Mələk ruhun qüvvəsi ilə məni çöllüyə apardı. Mən yeddibaşlı, onbuynuzlu, al-qırmızı rəngli, küfrlü adlarla dolu vəhşi heyvanın belində oturan bir qadın gördüm. Qadın bənövşəyi və al-qırmızı libasa bürünmüş, qızıl, daş-qaş və mirvari ilə bəzənmişdi. Onun əlində iyrənc şeylərlə və əxlaqsızlığının çirkabı ilə dopdolu qızıl cam var idi. Qadının alnına sirli bir ad yazılmışdı: “Fahişələrin və dünyadakı murdarlığın anası Böyük Babil”.
Qadın müqəddəslərin və İsanın şahidlərinin qanından sərxoş idi. Qadını görəndə bərk təəccübləndim. Onda mələk dedi: “Niyə təəccüblənirsən? Mən sənə qadının və onu belində gəzdirən yeddibaşlı, onbuynuzlu vəhşi heyvanın sirrini açacağam. Gördüyün vəhşi heyvan əvvəllər olmuşdu, indi yoxdur, amma dibsiz quyudan çıxmaq üzrədir və məhv ediləcək. Yerin sakinləri (adı bəşər nəsli dünyaya gələndən bəri həyat kitabına yazılmayanlar) görəndə ki, vəhşi heyvan əvvəllər olub, indi yoxdur, amma yenə olacaq, heyrətə gələcəklər. Burada ağıl və hikmət gərəkdir. Yeddi baş yeddi dağı bildirir. Qadın bu dağların üstündə oturur. Onlar həmçinin yeddi padşahı təmsil edir: onlardan beşi yıxıldı, biri indi var, o birisi hələ gəlməyib, amma gələndə çox qalmayacaq. Əvvəllər olub, amma indi olmayan vəhşi heyvan səkkizinci padşahdır. O, yeddi padşahdan törəyəcək və məhv ediləcək. Gördüyün on buynuz hələ padşahlıq almamış on padşahı təmsil edir. Onlar vəhşi heyvanla birlikdə padşahlıq hakimiyyəti alacaqlar, lakin bu hakimiyyət cəmi bir saat sürəcək. Onların niyyəti birdir, buna görə də güc və səlahiyyətlərini vəhşi heyvana verirlər. Onlar Quzu ilə vuruşacaqlar, lakin Quzu ağalar Ağası və padşahlar Padşahı olduğu üçün onları məğlub edəcək. Çağırılmışlar, seçilmişlər və sadiqlər də Quzu ilə birlikdə qələbə çalacaqlar”.
O, mənə dedi: “Sən fahişənin sular üzərində oturduğunu görmüşdün. Həmin sular ümmətləri, kütlələri, xalqları və dilləri təmsil edir. Gördüyün on buynuz və vəhşi heyvan fahişəyə nifrət edəcək, onu tar-mar edib çılpaq qoyacaq, ətini yeyəcək və sonra onu yandırıb külə çevirəcək. Bu fikri onların ürəyinə Allah qoyub. Allahın sözləri yerinə yetənədək onlar öz padşahlıq hakimiyyətini vəhşi heyvana verməklə Allahın fikrini, eyni zamanda öz ürəklərindən keçən fikri icra edəcəklər. Gördüyün qadın isə yerin padşahları üzərində hökmranlıq edən böyük şəhərin timsalıdır”.
Mətndə yeddi başın yeddi dağı (təpəni) simvolizə etdiyi söylənilir. Yeddibaşlı, onbuynuzlu, al-qırmızı rəngli, küfrlü adlarla dolu vəhşi heyvanın belində oturan, bənövşəyi və al-qırmızı libasa bürünmüş, qızıl, daş-qaş və mirvari ilə bəzənmiş qadın bu dağların (təpələrin) üstündə oturur və yerin padşahları üzərində hökmranlıq edən böyük şəhərin timsalıdır. Burada söhbət yeddi təpə üzərində inşa edilmiş şəhərdən gedir.
Dünyada sadəcə üç şəhər yeddi təpə üzərində inşa edilmişdir. Bunlar Roma, Moskva və Çerdın şəhərləridir ki, üçüncüsü böyük əhəmiyyət təşkil etmir. Rusiyadadır, Uralın şimalında, Perm diyarında yerləşir. İlk ikisi isə paytaxtdırlar. Deməli, söhbət ya Romadan, ya da Moskvadan gedə bilər. Bunlardan məhz Moskva yeddi taclı (Lenin, Stalin, Xruşov, Brejnev, Andropov, Çernenko, Qorbaçov) qırmızı əjdahanın (SSRİ-nin) paytaxtı olub və indi də Rusiyanın, başqa sözlə, dənizdən çıxan onbuynuzlu, yeddi başlı, 10 taclı vəhşi heyvanın paytaxtıdır. Əjdaha bu vəhşi heyvana ona görə güc, taxt və böyük səlahiyyət vermişdir ki, o (Rusiya), əjdahanın (SSRİ-nin) varisidir.
Mətndəki “Böyük Babil” ibarəsi də sırf bu şəhərə, yəni Moskvaya aid edilməkdədir.
10 buynuza (padşaha) gəlincə, bunlar ya SSRİ-nin yeddi başçısını (Lenin, Stalin, Xruşov, Brejnev, Andropov, Çernenko, Qorbaçov) və çağdaş Rusiyanın üç prezidentini (Yeltsin, Medvedev və Putin), ya da Rusiyanın 10 federal dairəsinin (Mərkəzi, Şimal-Qərb, Cənub, Şimali Qafqaz, Volqaboyu, Ural, Sibir, Uzaq Şərq dairələrinin) başçılarını təmsil edir. İstənilən halda söhbət məhz Rusidan gedir.
Vəhşi heyvanın bəbirə (pələngə) bənzəməsi, amma pəncələrinin ayı pəncəsi, ağzının isə şir ağzı kimi olması onun (Rusiyanın) tək deyil, Suriya (Bəşər Əsəd rejimi) və İranla birlikdə fəaliyyət göstərməsinə işarədir.
Buradakı pələng Bəşər Əsəd rejiminə bağlı hərbi hissələrinin elitar qismini təşkil edən, ərəbcə “Quvvət əl-Nimr” (النمر قوات), yəni “pələng gücləri” adlandırılan 25-ci dviziyanı təmsil edir. Bu diviziyanın başında duran, Latakiya, Hama, Hüms, İdlib və Hələbdə müsəlmanlara qarşı soyqırımın əsas təşkilatçılarından biri olan general-mayor Süheyl əl-Həsən rus xüsusi təyinatları tərəfindən qorunur. Onun ləqəbi “Pələng”dir.
Müxaliflər “pələng”lərin gücünün şişirdildiyini, Rusiya təyyarələri və İranın köməyi olmasaydı, heç bir uğurun olmayacağını bildirərək onları “çəhrayı bəbirlər” adlandırırlar.
Əsəd tərəfdarları arasında qəhrəman sayılan Həsən müxaliflərin nəzərində mülki insanları və əraziləri amansız şəkildə bombardman edən hərbi cinayətkardır.
Həsənin “uğurları” Əsədin mənsub olduğu nüseyrilər, yəni ərəb-ələvilər və digər Əsəd tərəfdarları arasında şöhrətinin artmasına səbəb olub. Buna görə də, müxalif dairələrdə Süheyl Həsənin Rusiya tərəfindən Əsədin yerinə hazırlanması və hətta Əsədi devirəcəyi iddiaları zaman-zaman irəli sürülür.
Ayı Rusiyanı təmsil edir. Ayı həmişə, o cümlədən 1980-ci il Moskva Olimpiadasında Rusiyanın rəmzi rolunda çıxış edib.
Şir, yəni aslan İranın rəmzidir və bu rəmz İslam inqilabına qədər bu ölkənin bayrağını bəzəmişdir.
Mətndə haqlarında söhbət açılan “144 000 nəfər” isə Harmageddon savaşından sonra sağ qalacaq yəhudiləri təmsil edir. Yəni yəhudilərin hamısı qırılacaq, sadəcə əməlisaleh olan 144 000 nəfər xilas olacaq. Bunlar çox güman ki, hədislərdə haqlarında müsəlman olmuş İshaqoğulları kimi bəhs edilənlərdir.
İki buynuzlu əjdahaya gəlincə, mətndə “Onun rəqəmi altı yüz altmış altıdır” – deyilir və bu rəqəm, yəni 666 söhbətin ABŞ-dan, iki buynuz isə söhbətin prezeident Donald Trampdan və onun baş müşaviri və kürəkəni Caredd Kuşnerdən getdiyinə dəlalət edir. Bu təkcə bizim yox, bəzi Bibliya şərhçilərinin də fikridir.
Məsələ burasındadır ki, Tramp ailəsinin Manhettemdə sahib olduğu binalardan biri 5-ci Avenyu 666 ünvanında yerləşir, onun hündürlüyü 203 metr, yəni 666 futdur. 41 mərtəbəli bu binanı Caredd Kuşnerin 2008-ci ildə, “Kushner Properties” şirkətinin direktoru ikən, “Yehova Şahidləri” təşkilatından 1,8 milyard dollara satın aldığı bilinməkdədir.
Yəhudilərin habad cərəyanının təmsilçisi olan Kuşner bundan bir il sonra, yəni 2009-cu ildə Trampın qızı İvanka ilə evlənmiş və qayınatasının prezident ola bilməsində böyük rol oynamışdır. Qeyd edək ki, o, eynən Tramp kimi Qüdsü İsrailin bölünməz paytaxtına çevirmək, eləcə də “Əsrin razılaşması” ideyalarının əsas müəlliflərindən biridir.
Qeyd edək ki, xristianların bir qismi “iki buynuzlu əjdahanı” Dəccalla eyniləşdirirlər. Ola bilsin ki, Dəccalın “tək gözlü” olması ABŞ dollarının üzərindəki tək göz rəsminə işarədir.
Xristianların digər qismi isə “on buynuzlu heyvanı” Dəccal (Antixrist) hesab edirlər və fikirlərini Həzrət Dənyalın (ə) kitabının VII fəslinə istinad edirlər. Həmin fəslin 23-25 – ci bəndlərində belə deyilir:
“O, belə dedi: “Dördüncü heyvana gəlincə, o, dünyada peyda olacaq dördüncü padşahlıqdır. Bu padşahlıq digər padşahlıqların hamısından fərqlənəcək. O, bütün yer üzünü udub yeyəcək, tapdalayıb əzəcək. On buynuz isə bu padşahlıqdan çıxacaq on padşahdır. Onlardan sonra başqa biri qalxacaq və əvvəlkilərdən fərqli olacaq. O, üç padşahı alçaldacaq. Haqq-Taalaya qarşı danışacaq və Haqq-Taalanın müqəddəs bəndələrini dinc qoymayacaq. O, dövrləri və qanunu dəyişmək niyyətinə düşəcək və onlar dövr, dövrlər və yarım dövr müddətinə onun ixtiyarına veriləcək””.
Əgər burada söhbət gerçəkdən də Rusiyadan gedirsə, bu zaman söhbət, ola bilsin ki, Rusiyanın Putindən sonrakı 4-cü prezidenti olacaq şəxsdən getməlidir (Onlardan sonra başqa biri qalxacaq və əvvəlkilərdən fərqli olacaq. O, üç padşahı alçaldacaq). Amma bu da faktdır ki, Putin “prezident” titulunu daşıyan dördüncü rusdur. Ondan öncə bu titulu Qorbaçov, Yeltsin və Medvedyev də daşımışlar. Amma ola bilsin ki, dördüncü padşahlıq deyərkən, Habsburqlar İmperiyası, yəni yenidən bərpa olunan Müqəddəs Roma İmperiyası, başqa sözıə, “Dünya hökuməti” nəzərdə tutlur.
Beləlilkə, savaşda ən azından İsrail, Rusiya, İran, Avropa Birliyi və ABŞ-ın iştirak edəcəyini tam qətiyyətlə söyləyə bilərik. Yəqin ki, Türkiyə və Çin də kənarda qalmayacaq.
Dostları ilə paylaş: |