Dünya hökuməti (UNPO) və kral Maşiah (Məsih) “Dünya hökuməti” ideyasını gerçəkləşdirmək istəyəyən və Harmageddon savaşını bu planın tərkib hissəsi görən qaranlıq güclərin öz ssenarilərini Əhdi-Ətiq və Əhdi- Cədiddə yazılanlar əsasında qurmaqda olduqlarını gördük. Onlar baş verməsini planlaşdırdıqları bütün hadisələrə qədim vəhylərin və ya kəhanətlərin gerçəkləşməsi şəklini verməyə çalışırlar, yəni öz şeytani planlarını “Tanrının Planı”nın gerçəkləşməsi kimi təqdim etmək istəyirlər. Bu səbəbdən də onların sonrakı addımlarının nə olacağını hesablamaq heç də çətin deyil. Bu məntiqlə hərəkət edərək, Harmageddon savaşından sonra savaşı və onun dünyaya gətirdiyi qətliam, aclıq, səfalət və dağıntıları önləməli olan bir xilaskar gəlməli və o, bütün dövlətləri vahid dövlət halında birləşdirərək bütün dünyanın kralı olmalıdır.