-Muhəqqəq ki, sizlər (irəlidə) ordular bulacaqsınız. Bir ordu Şamda, (bir ordu) Misirdə, (bir ordu) İraqda və (bir ordu) Yəməndə, - buyurdu.
Əshab:
-Ey Allahın Rəsulu! Bizim üçün seç (hansına qatılaq)? – dedilər.
Rəsulullah (s) da:
-Şam ordusuna qatılın, - buyurdu.
Əshab bu dəfə:
-Ey Allahın Rəsulü! Biz qoyun sürülərinə sahib olan kimsələrik. Şama getməyə güç yetirə bilmərik, - dedilər.
Rasulullah (s) da:
-Şam ordusuna qatılmağa güç yetirə bilməyən kimsə Yəmən ordusuna qatılsın. Şübhəsiz, Allah Şama (və əhlinə) mənim üçün kəfil olmuşdur, - buyurdu”.
“Şamda çıxacaq Fitnə” barədə məşhur hədis Abdullah bin Əmr bin Asa (r) istinadən Hakim tərəfindən nəql edilmişdir:
“Rəsulullah (s) belə buyurdu:
Kitabın dirəyinin yastığımın altından çəkildiyini görən kimi oldum. Gözümlə onu təqib edincə, onun yüksələn bir nur olduğunu, onun Şama buraxıldığını gördüm. Diqqət edin, şübhəsiz iman, – fitnələr meydana gələcəyində - Şamda olacaqdır”.
Başqa bir hədisdə fitnənin çıxacağı yer kimi İraqa işarə edilir. Buxari, Termizi, Əhməd, İbni Hibban və diğərlərində fərqli variantlarına rast gəlinən sözügedən hədisin Tabərani tərəfindən, İbni Abbasa (r) istinadən nəql edilən variantı belədir:
“Rəsulullah (s):
-Allahım! Saımıza ve Müddümüzə bərəkət ver (mübarək et). Məkkəmizə və Mədinəmizə bərəkət ver (mübarək et). Şamımıza və Yəmənimizə bərəkət ver (mübarək et), - deyə dua etdi.
Dostları ilə paylaş: |