Yeni DÜnya düZƏNİ



Yüklə 3,78 Mb.
səhifə83/97
tarix01.01.2022
ölçüsü3,78 Mb.
#103177
1   ...   79   80   81   82   83   84   85   86   ...   97
Adnan Tanrıverdi
Bir çoxları bu fikirdədir ki, Türkiyənin mövcud Konstitusiyası İslami siyasi görüşləri açıq şəkildə ifadə etməyi qadağan etdiyindən AKP əsil hədəf və məqsədlərini gizlətmək məcburiyyətindədir və onun izləməkdə olduğu Yeni Osmanlıçılıq siyasətinin son məqsədi 1924-cü ildə kamalistlər tərəfindən ləğv edilmiş Xilafəti (Türk-İslam Xilafətini) yenidən bərpa etməkdir.

Qeyd edək ki, Yeni Osmanlıcılıq Türkiyənin Osmanlı dövlətinin, başqa sözlə, Türk-İslam Xilafətinin dini, mədəni və siyasi mirasına sahiblənməyin vacibliyini önə sürən ideoloji-siyasi baxışlar sistemidir. Belə hesab edilir ki, bu ideoloji-siyasi baxışlar sisteminin əsasında Türkiyənin 1974-cü ildə Kiprin şimalını yunan işğalından azad etməsindən və adada yaşayan türkləri soyqırımdan xilas etməsindən sonra yunanların ortaya atmış olduqları nəzəriyyə durmaqdadır. Amma bu, yanlış fikirdir. Çünki sözügedən ideoloji-siyasi nəzəriyyənin banisi AKP-nin qurucularından biri olmuş əski Xarici İşlər naziri Əhməd Davudoğludur və o bu barədə fikirlərini “Strateji dərinlik” adlı kitabında ortaya qoymuşdur. Davudoğlu həmin kitabında Yeni Osmanlıcılığı Turgut Özalıın xarici siyasəti ilə əlaqələndirmiş və onun siyasi xəttindən diplomatik bir yenilik kimi bəhs etmişdir.

Kitabın müəllifi İngiltərənin qurduğu Millətlər Birliyi təşkilatını misal çəkərək, Türkiyənin də Osmanlı Millətlər Birliyini qura biləcəyini önə sürmüşdür. O, 25 aprel 2011-ci il tarixində fikrini daha da inkişaf etdirərək, Çanaqalada “Bizden koparılan dünya, bizimle tekrar bütünleşsin. Türkiye önümüzdeki 12 yıl içinde cihan devleti olacaktır” - deyə açıklama vermiş, Osmanlıdan qoparılan topraqların yeniden sülh və hüzura qovuşmalarını istədiyini söyləmişdir. 

Lakin bu fikrə həm ölkə içində, həm də ölkənin xaricində şiddətlə qarşı çıxanlar var. Məsələn, Türkiyənin tanınmış kamalist tarixçilərindən İlbər Ortaylı “Milliyyət” qəzetində dərc etdirdiyi bir məqaləsində bəzi ölkələrdə Türkiyənin ifrat şəkildə “Neo-Osmanlı” deyə tanıdıllmasının normal olduğunu, amma Türkiyənin imperatorluq xülyaları qura biləcək durumda olmadığını yazmışdır.

Onun bu fikirləri əliqanlı Suriya diktatoru Bəşər Əsədin fikirləri ilə tam üst-üstə düşür. Belə ki, Suriya diktatoru "Türkiyədə bəziləri hələ Osmanlı İmperatorluğunu yenidən qurmaq xəyalındadır... Türk liderlər bu xəyalın qeyri-mümkün olduğunu bilirlər və bu üzdən dini agentləri olan partiyaları istismar edərək, Ərəb dünyasındakı təsirlərini artırmaq istəyirlər" – deyə bəyan etmişdir.


Yüklə 3,78 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin