Yeni DÜnya düZƏNİ



Yüklə 3,78 Mb.
səhifə64/97
tarix01.01.2022
ölçüsü3,78 Mb.
#103177
1   ...   60   61   62   63   64   65   66   67   ...   97
Bill Qeyts
Hər şey bu məlumatın Twitter üzərindən paylaşılması ilə başladı. Və bu məlumat şəbəkə istifadəçilərinin böyük maraqlına səbəb oldu. Bunun ardınca sosial şəbəkələrdə Bill Qeytsin hələ 2015-ci ildə verdiyi bir müsahibə paylaşıldıp. Orada da o, koronavirusdan danışır, üstəlik də kütləvi aşılama və çipləşdirmənin zəruriliyini önə sürürdü. Həmin müsahibəni bir neçə həftə ərzində 25 milyondan artıq adam seyr etdi.

Martın 31-də (2020-ci il) “The Washington Post” qəzetində Bill Qeytsin başqa bir müsahibəsi dərc edildi. Bu müsahibədə o, ABŞ-ın virusu vaxtında dayandırmaq imkanını itirdiyini, sözügedən virusun aşısının ən tez 5 il sonra tapılacağını iddia etməkdə idi.

Beləliklə, Bill Qeytsin də daxil olduğu şeytani qüvvələrin məqsədi dünya əhalisini nəzarətdə saxlamaq üçün onlara çiplər yeritməkdir. Çiplərin yeridilə bilməsi üçün, yəni insanların buna könüllü razı olmaları üçün bu çiplərə sahib olmayacaq adamları alış-veriş etmək imkanından məhrum etmək lazımdır. Yəni söhbət nəqd paranın ortadan qalxmasından və elektron para ilə əvəz edilməsindən sonra maliyyə əməliyyatlarını aparmaq üçün zəruri olan ağıllı çiplərdən gedir. Bu çiplər həm şəxsiyyət vəsiqələrini, həm maaş kartlarını, həm də tibbi kartları əvəz etməli, eyni zamanda insanın bədənində yaranacaq hər hansı bir xəstəlik zamanı onu dərhal xəbər etməlidir.

İlk baxışdan çox mütərəqqi bir şey kimi nəzərə çarpan kütləvi çipləşdirmə planı, şübhəsiz ki, Dəccala bütün insanları izləmək, danışıqlarını dinləmək və lazım gəldiyi halda maliyyə əməliyyatları şəbəkəsindən ayırmaqla cəzalandıra bilmək imkanı verəcək. Üstəlik də insanları kiborqa çevirmək istəndiyi də istisna edilmir.

Azadİnform”un yaydığı 29.09.2015 tarixli, “ABŞ insanları çipləşdirmə prosesinə əsgərlərdən başlayır” adlı xəbərdə deyilir:

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi Tədqiqat İşləmələri Agentliyi (Defence Advanced Research Project Agency - DARPA) hərbçilərin beyninə elektron çiplərin tətbiqi ilə bağlı işlər aparır.



Azadinform Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən məlumat verir ki, layihənin başlıca məqsədi superəsgərlərin yaradılması yox, onların beyninin qorunmasıdır. Artıq “Neuroprosthetics” adlanan implantların sınaqları keçirilir. Bu barədə ABŞ jurnalisti Enni Ceykobsenin “Pentaqonun beyni” adlı kitabında da bəhs olunur.

Məlumata görə, “DARPA” uzun illər ərzində hərbi qulluqçuların beyninə çiplərin yerləşdirilməsi ideyasını həyata keçirməyə çalışsa da, əsgərlərin “kiborq”lara çevrilməsi yalnız indi mümkün olub. Agentlik əsgərlərin döyüş meydanında döyüş qabiliyyətinin artırılması və əsgərlərin kəllə-beyin zədəsindən sonra müalicəsi üzrə bir sıra layihələr həyata keçirib.

"Newsru” yazır ki, superəsgərlərin yaradılması Pentaqonun yeni proqramının yeganə məqsədi deyil. Hərbçilərin fikrincə, çiplərin tətbiqi süni intellektin yaradılması yolunda yeni addım olacaq və daha yüksəksəviyyəli robotlar yaratmağa imkan verəcək. Kitab müəllifinin yazdığına görə, agentliyin başlıca məqsədinin yeni silah növlərinin yaradılması olduğunu unutmaq olmaz. Sual doğuran əsas məsələ isə proqramın məhz hərbi məqsədlər üçün necə istifadəsi ilə bağlıdır”.

“Virtual Azərbaycan”da “Virtualaz.org azvision.az”a istinadən dərc edilmiş “Məmurların bədəninə çip yerləşdirilir” (31 yanvar 2014) adlı yazıda isə deyilir:

ABŞ-ın Vayominq ştatının administrasiyası əhalinin çipləşdirilməsi kampaniyasına başlayıb. Ştatın Hanna dairəsində dərc olunan qərara görə, sosial müavinət alan və dövlət müəssisələrində çalışan şəxslər mütləq şəkildə özlərinə çip yerləşdirməlidirlər.

Vayominq ştatı tərəfindən başlanan çipləşdirmə prosesi (MINI RFID) vətəndaşların avtomatik identifikasiyasını nəzərdə tutur. Haqqında söhbət gedən çip – 100 Qiqabayt yaddaşı olan mini-kompüterdir. Onun içərisinə müxtəlif məlumatlar: tibbi, sığorta məlumatları, sürücülük vəsiqəsinin nömrəsi, kredit tarixçəsi, kriminal keçmişi və s. daxil ediləcək.

Vayominq ştatının əhalisi MINI RFID qurğusuna məmnunluqdan – kəskin narazılığa qədər müxtəlif münasibət bildirirlər. Bir vətəndaş isə əvvəllər necə yaşadığına təəccüblənərək yeni çip vasitəsilə maqazalardan pul kisəsi olmadan belə alver edə bildiyini söyləyib. Bununla yanaşı təkuşaqlı ana dövlət dəstəyindən imtina edə bilmədiyini və bu səbəbdən MINI RFID çipini quraşdırmağa məcbur olduğunu dilə gətirib.


Yüklə 3,78 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin