Əhməd Davudoğlu
Əhməd Davudoğlunun istefa etməsindən sonra təşkil edilən konqresdə Binəli Yıldırım partiyanın başqanı seçildi və o, 24 may 2016-cı il tarixində 65-ci Türkiyə hökumətini quraraq baş nazir oldu.
Dünya mediasında AKP-dən daha çox İslamçı bir partiya kimi danışılmaqdadır. Bu mövqedən çıxış edənlər fikirlərini əsaslandırmaq üçün əsasən aşağıdakı arqumentlərdən çıxış edirlər:
AKP İslamçı Fəzilət Partiyasının “bətnindən doğulub” və seçicilərinin əksəriyyəti mühafizəkar kəsimdir.
AKP liderləri çıxış və müsahibələrində Qurandan sıx-sıx sitatlar gətirir, İslam dünyasının problemlərini, ilk növbədə də Fələstin xalqının sıxıntılarını tez-tez dilə gətirilər ki, əvvəlki hakimiyyətlər dövründə belə bir şey müşahidə edilməmişdir.
AKP-nin kamalist partiyaların hakimiyyətləri dövründə hüquqları tapdanılan dindar kəsimin, xüsusəndə universitetlərdə təhsil alması, dövlət idarələrində işləməsi, seçkilərdə öz namizədliklərini irəli sürməsi yasaq olan hicablı qadınların hüquqlarını bərpa etmiş və onların Türkiyədə digər digər kəsimlərlə eyni hüquqlara sahib olmasını təmin etmişdir s.
AKP rəhbərliyi onların İslamçı bir partiya kimi tanıdılmasına daim etiraz etmişdir. Deyilənlərə aydınlıq gətirən AKP-nin başqan yardımcısı Hüseyn Çelik: "Batı basınında, AK Parti yönetimi isimlendirilirken, bazen maalesef 'İslamcı', 'Ilımlı İslamcı' ve bunun gibi bir dil kullanılmakta. Bu tanımlamalar gerçeği yansıtmamakta ve bizi üzmektedir. AK Parti muhafazakâr demokrat bir partidir. AK Parti'nin muhafazakârlığı ahlaki ve sosyal konular ile sınırlıdır" - demişdir.
Hüseyn Çelik
Ərdoğan 2001-ci ildə “AK Partiye İslamcı parti yakıştırması hem İslam'a saygısızlıktır hem de partimize saygısızlıktır” demiş, 2005 yılında yapılan başka bir konuşmada "Biz İslamcı bir parti değiliz ve aynı zamanda “Müslüman-demokrat” gibi etiketleri de kabul etmiyoruz" – deyə söyləmişdir. O, AKP-nin gündəminin "muhafazakâr demokrasi" olduğunu bildirmiş, 2006-cı ildə söylədiyi başqa bir nitqində isə “Biz din eksenli bir parti değiliz. Biz laik, demokratik, sosyal bir hukuk devletinin mensubuyuz ve bütün çalışmalarımızı bu çerçeve içerisinde yürütüyoruz. Bireysel olarak durumumu sorarsan dindar olmaya çalışan bir Müslümanım, ama bunun derecesini takdir etme yetkim yok" - deyə bəyan etmişdir.
Partiyanın yanvar 2016-cı il Nizamnaməsinin 129-cu səhifəsində və partiya programının 2-ci maddəsində belə deyilməkdədir:
"Partimiz, dini insanlığın en önemli kurumlarından biri, laikliği ise demokrasinin vazgeçilmez şartı, din ve vicdan hürriyetinin teminatı olarak görür. Laikliğin, din düşmanlığı şeklinde yorumlanmasına ve örselenmesine karşıdır. Esasen laiklik her türlü din ve inanç mensuplarının ibadetlerini rahatça icra etmelerini, dini kanaatlerini açıklayıp bu doğrultuda yaşamalarını ancak inançsız insanların da hayatlarını tanzim etmelerini sağlar. Bu bakımdan laiklik, özgürlük ve toplumsal barış ilkesidir".
Bununla belə, Türkiyə Parlamentinin başqanı İsmail Qəhrəmanın 2016-cı ilin aprelində İslam Ölkələri Akademklər və Yazarlar Birliyi tərəfindən təşkil edilən “Yeni Türkiyə və Yeni Anayasa” adlı Konfransda "Yeni anayasada Laiklik maddesi olmamalı, dindar bir anayasa olmalı" dediyi, bu bəyanatının kamalistlər tərəfindən şiddətli tənqidlərə məruz qaldığı, daha sonra yanlış anlaşıldığını söylədiyi də təkzibolunmaz faktdır. Qeyd edək ki, bu tənqidlərdən sonra Prezident Rəcəb Tayib Ərdoğanın belə dediyi bilinməkdədir:
Dostları ilə paylaş: |