Yeni DÜnya düZƏNİ


İsrailin baş naziri Benyamin Netanyahu



Yüklə 3,78 Mb.
səhifə56/97
tarix01.01.2022
ölçüsü3,78 Mb.
#103177
1   ...   52   53   54   55   56   57   58   59   ...   97
İsrailin baş naziri Benyamin Netanyahu
5 mart. Vaşinqtonda ABŞ və israil xarici işlər nazirliklərinin təmsilçiləri İranın nüvə proqramı ilə bağlı danışıqlar apardılar. Danışıqlarda müşahidəçi qismində Fransa və Yaponiya nümayəndələri də iştirak edirdilər. Danışıqların əsas mövzusunu İrana mümkün roket zərbələrinin endirilməsi məsələsi idi.

26-27 mart. Seulda Güney Koreyanın təşəbbüsü ilə “Nüvə Təhlükəsizliyi” mövzusunda konfrans keçirildi. Konfransa qatılan İran nümayəndələri ölkələrinin öz nüvə proqramından əl çəkmək fikrində olmadığını bir daha təkrarladılar.

15 aprel. ABŞ, Fransa və Yaponiya İrana beynəlxalq təzyiqləri artırmaq lazım olduğunu bəyan etdilər.

3-4 may. ABŞ, Fransa və Yaponiya İrana və Quzey Koreyanın nüvə tədqiqatlarının dünyada sülhə təhlükə törətdiyini və bu iki ölkəyə təzyiqlərin artırılmasının zəruruliyini dilə gətirdilər.

6-9 may. Rusiya prezidenti Vladimir Putin İran və Quzey Koreyaya hərbi müdaxiləyə imkan verməyəcəklərini bəyan etdi və etiraz əlaməti olaraq G8 sammitinə qatılmaqdan imtina etdi.

10 may. Venesuela və İran öz ərazilərində, eləcə də Quzey Koreyada uzaq mənzilli roketlərin müştərək istehsalına başladıqlarını bildirdilər.

27 sentyabr. “Foreigen Policy” dərgisində İsrailin İrana mühtəməl roket zərbələri barədə məqalə dərc edildi.

Noyabrda İranda ayda 43 kq 20 faiz zənginləşdirilmiş uran istehsal edə bilən “Fordo” yeraltı kombinatının açılışı oldu.

2013-cü il. Yanvarın 14-də Bir qrup Amerikalı alim hesabat yayaraq, 2014-cü ilin ortalarında İranın əlində bir və ya bir neçə atom bombası hazırlamağa yetəcək qədər zənginləşdirilmiş uranın olacağını iddia etdilər.

2015-ci il. İyulun 15-də İran və “altılıq” ölkələri (ABŞ, Fransa, İngiltərə, Almaniya, Çin və Rusiya) arasında İrana tətbiq edilmiş sanksiyaların ləğv edilməsi qarşılığında onun nüvə proqramı ilə bağlı razılıq əldə edildi. Bu razılaşma BMT TŞ tərəfindən təsdiq edildi.

Razılaşmanın əsas məqamları bunlar idi:

İranın sahib olduğu zənginləşdirilmiş uranın böyük hissəsi xaricə göndəriləcək.

İran ərazisindəki nüvə obyektlərinin heç biri sökülməyəcək.

“Fordo” Yanacağın zənginləşdirilməsi zavodu, elmi-tədqiqat mərləzinə çevriləcək.

İAEA 20 il müddətində bütün nüvə obyektlərində təftiş apara biləcək.

ABŞ, Avropa Birliyi və BMT Təhlükəsizlik Şurasının bütün sanksiyaları ləğv ediləcək.

26-cı maddədə belə bir müddəa da əks olunmuşdur ki, əgər hər hansı bir yeni sanksiya tətbiq olunacaqsa, İran bu razılaşmayla üzərinə götürdüyü bütün öhdəliklərini dayandıracaq.


Yüklə 3,78 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin