Yeni DÜnya düZƏNİ


Bununla müqayisədə nüvə silahı ikinci dərəcəli məsələdir



Yüklə 3,78 Mb.
səhifə70/97
tarix01.01.2022
ölçüsü3,78 Mb.
#103177
1   ...   66   67   68   69   70   71   72   73   ...   97
Bununla müqayisədə nüvə silahı ikinci dərəcəli məsələdir...

Rusiya Geosiyasi Problemlər İnstitutunun prezidenti, general-polkovnik Leonid İvaşov hesab edir ki, elektron çipləşdirmə, insan üzərində elektron kontrol, insan şüuruna qarşı kütləvi qırğın silahıdır. Deməli artıq kütləvi çipləşdirmə ilə müqayisədə nüvə silahı ikinci dərəcəli məsələdir: yüksək texnologiyalara yiyələnmə savaşı gedir...

Gələcəkdə insanların, daha doğru desək, elektron qulların total nəzarətdən bezərək çipləri bədənlərindən xaric edə bilmələrini nəzərə alan dünya ağaları mikroçiplərdən də sərfəli olan, lazer vasitəsilə görünməyən işarə - tatu qoyulması daha məqsədəuyğun hesab edirlər. Hələ 1984-cü ildə Almaniyanın "Diaqnoz" nəşrinin 8-ci sayında bildirilirdi ki, Amerika konsern və banklarının əhaliyə total nəzarətini tətbiq etmək üçün insanlar görünməyən kütləvi identifikasiya sisteminə daxil ediləcək. Bu, ABŞ-da yoxlanıldıqdan sonra Avropa Birliyi ölkələrini də həmin sistemə qoşmaq planlaşdırılır...”.

Alman nəşri daha sonra yazır: ”Nağdsız ödəniş siteminin tətbiqi adı altında qanunla hər bir vətəndaşın alnına, yaxud əlinə lazer şüası ilə görünməyən tanıtım işarəsi yazılacaq. Həmin işarə insanın şəxsiyyəti haqqında bütün məlumatları daşıyan 18 rəqəmdən ibarət olacaq. (Bu rəqəmlər hazırkı şəxsiyyət vəsiqələrindəki 7 rəqəmlik identifikasiya kodunu daha dəqiq və geniş formada əvəzləyəcək.-S.L.) Yazının əvvəlində, ortasında və sonunda aşağı uzanan qoşa xətlər 6 rəqəminin yerini göstərir ki, bu da "666" şeytan rəmzini ifadə edir. Həmin qoşa xətlər hazırda beynəlxalq bazarda satılan məhsulların da üzərinə vurulmalıdır. Bu sistem bütün dünyada tətbiq edilməlidir"...

Sözügedən plana görə, artıq nə alış-verişdə, nə nəqliyyatda- heç bir yerdə nağd pul işlənməyəcək. Deməli, son vaxtlar nağd pulla hesablaşmanın sıxışdırılması da texnotron quldarlığın simptomlarındandır... Hər kəs marketdə, ofisdə, seçki məntəqəsində, yaud hava limanında əlini və ya alnını lazer- fiksatorun qarşısına uzatmaqla qeydiyyatdan keçəcək, işə qəbul ediləcək, işdən çıxarılacaq, hesabından pul çıxılacaq, səs verəcək, səfərə gedəcək və s. Bir sözlə, 18 rəqəmli, şeytan rəmzli şrtix-kod olmadan heç kəs dünyada yeyib-içib gəzə bilməyəcək...

Öncə söylədiyimiz kimi, kainatda ən kiçicik zərrədən, hüceyrədən tutmuş canlı və cansız bütün varlıqları idarə edən, onlara bütövlükdə tam nəzarət edən Allahdır. Deməli, bütün vasitələrlə Yer sakinlərini öz idarə olunan elektron qullarına çevirmək istəməyə çalışanlar, əstəğfürullah, "allahlıq" iddiasındadırlar. Lakin onların cəhdləri əbəsdir. Bəşər əhlini sonadək köləyə çevirmək, xalqları xüsusən də müsəlman, türk xalqlarını, o cümlədən Azərbaycan xalqını məhv etmək, İnşallah, bu güclərə nəsib olmayacaq. Çünki Rəbbimizin Quranda buyurduğu kimi, Allah bütün hiyləgərlərdən tədbirlidir (Quran, Ali-İmran, 54)...


Yüklə 3,78 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin