Yeni DÜnya düZƏNİ



Yüklə 3,78 Mb.
səhifə85/97
tarix01.01.2022
ölçüsü3,78 Mb.
#103177
1   ...   81   82   83   84   85   86   87   88   ...   97
Topqapı sarayı
2002-ci ildə Türkiyədə AKP-nin hakimiyyətə gəlməsindən, ardınca da İslamla demokratiyanın bir arada yaşamasının mümkünsüzlüyü barədə illərdən bəri Qərb imperializminin müsəlman ölkələrində təbliğ etdiyi fikirlərin alt-üst olmasından sonra müsəlmanların, ilk növbədə də ərəblərin ictimai şüurlarda böyük oyanış və inqilab baş verdi. Bunun nəticəsi kimi Ərəb dünyasında tarixə “Ərəb baharı” kimi düşən möhtəşəm bir hərəkat başladı. Bu hərəkatın əsas hədəfi Osmanlı dövlətinin çöküşündən sonra Qərb imperialistlərinin, ilk növbədə də ingilis və fransızların keçmiş Osmanlı dövlətinin parçaları olan ərəb ölkələrində qurduqları diktatura rejimlərini yıxaraq, İslami dəyərlərə əsaslanan demokratik cəmiyyət qurmaq idi və bu hədəf bu gün də dəyişməmiş qalmaqdadır.

Ərəb xalqının demokratiya, azadlıq və insan haqları istəyindən qaynaqlanan Ərəb Baharının ortaya çıxmasında İnternetin və sosial şəbəkələrin rolu heç də az olmamışdır. Əsasən dinc bir hərəkat kimi başlayan Ərəb Baharı ayrı-ayrı ölkələrdəki diktatorların öz hakimiyyətini qorumaq məqsədilə xalqa qarşı silah tətbiq etməsindən sonra silahlı hərəkata çevrilmişdir. Dinc hərəkatların sonradan silahlı xarakter almasının başqa bir səbəbi də həmin ölkələrə xarici dövlətlərin hərbi müdaxiləsi idi. Elə bu səbəbdən də bir çox ölkədə hərəkat silahlı Milli Azadlıq hərəkatı forması almağa başladı.

Xalq hərəkatı nəticəsində bəzi ərəb ölkələrində diktatura rejimlərini yıxmaq mümkün olmuşdur.

Tunis, Misir, Liviya, Suriya, Bəhreyn, Əlcəzair, İordaniya və Yəməndə geniş miqyas alan Ərəb Baharı Mavritaniya, Səudiyyə Ərəbistanı, Oman, İraq, Livan və Mərakeşdə kiçik etiraz aksiyalarından o yana keçə bilməmişdir. Bununla belə, indiyə qədər Ərəb dünyasında heç vaxt bu böyüklükdə və möhtəşəmlikdə hərakət görünməmişdir.




Yüklə 3,78 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin