Yeni DÜnya düZƏNİ


Saltov-Mayats mədəniyyətinə aid keramika nümunəsi



Yüklə 3,78 Mb.
səhifə44/97
tarix01.01.2022
ölçüsü3,78 Mb.
#103177
1   ...   40   41   42   43   44   45   46   47   ...   97
Saltov-Mayats mədəniyyətinə aid keramika nümunəsi
Görünür, bu halda söhbət tarixi mənbələrdə «ağ xəzərlər» və «qara xəzərlər» kimi tanınan iki xəzər soyundan getməlidir. Genetiklərin apardıqları hesablamalara görə, bu iki soyun ümumi əcdadı 2750-3590 il əvvəl, başqa sözlə, e. ə. II-I minilliklərdə yaşamışdır. Belə hesab edilir ki, R1a–Z93 kök nəsil olmuş, R1a–Z280 isə ondan ayrılmışdır, yəni onun fərqli bir qolu olmuşdur. Çünki R1a–Z93 daha qədimdir və kərtmə mədəniyyətini yaradan xalq da onun daşıyısı olmuşdur. Bu nəslin ən azı 5000 il yaşı olduğu, onun təqribən 8075 il öncə tarix səhnəsinə çıxan daha qədim nəsildən ayrıldığı hesab edilir. Bu haploqrupa Potapov, Sintaşt, Andronovo, Karasuk mədəniyyətinin yaradıcılarının genlərində də rast gəlinib.

Yəhudilərin Donetsk və Luqansk başda olmaqla bugünkü Ukrayna ərazisinin böyük qismində “Yəhudi-Xəzər dövləti” qurmağı planlaşdırdığı, hazırda bu layihəyə habadçıların, ilk növbədə də ABŞ prezidenti Donald Trampın sözügedən təriqətin üzvü olan kürəkəni Cared Kuşnrin və qızı İvankanın başçılıq etdikləri bilinməkdədir.

Habadçılar Prezident Bill Klinton və vitse-prezident Albert Qorun hakimiyyətdə olduqları illərdə (1993-2001) ABŞ-da əsas söz sahiblərindən birinə çevrilmişdilər. Səbəb də sonuncunun onların təmsilçisi olması idi. Onlar 2014-cü ildə ABŞ-ın dəstək və yardımı ilə Ukraynada gerçəkləşən “narıncı inqilab”dan sonra Ukraynanın hakimiyyət strukturlarında da möhkəmlənməyi bacardılar. Bütün bunların arxasında Bilderberq klubunun daimi üzvlərindən biri Alan Qrinspen durmaqda idi. Çünki o da eyni təriqətin mənsubu idi. Onun dolların əsas sahibi rolunda çıxış edən Federal Ehtiyat Fondunun başına keçməsi də Habadın nüfuzunun göstəricisi idi.

2014-cü ilin 21-22 fevralında yerli yəhudi olqarxların və ABŞ-dakı yəhudi icmasının maliyyə dəstəyi və Kiyevin baş ravvininin tələbii ilə İsrailin xüsusi xidmət orqanlarının göndərdiyi 300 hərbi kəşfiyyatçının təşkilatçılığı ilə prezident Viktor Yanukoviç və onun hökuməti devrildi. Bunun ardınca isə, daha dəqiq desək, 4 martdan etibarən yəhudi mətbuatı yəhudilərin Ukraynaya köçünün təşkili kampaniyasına başladılar. Bu təbliğat kampaniyasının mərkəzində duran ərazilərdən biri Kırım idi. Təbii ki, Kırım bütün dünyaya əski türk-tatar ölkəsi kimi yox, məhz yəhudi yurdu kimi təqdim edilməkdə idi.

Martın 17-də “Times of İsrael” Kiyevin yəhudiləri qəbul etməyə hazır olduğu, əvəzində isə Rusiya işğalına qarşı effektli mübarizə apara bilmək üçün silah-sursat istədiyi barədə xəbər yaydı. Bu xəbər dərhal digər yəhudi mediası tərəfindən də tirajlandı.

Ukrayna ərazisində qurulması planlaşdırılan yeni yəhudi dövlətinə ilk öncə aşkenazların göndərilməsi planlaşdırılmaqdadır. Onlar burada lazımi şərait yaratmalı və Harmageddon savaşı zamanı İsraildən qaçmaq məcburiyyatındə qalacaq digər yəhudilər də “yeni vətənlərinə” köç etməlidirlər. Bu planın kökləri sözügedən hadisələrdən daha əvvəlki illərə qədər uzanır. Təsadüfi deyil ki, 1976-cı ildə yəhudi yazıçısı Artur Köstler “On üçüncü nəsil” adlı bir kitab yazmış və orada aşkenaz yəhudilərinin mənşəcə gerçək yəhudi, yəni ibrani deyil, türk-xəzər olduqlarını əsaslandırmışdı. 2008-ci ildə isə Tel-Əviv Universitetinin tarix professoru Şloma Zandın “Yəhudi xalqını kim və necə icad edib?” adlı bir kitab qələmə aldı və o da aşkenazların ibranilərdən fərqləndiyini və xəzər kökənli olduğunu irəli sürdü. Müəllifin fikrincə “yəhudi” (musəvi) bir millətin yox, Həzrət Musanın (ə) ümmətinin adıdır və bir çox etnik kimliklərdən oluşur. Əsər iki il sonra rus dilində də nəşr olundu. Daha sonra ABŞ-ın Con Hopkins Universitetinin genetik tibb professoru, mənşəcə yəhudi Eran Ekhaiq aşkenaz yəhudilərinin genomunun tədqiqinin nəticələrini açıqladı və məlum oldu ki, onların 30 faizi türk (xəzər), qalanları isə slavyan, german və s. etnosların geninin daşıyıcısıdır.

Yəhudi alimlərinin yazılarından belə anlaşılır ki, aşkenazlardan fərqli olaraq, ibranilərin böyük əksəriyyəti 1947-ci ildən öncə də Fələstində yaşamaqda idilər. Fələstini işğal edən və israil dövlətini quranlar məhz aşkenazlar olmuşlar.

“Times of İsrael”in yazdığına görə 2014-cü ilin martında bir qrup yəhudi alim İsrail hökumətinə aşkenazların mənşəyi ilə bağlı ortaq tədqiqatlarının nəticələrini təqdim etmiş və aşkenazların türk əsilli olduqlarını əsaslandırmışdılar. Bu xəbəri İsrailin adının çəkilməsini istəməyən bir kəşfiyyatçısına istinadən yayan mətbu orqan yenə ona istinadən aşkenazların Ukraynaya köçürülməsi planının varlığını və bu planını mərhələ-mərhələ həyata keçiriləcəyini yazmaqda idi.

Madam ki, Etnosların Ümumdünya Federasiyası ulus dövlətlərin (milli) dövlətlərin ləğvini öngörür, bu federasiyada digər milli dövlətlər kimi İsrailə də yer olmayacaq. Təbii ki, yəhudilərin də hansısa və hətta, ola bilsin ki, dünyanın müxtəlif qitələrində bir neçə muxtariyyəti olacaq, amma İsrail olmayacaq.


Yüklə 3,78 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin