Yeni DÜnya düZƏNİ


II FƏSİL Donald Ramsfeld və Bilderberq klubu



Yüklə 3,78 Mb.
səhifə5/97
tarix01.01.2022
ölçüsü3,78 Mb.
#103177
1   2   3   4   5   6   7   8   9   ...   97
II FƏSİL
Donald Ramsfeld və Bilderberq klubu
“Kəllə və sümüklər” təşkilatının prezidentlik kürsüsünə yüksəlməyi bacaran ikinci təmsilçisi Corc Herberd Uoker Buşun oğlu Corc Uoker Buş olub. O da atası kimi seçkilərə Respublikaçılar Partiyasının başçısı kimi qatılmış və qələbə qazanmağı bacarmışdı. Hakimiyyətinin ən yadda qalan an İraqa qarşı savaş açması və bunu “Harmageddon savaşının başlanğıcı” olaraq elan etməsidir.

1946-cı ilin 6-da Nyu Heyvendə dünyaya gələn, ABŞ-ın 43-cü prezidenti (20 yanvar 2001-20 yanvar 2009) olan Corc Uoker Buşun 2-3 yaşlarında valideynləri ilə birlikdə Texasa köçdüyü, əsil Texaslı ruhunda böyüyüdüyü, orta təhsilini Midlend və Hyustonda aldığı, Yel Universitetinə daxil olduğu və oranı bakalavriat səviyyəsində bitirdiyi bilinməkdədir. Bundan sonra o, Harvard Universiteti nəzdində Biznes məktəbində oxuyaraq magistr dərəcəsi alıb. Təhsilini bitirdikdən sonra hərbi xidmətə getmiş və Texas Milli Qvardiyasının HHQ-də F-102 təyyarəsində pilot kimi qulluq etmişdir. Əmək fəaliyyətinə 1975-ci ildə, Midlenddəki neft-qaz sənaye şəbəkəsində başlamış, 1986-cı ilə qədər bu sahədə çalışmış, 1988-ci il prezident seçkilərində atasının seçkiönü kompaniyasında fəal iştirak etmişdir. Növbəti il bir neçə şəriki ilə birgə “Teksas Reyncers” basketbol komandasını almış. Beş il müddətində klub rəhbəliyində aparıcı yer tutmuşdur.

Corc Uoker Buş 1994-cü il noyabrın 8-də keçirilən ştat qubernatoru vəzifəsində iştirak edir və 53.5% səs toplayaraq qubernator seçilir. 1998-ci ildə təkrar seçkilərdə 68.6% səs toplayaraq ikinci dəfə ştat qubernatoru olur və Texas tarixində iki dəfə ardıcıl olaraq dördillik müddətə qubernator seçilən ilk şəxs kimi tarixə düşür.

Corc Uoker Buş
Corc Uoker Buş prezident olduqdan sonra istixana qazlarının atmosferə buraxılmasını məhdudlaşdıran Kioto Protokulunu imzalamağı rədd etdi, 11 illik və 1.350 trilyon dollarlıq vergi endirimi planını qəbul etdi. ABŞ-ın Əfqanısatana müdaxiləsini gerçəkləşdirdi. Amerikan hərbi bazası Quantanamoda bədnam həbsxana onun dövründə  açıldı. İraqın işğalı gerçəkləşdi.

Corc Buşun hakimiyyəti dövründə ABŞ-ın müdafiə naziri Donald Ramsfeld idi. Bu səbəbdən də Ramsfeld tarixə Buşla birlikdə “Harmageddon savaşının başlaması” kimi qələmə verilən İraq savaşının əsas müəlliflərindən biri kimi düşüb. O da Buş kimi Respublikaçılar Partiyasının nümayəndəsi idi.

Donald Henri Ramsfeld 1932-ci ilin 9 iyulunda İllinoys ştatının Evanston şəhərində doğulub, 1975-1977 və 2001-2006-cı illərdə iki dəfə müdafiə naziri olub. Orta təhsilini “Baker Demonstration School”da alıb, bundan sonra “New Trier High School”da oxuyub, daha sonra isə Prinston Universitetində təhsil alıb. Universitetdə təhsil alarkən ABŞ-ın başqa bir gələcək müdafiə naziri Frenk Karluççi ilə eyni yataqxanada, qonşu otaqlarda yaşayıblar.

Eynən Buş kimi Ramsfeld də hərbi karyerasına pilot kimi başlayıb. Fəqət Buşdan fərqli olaraq, o, heç vaxt “Kəllə və sümüklər” təşkilatının üzvü olmayıb. Əksinə onun dünyanın yönləndirilməsində və şəkilləndirilməsində önəmli rola sahib olan Bilderberq klubunun üzvü və əsas söz sahiblərindən biri olduğu bilinməkdədir.

“Bilderberq klubu” və ya “Bilderberq qrupu” adı ilə tanınan qurum 300-lərin öz planlarını həyata keçirmək üçün qurduqları qurumlardan biridir. O özündə dünyanın ən güclü, planetin ən nüfuzlu və ən zəngin insanlarını, beynəlxalq və regional miqyaslı siyasi, iqtisadi və mədəni dairələrini, özəl biznes və bank sahəsinin ən nüfuzlu şəxslərini birləşdirir. Klub həmin şəxslərin illik qeyri-formal yığıncağı formasında fəaliyyət göstərir.


Yüklə 3,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin