20.Əliyev,İlham İnkişaf - məqsədimizdir : çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər / İ. H. Əliyev ; bur. məsul R. Ə. Mehdiyev. 49-cu kitab : noyabr 2011 - fevral 2012. - Bakı : Azərnəşr, 2017. - 400 s. ; 20,5 sm. - Göstərici: s. 373-381. - 5000 экз.. - ISBN 978-9952-8100-7-3 (cildli)
Annotasiya: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oxuculara təqdim olunan "İnkişaf-məqsədimizdir" çoxcildliyinin bu cildində dövlət başçısının Rusiya Federasiyası, İsveçrə, Almaniya və Belçikaya səfərləri zamanı bu ölkələrin dövlət və hökumət rəhbərləri ilə çoxşaxəli əlaqələrin inkişafına, enerji və qeyri-neft sektoru üzrə bağlanmış müqavilələr və sazişlərə, beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsinə dair materiallar toplanmışdır. Kitabda Azərbaycanın uğurlu daxili və xarici siyasətinə, ordu quruculuğuna, regionların sosial inkişafının həyata keçirilməsinə, cəmiyyətimizin demokratikləşdirilməsi istiqamətində önəmli nailiyyətlərə və ictimai-siyasi həyatın digər sahələrinə dair nitqləri, çıxışları, tövsiyyələri öz əksini tapmışdır. Azərbaycan prezidentinin bütün görüş və danışıqlarında Ermənistanın işğalçılıq siyasəti diqqətə çatdırılır, Dağlıq Qarabağ problemi və bu problemin həlli yolları beynəlxalq hüquq normaları çərçivəsində müzakirə edilir. Bu cilddə, həmçinin cənab Prezidentin ölkəmizə gəlmiş bir sıra beynəlxalq təşkilatların nümayəndələri, mədəniyyət və din xadimləri ilə görüşləri, kütləvi informasiya vasitələrinə və xarici telekanallara müsahibələri yer almışdır.
21. Əliyev,İlham İnkişaf - məqsədimizdir : çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər / İ. H. Əliyev ; bur. məsul R. Ə. Mehdiyev.53-cü kitab : sentyabr 2012 - oktyabr 2012. - Bakı : Azərnəşr, 2018. - 400 s. ; 20,5 sm. - Göstərici: s. 379-387. - 5000 экз.. - ISBN 978-9952-8100-7-3 (cildli)
Annotasiya: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oxuculara təqdim olunan "İnkişaf- məqsədimizdir" çoxcildliyinin bu cildində Azərbaycanın uğurla aparan daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərdə artan nüfuzuna, iqtisadi potensialın möhkəmlənməsinə, ölkədə yoxsulluğun azaldılması və işsizliyin aradan qaldırılması istiqamətində atılan ciddi addımlara, gənclər arasında milli-mənəvi dəyərlərin təbliği və gənclər tərəfindən qaldırılan məsələlərə diqqətlə yanaşılaraq təhlil edilməsi və nəzərə alınmasına dair nitqləri, çıxışları öz əksini tapmışdır. Kitabda prezident İlham Əliyevin Fransaya səfəri, həmçinin Özbəkistan Respublikası Prezidentinin və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinin ölkəmizə səfərləri zamanı Azərbaycanın dünyada artan nüfuzundan, beynəlxalq təşkilatlarda göstərdiyi yüksək fəallığından, şaxələndirilmiş iqtisadiyyatın dünyada qazandığı nüfuzundan, eyni zamanda ölkələrimiz arasında əlaqələrin inkişafından, enerji və qeyri-neft sektoruna aid bağlanan müqavilələrdən bəhs olunur.