib olsun. Dilə-dişə düşmüsünüz, şərlənirsiniz. Odur ki, ey İsrail dağları, Külli-İxtiyar Yehovanın sözünü dinləyin. Külli-İxtiyar Yehovanın dağlara, təpələrə, çaylara, dərələrə, viranəliklərə, ətraf xalqlar tərəfindən qarət olunmuş, gülüş hədəfinə çevrilmiş boş şəhərlərə sözü budur. Külli-İxtiyar Yehova onlara deyir: “Başqa xalqlara və Əduma qızğın qəzəbimlə sözümü deyəcəyəm. Onlar Mənim torpağıma gülə-gülə, kinayə edərək sahib çıxdılar, örüşlərini ələ keçirmək, məmləkəti talan etmək istədilər”.

İsrailin taleyi məsələsinə gəlincə, onun da ümumi ssenaridən kənarda qalmayacağı gözlənilir. Bunu Henri Kissencerin vermiş olduğu bəzi müsahibələrdən öyrənmiş oluruq. Belə ki, o, hələ 2012-ci ildə “The New York Post” qəzetinə verdiyi bir müsahibəsində İsrailin təqribən 10 il sonra bir dövlət kimi mövcud olmayacağını söyləmişdi. Doğrudur, bu fikri ondan 45 il öncə tanınmış ingilis alimi, Böyük Britaniyanın Beynəlxalq Əlaqələr üzrə Kral İnstitutunun direktoru Arnold Toynbi də söyləmişdi. 1967-ci il müharibəsindən sonra bir çox ərəb torpaqlarının işğalı sayəsində ərazisini 3,5 dəfə artıran İsrailin bu addımını təhlil edən Toynbi bildirmişdi ki, İsrail sadəcə 60-70 il il mövcud olacaq. Onun bu sözləri o dövrdə çoxları tərəfindən qəribə, hətta fantastik mülahizələr kimi qəbul edilmişdi. Bir çoxları müqayisəli tarixə həsr edilmiş 12 cildlik ”Dünya tarixinin tədqiqi” (A Study of History) müəllifi olan bu böyük şəxsin fəlsəfi düşüncələrini tənqid edərək, həmin fikirlərin reallıqla heç bir əlaqəsi olmadığını, göydən götürüldüyünü iddia etmişdilər. 45 il sonra isə eyni fikri Henri Kissencer də təkrarladı. Və bu dəfə həmin fikrə artıq ciddi yanaşmağa başladılar, çünki bu sözləri artıq hansısa bir nəzəriyyəçi alim deyil, dünyanın müqəddaratını həll edənlərdən biri olduğuna inanılan bir şəxs söyləməkdə idi.

Henri Kissencer çağdaş tarixin yön və şəkil vericilərindən biri olduğu düşünülən şəxsiyyətlərdəndir. Və məsələ təkcə onun “Dünya hakimiyyətinin” önəmli qurumlarından biri olan Bilderberq Klubunun daimi üzvlərindən olmasından qaynaqlanmır. Vaxtilə ABŞ-ın dövlət katibi olmuş bu şəxs həm də Nobel Sülh mükafatının laureatıdır.

Maraqlıdır ki, İsrailin sonunun olmadığını daha öncə başqa bir Nobel mükafatı laureatı Genter Qrass da özünün məşhur “Nə olmalıdırsa, artıq deyilib” adlı şerində dilə gətirmiş və bu şerinə görə yəhudilər tərəfindən “antisemit” adı ilə damğalanmışdı. Bunun üçün başqa bir səbəb də vardı. Məsələ burasındadı ki, Qrass II Dünya savaşı dövründə yəhudilərə qarşı xüsusi amansızlığı ilə fərqlənən  “Waffen-SS” qurumunun tərkibində xidmət etmişdi. İşin ən maraqlı tərəfi isə budur ki, Henri Kissencerin öz məlum müsahibəsini verdiyi il, yəni 2012-ci ildə, daha dəqiq desək, həmin ilin aprel ayının 4-də Günter Qrassın sözügedən şeri dünyanın dörd müxtəlif ölkəsinin samballı mətbuat orqanlarında təkrar dərc edildi. Söhbət Almaniyanın “Süddeutsche Zeitung”, İtaliyanın “La Repubblica”, İspaniyanın “El Pais” və Amerikanın “The New York Time” qəzetlərindən gedir.

Bu təsadüf idimi?

Əlbəttə ki, yox. Proses vahid mərkəzdən, daha dəqiq desək, “Dünya hökuməti” tərəfindən məqsədyönlü şəkildə idarə olunurdu. Əgər Günter Qrassı antisemitizmdə suçlamaq asan idisə, Henri Kissenceri isə bunda suçlamaq mümkün deyildi. Çünki o özü semit (sami), yəni yəhudi idi.

2012-ci ilin iyul ayında ABŞ Kəşfiyyat Xidmətinin Yaxın Şərq Departamenti bir tədqiqatının nəticələrini yayınladı. Həmin tədqiqatda da İsrailin 2025-ci ildə olmayacağı qeyd edilməkdə idi.

Artıq heç bir şübhə yeri qalmamışdı. Belə məlum olurdu ki, İraq və Suriya kimi İsrail də “Dünya hökumətinin” (Bilderberq Klubunun və 300-lər komitəsinin) hədəfindədir. Hədəfində olduğunu və onun süqutunun İranın əli ilə gerçəkləşdirilmək istəndiyini düşünməyə əsas verən başqa bir fakt da var. Məsələ burasındadır ki, elə həmin il Rusiyanın tanınmış yəhudi jurnalistlərindən olan Vladimir Pozner özünün rəsmi “Pozner online” saytında İranın nüvə silahına ehtiyacı olduğunu bəyan etdi və bunun bir zərurət olduğunu bildirdi. Bu fikrin hər bir sözünü yüz dəfə ölçüb biçən çox təcrübəli bir jurnalistin dilindən səsləndirilməsi çox şeydən xəbər verməkdə idi.

Belə görünür ki, “Dünya hökuməti”nin planlaşdırdığı “Harmageddon (III Dünya) savaşı” layihəsinin önəmli bir mərhələsini İranın və onun tərəfindən idarə edilən “Hizbullah” kimi qruplaşmaların İsrailə hücumu mərhələsi təşkil etməkdədir. Bu mərhələyə hazırlıq mərhələlsi kimi isə farsların öz “Şiə hilalı” planının həyata keçirmələrinə imkan verən daha bir mərhələ həyata keçməlidir.

Farsların “Şiə hilalı” planı nədən ibarətdir və hansı məqsədləri güdməkdədir?

Farsların tarixən son dərəcə qürur duyduqları üç böyük dövlətləri olub. Bunlardan birincisi e.ə. VI əsrin ortalarından b.e. 330-cu ilinədək sürən, Yaxın və Orta Şərqin bir çox ölkəsini hakimiyyəti altında birləşdirən imperatorluq idi. Dövlətin əsasını Əhəmənilər (Haxamanişilər) sülaləsi qoymuşdu. II Böyük Kir, II Kambiz, I Dara, I Kserks, I Artakserks, II Kserks, Soqdian və ya Sekudian, II Dara, III Artakserks, Arses və III Dara bu sülalənin nümayəndələri kimi tarixə düşmüşlər. Sülaləyə və dövlətə Makedoniyalı İskəndərin  son qoyduğu bilinməkdədir.



Tarixdən məlum olan 2-ci fars dövləti Sasanilər sülaləsinin qurduğu böyük imperatorluqdur ki, sözügedən dövlət 226-cı ildən 651-ci ilə qədər mövcud olmuş, çağdaş İran, İraq, Əfqanıstan, Pakistan, Türkmənistan və Güney Azərbaycan ərazilərini əhatə etmişdir.


Yüklə 3,78 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin