BVF-nun üzvü olan ölkələrdəki diktatura rejimlərinin borclanma (milyard dollar hesabı ilə) cədvəli
(Cədvəldə 1996-cı ilə qədər olan faktlar yer almaqdadır)
BVF-na borclu olan ölkələr
|
Diktatorlar
|
İqtidara gəliş Tarixi
|
İqtidardan düşdüyü tarix
|
Ölkənin rejimin başlanğıcındakı borcu
|
Rejimin sonundakı borc
|
1966-cı ildəki toplam borc
|
Diktatorların aldığı toplam borç
|
Diktatorların yarattığı borç faizi
|
Argentina
|
Hərbi diktatura
|
1976
|
1983
|
9.3
|
48.9
|
93.8
|
39.6
|
42.00%
|
Boliviya
|
Hərbi diktatura
|
1962
|
1980
|
0
|
2.7
|
5.2
|
2.7
|
52.00%
|
Braziliya
|
Hərbi diktatura
|
1964
|
1984
|
5.1
|
105.1
|
179
|
100
|
56.00%
|
Çili
|
Avqusto Pinoçet
|
1974
|
1989
|
5.2
|
18
|
27.4
|
12.8
|
47.00%
|
Salvador
|
Hərbi diktatura
|
1979
|
1994
|
0.9
|
2.2
|
2.2
|
1.3
|
59.00%
|
Efiopiya
|
Mengistu Hale Mariam
|
1977
|
1991
|
0.5
|
4.2
|
10
|
3.7
|
37.00%
|
Haiti
|
Jan-Klod Duvalye
|
1971
|
1986
|
0
|
0.7
|
0.9
|
0.7
|
78.00%
|
İndoneziya
|
Suxarto
|
1967
|
1998
|
3
|
129
|
129
|
126
|
98.00%
|
Keniya
|
Mol
|
1979
|
2002
|
2.7
|
6.9
|
6.9
|
4.2
|
61.00%
|
Liberiya
|
Doe
|
1979
|
1990
|
0.6
|
1.9
|
2.1
|
1.3
|
62.00%
|
Maliviya
|
Banda
|
1964
|
1994
|
0.1
|
2
|
2.3
|
1.9
|
83.00%
|
Nigeriya
|
Buxari // Abaxa
|
1984
|
1998
|
17.8
|
31.4
|
31.4
|
13.6
|
43.00%
|
Pakistan
|
Ziya ül-Haqq
|
1977
|
1988
|
7.6
|
17
|
|
|
|
Pakistan
|
Hərbi diktatura
|
1990
|
Günümüz
|
20.6
|
29.9
|
29.9
|
18.7
|
63.00%
|
Paraqvay
|
Strosner
|
1954
|
1989
|
0.1
|
2.4
|
2.1
|
2.3
|
96.00%
|
Filippin
|
Markos
|
1965
|
1986
|
1.5
|
28.3
|
41.2
|
26.8
|
65.00%
|
Somali
|
Siad Barre
|
1969
|
1991
|
0
|
2.4
|
2.6
|
2.4
|
92.00%
|
Cənubi Afrika
|
Aparteid rejimi
|
|
1992
|
|
18.7
|
23.6
|
18.7
|
79.00%
|
Nimeyri
|
Nimeyri // Əl-Mehdi
|
1969
|
Günümüz
|
0.3
|
17
|
17
|
16.7
|
98.00%
|
Suriya
|
Hafiz Əsəd – Bəşər Əsəd
|
1970
|
Günümüz
|
0.2
|
21.4
|
21.4
|
21.2
|
99.00%
|
Tailand
|
Hərbi diktatura
|
1950
|
1983
|
0
|
13.9
|
90.8
|
13.9
|
15.00%
|
Zair // Konqo
|
Mobutu
|
1965
|
1997
|
0.3
|
12.8
|
12.8
|
12.5
|
98.00%
|
Rotşildlərin Çin üzərindən qurmaqda olduğu “Dünya höküməti”nin iqtisadi ayaqlarından birini də Dünya Bankı təşkil etməlidir. Yetəri qədər sələm kapitalına sahib olan bu bankın dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət etdiyi hesab edilir. O, maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biri kimi 1 iyul 1944-cü ildə Bretton-Vuds konfransında təsis olunub. Əslində, klassik mənada bank deyil, ixtisaslaşmış agentlikdir və BMT-nin ixtisaslaşmış qurumlarından biri kimi fəaliyyət göstərir. Bu agentliyin hazırda 184 üzvü var. Üzv ölkələr bu qurumun fəaliyyətinə nəzarət edir.
Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və bəzi hallarda faizsiz və uzunmüddətli kreditlər və qrantlar verir. Bankın əsas məqsədi kasıb ölkələrə struktur islahatlarının həyata keçirilməsində və yoxsulluğun azaldılmasında yardım göstərməkdir. Ayrı-ayrı ölkələrdə sabit və davamlı inkişafa nail olmaq üçün Dünya Bankı öz maliyyə resurslarından, yüksək ixtisaslı kadrlarından və biliklər bazasından istifadə edir.
Bank yaradılarkən ilkin məqsədi II Dünya savaşında dağıntılara məruz qalmış ölkələrdə yenidənqurma işlərinin həyata keçirilməsi və maliyyələşdirilməsi olmuşdur. Bu bankı digər banklardan fərqləndirən bir çox xüsusiyyətlər var. Bu bankda heç bir kəs hesab aça bilməz. Onun müştəriləri yalnız dövlətlərdir.
Dünya Bankı dünya iqtisadiyyatının və bir çox digər sosial-mədəni sahələrin inkişaf etdirilməsində əvəzsiz rola malikdir. Adından məlum olduğu kimi, o, dünyanın əsas mərkəzi bankıdır. Belə ki, Dünya Bankı dünya ölkərinin bank sektorunu tənzimləyir, yəni o bankları vaxtaşırı məlumat və məsləhətlər ilə təmin edir. Dünya Bankı fəaliyyətinin əsas istiqaməti iqtisadi keçid dövründə olan inkişaf etməkdə olan və yoxsul ölkələrə kreditlər vasitəsilə yardım etmək və yoxsulluğun səviyyəsini azaltmaq, eləcə də üzv dövlətlərin inkişafını təmin etməkdir.
Artıq qeyd etdiyimiz kimi, Dünya Bankı Birləşmiş Millətlər Təşkilatının (BMT) pul-kredit və maliyyə konfransı olan Bretton Vuds (Bretton Woods) razılaşması nəticəsində yaradılıb. Bu razılaşma 1944-cü ilin iyul ayında baş tutmuşdur və bununla da Dünya Bankı yaradılmışdır. Bankın yaradılmasında məqsəd II Dünya müharibəsində zərər çəkmiş Avropa ölkələrinə yardım göstərmək olmuşdur. İki il sonra bank özünün ilk kreditini 250 mln dollar olmaqla Fransaya müharibə sonrası yenidənqurma işləri üçün ayırmışdır. Bu təşkilatın rəsmi adı Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı idi. Bank öz işinə başlayarkən cəmi 38 üzvü var idi. Lakin, 50-60-cı illərdə dünyada yeni dövlətlərin sayının artması ilə, onun üzvlərinin sayı əhəmiyyətli dərəcədə artdı.
Məlum olduğu kimi, 1923-1933-cü illərdə baş verən dünya iqtisadi böhranı, dünya valyuta sisteminin stabilliyini məhv etmişdi. Buna görə də dünyada yeni valyuta sisteminin yaranmasına ehtiyac var idi. Bu ehtiyacı qarşılamaq üçün 1944-cü ildə Amerika Birləşmiş Ştatlarında Bretton Vuds (Bretton Woods) konfransı keçirildi. Bu konfransda qəbul edilmiş qərarlar, dövlətlər arasında valyuta-maliyyə və kredit münasibətlərinin və ticarət təşkilatının qaydalarını müəyyən etdi. Beləliklə, dünya valyuta sisteminin yeni forması – Bretton Vuds sistemi yarandı. Sözügedən konfransda iki müqavilə imzalanmışdır:
-Beynəlxalq Valyuta Fondu (BVF) haqqında müqavilə
-Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) haqqında müqavilə
Bretton Vuds sistemi, dolların dünya ehtiyat valyutasına çevrilməsi demək idi. Bu da ona gətirib çixardı ki, dünya iqtisadiyyatında ABŞ-ın rolu aparıcı oldu. Sisteminin ən önəmli cəhətlərindən biri o idi ki, müharibə nəticəsində dağıdılmış beynəlxalq təsərrüfat əlaqələri, istehsalat və ticarət bərpa olundu.
Dünya Bankı ilk əvvəl Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı adı ilə yaranmışdır. Terminoloji mənada “Dünya Bankı” dedikdə, "Beynəlxalq İnkişaf Assosiasiyası" və "Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı" nəzərdə tutulur. Ancaq Dünya Bankının fəaliyyət sahəsi geniş olduğundan adları çəkilən 2 qurum bankın fəaliyyətini tam həcmdə həyata keçirməyə bəs eləmir. Əlavə 3 qurum, yəni Beynəlxalq Maliyyə Korporasiyası, İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik, İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz yuxarıda qeyd olunan 2 qurumla birgə Dünya Bankı ailəsini yəni, Dünya Bankı Qrupunu əmələ gətirir. Dünya Bankı Qrupunu dedikdə aşağıdakı qurumlar nəzərdə tutulur:
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB)
Beynəlxalq İnkişaf Assosiasiyası (BİA)
Beynəlxalq Maliyyə Korporasiyası (BMK)
İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik (İTÇA)
İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz (İMHBM).
Dünya Bankı anlayışı Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq İnkişaf Assosiasiyası qurumları ilə yekunlaşır. Belə ki yuxarıda adları çəkilən 5 qurum birlikdə yeni bir anlayışı, yəni Dünya Bankı Qrupunu təşkil edirlər. Dünya Bankı Qrupu (DBQ) tərkibindəki 5 qurumla yoxsulluğun azaldılması və dünya iqtisadiyyatının inkişafının qarantıdır. DBQ 185 ölkənin üzv olduğu nəhəng iqtisadi təşkilatdır.
Koronavirus olayının gətirdiyi qlobal iqtisadi böhranı fürsət bilən BVF 2020-ci ilin aprel ayında böhrandan əziyyət çəkən ölkələrə kredit verməyə hazır olduğunu bildirdi və bunun dərhal ardından ölkələr kredit almaq üçün sıraya düzüldü. Aprelin 25-nə olan məlumata görə, 116 ölkə borc istəyində bulundu və bunlardan 25-nin istəyinə müsbət cavab verildi. Və məlum oldu ki, tələbinə müsbət cavab verilən dövlətlərin böyük əksəriyyəti Afrika ölkəsidir. Söhbət Benin, Burkino-Faso, Mərkəzi Afrika Respublikası, Çad, Komor adaları, Demokratik Konqo Respublikası, Qabmiya, Qvineya, Qvineya-Bisau, Liberiya, Madaqaskar, Malavi, Mali, Mozambik, Niger, Ruanda, Siyerra-Leone və Toqo kimi ölkələrdən gedir.
İşin ən maraqlı tərəfi budur ki, Cənubi Afrika Respublikası BVF-dan kredit tələbində bulunmasa da, ona israrla 6,5 milyard həcmində güzəştli kredit alması təklif olunur və hətta təzyiq edilir. BVF qarşısında, az qala, diz çökməyə və fond tərəfindən irəli sürülən 11 alçaldıcı şərti qəbul etməyə hazır olmasına rəğmən, İrana kredit verilmir. Səbəb kimi isə ABŞ-ın buna əngəl olması göstərilir.
Bekir Hazarın yazdığına görə, koronavirusla mübarizə məqsədilə verilmiş kreditin xərclənmə şərti kimi həmin ölkələrdən kəndləri elektrik enerjisi ilə təmin etmək, əhalinin koronavirusa qarşı aşılanmasına və “sağlıq məqsədilə” onlara çip taxılmasına icazə vermək tələb olunmuşdur.
Aşı və insanların dərisinin altına çip taxılması məsələsi Rotşildlərin qurmağı planlaşdırdıqları “Yeni dünya düzəni”nin, başqa sözlə, qlobal “dijital kommunizm cəmiyyəti”nin ən prinsipial məsələlərindən biridir və bu məsələyə barmaqarası baxmamalıyıq.
Bu barədə növbəti fəsildə söhbət açacayıq. Bu fəslə son söz olaraq bildirk ki, əgər Rokfellerlər Rotşildləri, ABŞ da Çini durdura bilməzlərsə, dünya liderliyini itirəcəkdir. Odur ki, Çinlə savaş ehtimalı heç də az deyil. Bu səbəbdən də rəsmi Vaşinqton bir nömrəli rəqibənə qarşı bir koalisiya qurmağa və savaş üçün məşru bir bəhanə düşünüb tapmağa məhkumdur. Və görünən budur ki, koronavirus mövzusu sözügedən bəhanə rolunda çıxış edə bilər. Hərçənd ki, sözügedən virus ortaya çıxanda bir çoxları belə ehtimal etmişdi ki, laboratoriya şəraitində hazırlanmış bu virus ABŞ-dan Çinə bu ölkəni çökdürmək məqsədilə göndərilmişdir. Lakin virusun ABŞ-a Çindən qat-qat çox zərbə vurması hazırda əks ehtimalların ayaq tutub yeriməsinə səbəb olub.
Elmi ədəbiyyatda adı bəzən “pnevmaniya COVID-19”, daha çox da 2019nCoV koronavirusu pandemiyası” kimi qeyd edilən, xalq arasında isə sadəcə “koronavirus” adı tanınan virus ilk dəfə 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində, yerli Huanan ət və dəniz məhsulları bazarı yaxınlığında qeydə alınmış və oradan öncə bütün Uhan şəhərinə, daha sonra Çinin bütün əyalətlərinə, daha sonra da dünyanın əksər dövlətlərinə yayılmışdır. Çin höküməti 31 dekabr 2019-cu ildə naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi.
22 yanvar tarixindən etibarən Uhanda karantin rejimi tətbiq edilməyə başlandı. 24 yanvar tarixindən etibarən Uhana bitişik olan Huanqan, Eçjou, Çibi və Çjitsyan şəhər rayonlarına da karantin tətbiq edildi. Daha sonra karantin rejimi Çinin bütün bütün əyalət və şəhərlərinə tətbiq edilməyə başladı.
Bu sətirlərin yazılmaqda olduğu 29 aprel 2020-ci il tarixində (saat 14.30-a olan məlumata görə) dünya üzrə bu virusa tutulanların sayı 3,149,108, ölənlərin sayı isə artıq 218,385 nəfərə çatmışdı. Ən pis vəziyyət ABŞ-da qeydə alınmışdı. Bu ölkədə virusa yoluxanaların sayı 1,035,765, ölənlərin sayı isə 59,266 nəfər idi.
Həmin tarixdə ABŞ-ı bu ölkələr təqib edirdi:
İspaniya 232,128 - 23,822
İtaliya 201,505 - 27,359
Fransa 165,911 - 23,660
Böyük Britaniya 161,145 - 21,678
Almaniya 159,934 - 6,314
Türkiyə 114,653 - 2,992
Rusiya 99,399 - 972
İran 92,584 - 5,877
Çin 82,858 - 4,633
Həmin tarixdə Azərbaycanda 1,717 nəfər virusa yoluxan, 22 nəfər də ölən qeydə alınmışdı.
7 aprel tarixində amerikalı alim Çarlz Liber yeni Covid-19 hazırlanması və Çinə satışı ilə bağlı təqsirli bilinərək həbs olundu. Daha sonra isə məlum oldu ki, Çin alimləri bu virusu əldə etdikdən sonra onu Uhan şəhərindəki yerli Huanan ət və dəniz məhsulları bazarından 200-300 m arlıda yerləşən P4 adlı bir virusoloji labarotoriyada, eləcə də bazardan təqribən 12 km aralıda olan hərbi virusologiya tədqiqatları mərkəzində çoxaltmaq və öyrənməklə məşğul olmuşlar. Virus da sözügedən obyektlərin birindən, ehtimalən, 200-300 m aralıda yerləşən laboratoriyadan sızmış və yaxındakı bazara sıçramış, oradan da bütün şəhərə yayılmışdır. Çin hökumətinin baş verən hadisəni uzun müddət gizli saxlaması, dünya ictimaiyyətini vaxtında məlumatlandırmaması, dünyanın bundan sadəcə bir Çinli həkimin mətbuata məlumat ötürməsindən sonra xəbər tutması artıq təsdiqini tapmış faktdır və bu səbəbdən də hazırda virusdan daha çox əziyyət çəkməkdə olan ABŞ Çini məlumatı gizlətmək və vaxtında xəbər verməməklə suçlayaraq bu ölkədən vurulmuş ziyana görə 20 trilyon dollar həcmində təzminat tələb etməkdədir. Və əslində o bu tələbində haqlıdır.
Artıq qeyd etdiyimiz kimi, koronavirus mövzusu ABŞ-ın, əsas rəqibi olan Çinə qarşı siyasi və iqtisadi cəbhə alması üçün bəhanə rolunda çıxış edə bilər. Çinin tələbi rədd edəcəyi halda məsələnin hərbi əməliyyatların başlanması üçün səbəb ola biləcəyi də, təbii ki, istisna edilməməlidir. Tələbin qəbul edilməsi, təzminatın ödənməsi də ABŞ-ın işinə yaramaqdadır. Belə ki, bu dövlətin dəqiqəbədəqiqə artmaqda olan dövlət borcu bu sətirlərin yazılmaqda olduğu 29 aprel 2020-ci il tarixində (saat 15.10-a olan məlumata görə) 24 trilyon 720 milyard 666 milyin 500 min dollar (http://priroda.inc.ru/design/dolg_usa.html) həcmində idi və bu göstərici nəinki dəqiqəbədəqiqə, hətta saniyəbəsaniyə artır. Bunun 19 faizi Çinə, 19 faizi Yaponiyayadır. 2019-cu ilin avqust ayının statistikasına görə onun borclu olduğu ölkələr (milyard dollar və faiz hesabı ilə) aşağıdakılar idi:
Çin
|
1110
|
16,8
|
Yaponiya
|
1100
|
16,7
|
Böyük Britaniya
|
640
|
9,7
|
Braziliya
|
306
|
4,6
|
İrlandiya
|
271
|
4,1
|
İsveçrə
|
231
|
3,5
|
Lüksemburq
|
230
|
3,5
|
Кayman adaları
|
216
|
3,3
|
Qonkonq
|
206
|
3,1
|
Belçika
|
191
|
2,9
|
Səudiyyə Ərəbistanı
|
177
|
2,7
|
Тayvan
|
171
|
2,6
|
Hindistan
|
155
|
2,4
|
Sinqapur
|
140
|
2,1
|
Fransa
|
125
|
1,9
|
Cənubi Koreya
|
115
|
1,8
|
Digər ölkələr
|
1206
|
18,3
|
Şübhəsiz ki, ABŞ Çindən təzminat şəklində tələb etdiyi məbləği ala bilərsə, borclarını önəmli dərəcədə azalda bilər. Lakin iş burasındadır ki, bu təkcə ABŞ-ın dövlət borcudur. Bundan başqa ayrı-ayrı ştatların da borcları var ki, bu borclar üst-üstə 100 trilyonu keçib.
Koronavirun bütün dünyaya yayılmasıyla bağlı başqa maraqlı iddialar da var. Bunlardan biri də “The Washington Post” qəzetinin 22 aprel tarixli nömrəsində yayımlanan bir xəbərdir. Həmin xəbərə görə, “US Hakers” adlı bir hakerlər qrupunun Bil Qeyts Fondu, ABŞ Xəstəliklərə nəzarət və önləmə qurumu (CDS), Çinin Vuhan şəhərindəki məlum laboratoriya və daha üç təşkilat arasındakı elektron yazışmaları, eləcə də onlara aid 25 min ədəd sənədi ələ keçirmiş və belə aydın olmuşdur ki, virusu Vuhandakı P4 laboratoriyasından həmin laboratoriyada çalışan Zenq Li Şi adlı bir alim çantasına qoyduğu buz parçası ilə birlikdə çıxarmış, Uhan şəhərindəki yerli Huanan ət və dəniz məhsulları bazarının metro stansiyasına gedərək, buzu stansiyanın havalandırma borusuna qoymuş, buz əridikcə, viruslar da havalandırma sistemi vasitəsilə ətrafa yayılmağa başlamışdır (https://www.youtube.com/watch?v=itf6WVQ_TUc).
Şübhəsiz ki, bu məlumat təsdiqini taparsa və tapmışdır da, o, Çinə qarşı gerçək bir savaş səbəbi ola bilər. Əslində, təsdiqə bir o qədər ehtiyac da yoxdur. Məgər İraqa hərbi müdaxilə üçün bəhanə rolunda çıxış edən “kimyəvi silah istehsalı” öz təsdiqini tapmışdımı? Hər halda, ABŞ-ın Çindən yayılan koronavirus sayəsində 60 mindən artıq vətəndaşını itirməsi (30 aprel 2020-ci il tarixli statstika) müharibə səbəbi deyilsə, bəs, nədir?
Hadisələrin gedişi ABŞ və Çin arasında münasibətlərin sərtləşə biləcəyini söyləməyə əsas verir. Məsələ burasındadır ki, Donald Tramp, qlobalistlər tərəfindən yönləndirilən ABŞ xüsusi xidmət orqanlarının Çini müdafiəyə yönəlik açıqlamalarına rəğmən, bu ölkəyə qarşı sərt tutum sərgiləməkdə davam edir. Təsadüfi deyil ki, o, 2020-ci ilin aprel ayının 30-da verdiyi bir açıqlamasında koronavirus pandemiyasının Çin tərəfindən təşkil edildiyini və bunu dəqiq bildiyini söyləmişdir. Doğrudur, Tramp hansı qaynaqlara istinad etdiyini bildirmədi, amma həmin gün, bir neçə saat sonra ABŞ Kəşfiyyat İdarəsinin baş direktoru və paralel olaraq, ABŞ-ın Almaniyadakı səfiri, Trampın sağ qolu hesab edilən Riçard Qrener (Richard Groener) prezidenti təkzib edərək, bildirdi ki, yüzlərcə, minlərcə mütəxəssis ilə məsləhətləşdik, onların hesabatlarını tək-tək nəzərdən keçirdik və belə qərara gəldik ki, COVİD-19 virusu laboratoriya şəraitində yaradılmamışdır. Beləcə, məlum oldu ki, ABŞ daxilində qlobalistlərlə Trampın təmsilçisi olduğu ulusalçılar arasında ciddi fikir ayrılığı və qarşıdurma var.
Təsadüfi deyil ki, Riçard Qrenerin bu açıqlamasına rəğmən, Tramp mövqeyindən əl çəkmir və Çindən hesab sorulmasının lazım olduğunda israr edir. Üstəlik də qlobalistlərin əlindəki çoxsaylı maşalardan biri olan Beynəlxalq Səhiyyə Təşkilatını virus təhlükəsi barədə dünyanı qəsdli şəkildə çox gec, yəni 2020-ci ilin martın 12-də xəbərdar etməsini də məqsədyönlü təxribat planının bir hissəsi hesab edir. Elə bu səbəbdən də sözügedən təşkilatın ABŞ tərəfindən maliyyələşdirilməsinin qarşısını almışdır.
Hazırda ABŞ-ın Güney Çin dənizinə hərbi donanma göndərdiyi, bunun Çin tərəfindən sərt bir təpgi ilə qarşılandığı bilinməkdədir.
Dostları ilə paylaş: |