Yeni DÜnya düZƏNİ



Yüklə 3,78 Mb.
səhifə6/97
tarix01.01.2022
ölçüsü3,78 Mb.
#103177
1   2   3   4   5   6   7   8   9   ...   97
Donald Henri Ramsfeld
Mənzil-qərargahı Karneqi Fondunun  Nyu-York ofisində yerləşən klubun ilk toplantısı Amerika xüsusi xidmət orqanlarının himayəsi altında 29 may 1954-cü ildə Niderlandın Osterbek şəhərindəki "Bilderberq" otelində olub. Qrupun adı da buradan qaynaqlanır. Burada Niderlandın kral sarayının dəvətilə 12 ölkədən 70 nəfər iştirak edib. Təsis toplantısının təşkilatçıları arasında Rokfellerlər Fondunun prezidenti Devid Rokfellerin və Karneqi Fondunun prezidenti Cozef Consonun  adlarını çəkmək olar. Dəvətlilər arasında digərləri ilə yanaşı, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin, Londonun Kral Beynəlxalq Münasibətlər İnstitutunun, Şröder Bankının rəhbərlərinin, həmçinin “Nyu-York Tayms”, “Vaşinqton Post” kimi mətbuat orqanlarının nüfuzlu təmsilçilərinin də olduğu məlumdur. Təşkilatın əsas sahibləri isə Lourens Rokfeller və Ed Rotşild idi. Klub üzvlərini məhz onlar seçirdilər.

Klubun ilk rəhbəri hollandiyalı şahzadə, Niderland kraliçasının həyat yoldaşı Bernard olub. Onun vaxtilə nasist Almaniyasında ali hərbi rütbədə xidmət etmiş olduğu bilinsə də, bu, Bernardın XX əsrin 50-ci illərinin əvvəllərində Rotşildlər ailəsinə məxsus "Royal Dutch Shell" neft korporasiyasının əsas səhmdarına çevrilməsinə mane olmamışdı.

Klubun üzvləri ilk toplantıdan bəri hər dəfə yeni bir yerdə toplaşırlar. Onların tərkibi klubun rəhbər şurası tərəfindən diqqətlə seçilərək müəyyənləşdirilir. İştirakçılar bu konfransın nəticələrindən istifadə edə bilərlər. Lakin onların toplantıdakı çıxışların, iddiaların detallarını açıqlamağa ixtiyarları yoxdur.

Hazırda Bilderberq görüşlərində ildə 130 nəfərdən çox adam, o cümlədən, klubun daimi üzvləri iştirak edir. Onların arasında Rokfeller və Rotşild sülalələrinin nümayəndələri, Avropa ölkələrinin bir sıra sabiq və hazırkı baş nazirləri, Böyük Britaniya, İspaniya, Niderland və s. kral ailələrinin təmsilçiləri, Dünya Bankının keçmiş prezidentləri və meqakorporasiyaların rəhbərləri də var. Tez-tez NATO generalları, ABŞ prezidentləri və dövlət katibləri də görüşə gəlir.

Klubun 60 illik tarixi ərzində mətbuata klubun iclaslarında nə baş verdiyi, kimin nə danışdığı haqda heç bir məlumat daxil olmayıb. Əgər hansısa jurnalist araşdırmalarının nəticələrini mətbuata sizdırarsa, onu heç kəs təsdiq və ya təkzib etməyə tələsmir.  Niderlandın Hərbi Sənədlər İnstitutunun elmi işçisi, Avropa tarixinə dair bir neçə kitabın müəllifi Cerard Aalder bildirir ki, "Bilderberq konfransı ətrafında nə qədər şayiələr dolaşsa da, bir şey dəqiqdir: Bilderberq klubu, ilk növbədə, milyardlarla dollar potensiallı investisiyadır."

Klubun 2015-ci il 11-14 iyun tarixləri arasında Avstriyanın Tirol əyalətinin Telfs-Buhen qəsəbəsindəki "İnteralpen" hotelində keçirimiş toplantısında 22 ölkədən 140-a yaxın adamın iştirak etdiyi barədə məlumat mətbuata sızan azsaylı məlumatlardan biridir.



Təşkilatın yaradılmasından sonra qarşıya qoyulan əsas məqsəd özünün mərkəzi bankı, sonradan vahid valyutası olan Avropa super dövlətinin yaradılması və Avroatlantizm prinsiplərinin möhkəmləndirilməsi idi. Son hədəf isə mərkəzi Qüdsdə (Yerusəlimdə) yerləşəcək vahid qlobal hökumətin (Maşiahın // Dəccalın başçılıq etdiyi qlobal dövlətin) yaradılması olaraq müəyyənləşdirilmişdi.

Klubun üç idarə və dairəsinin olduğu bilinməkdədir:

      • Xarici dairə - kifayət qədər genişdir və klub iştirakçılarının yarıdan çoxu oraya daxildir. Onlar klubun hədəfləri, strategiyanın reallaşdırılması üsulları haqqında o qədər də məlumatlı deyil.

      • İdarə komitəsi dairəsi - daha qapalı sayılan dairə olub, 35 nəfərdən ibarətdir. Bu dairəyə daxil olan insanlar, demək olar ki, klubun işi və məqsədləri haqqında hər şeyi bilirlər.

      • Məşvərətçi komitə dairəsi — ən kiçik dairədir. Onun, təxminən, 10 üzvü var. Təşkilatda baş verən hər şey haqda məhz həmin insanlar məlumatlıdırlar və qərar qəbul etmək səlahiyyətləri də onlardadır.

Rəhbərləri:

Şahzadə Bernard (1954–1975)

Alek Duqlas-Hom (1977–1980)

Uolter Şel (1981-1985)

Erik Rol (1986–1989)

Peter Karinqton (1990–1998)

Etyen Daviqnon (1999–2011)

Henri de Kastries (2012-ci ildən).

Klubun daimi üzvləri aşağıdakılardır:

Henri Kissencer

Donald Ramsfeld

Alan Qrinspen

Riçard Perl

Pol Vulfovits.

Sonuncu siyahıdan göründüyü kimi, Donald Ramsfel Klubun daimi üzvləri sırasındadır. O, üzvlər arasında yəhudi olmayan tək adamdır. Alman əsillidir və protestan xristianlardandır.

Klubun daimi üzvləri içərisində ən önəmli və nüfuzlu fiqur Henri Kissencerdir (Henry Alfred Kissinger). 1923-cü ilin 27 mayında Bavariyanın (Almaniya) Fürt şəhərində doğulan və əslən alman yəhudisi olan Henri Kissencer.  Nobel sülh mükafatı laureatıdır. Bu mükafata Misirin İsraili rəsmən tanımasını və iki dövlət arasında sülh müqaviləsinin imzalamasını təmin etdiyi üçün layiq görülüb. “Təhlükəsiz irrasionallıq” doktrinasının müəllifidir. Tarixə eyni zamanda adını ABŞ-la SSRİ arasındakı nüvə mübarizəsinin əsasını qoyan siyasətçi kimi yazdırıb. Professordur, ayrı-ayrı vaxtlarda ABŞ-ın Dövlət katibi, Milli Təhlükəsizlik Komitəsinin, Psixoloji-Strateji Komitənin, Əməliyyat-Araşdırma İdarəsinin sədri, Silah Sistemlərinin qiymətləndirilməsi qrupunun müşaviri vəzifələrini icra edib. ABŞ prezidenti Barak Obamanın Xarici Siyasət Məsələləri üzrə baş müşaviri olub.



Genetikası Dəyişdirilmiş Orqanizmlər dokrinasının müəlliflərindən biri kimi də tanınan Kissenceri ən məşhur kəlamlarından biri budur:

Neftə nəzarət etsən millətləri, ərzağa nəzarət etsən insanları nəzarət altına alarsan. Qida bir silahdır və bizim müzakirə çantamızdakı vasitələrdən biridir!”


Yüklə 3,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin