lazım olan texniki avadanlıqlar yerli və xarici bazarda mövcuddur. Utopik çatışmazlığımız yoxdur. İqtisadi cəhətdən texniki avadanlıqların alınması və təşkili əlverişli və mümkündür.
Dövlətə iqtisadi qatqısı var, şagirdlərimizin əqli və bacarıq olaraq formalaşması onları təhsil və iş bazarına daha üstün çıxaracaq və ətraflarında olan insanlar üçün ilham qaynağı ola biləcəklər.
Ilk təsir kurs və ətrafındakı bizneslərin daha çox vəsaitin dövriyyəyə girməsi və digər bizneslərin inkişafıdır.
Ikinci növbədə isə dövlət büdcəsinə müsbət təsir olacaq. Çünki bilindiyi qədəriylə dövlət büdcəsinin 70% məhz vergilırdən ərsəyə gəlir. Təhsil mərkəzimiz və artan gəlirli qida, dəftərxana, oyuncaq mağazaları və s. dövlət büdcəsinə təsir edir və həmçinin bankların və nəqliyyat sistemlərinin aktivliyi də artmış olur.
Təhsil gələcəyə olan bir investisiyadır. Kiçik yaşlardan yaranan düşüncə modeli insanlarda ömür boyu qalır. Bizim kreativ şagirdlərimiz dövlətin ümumi yaşayış səviyyəsini qaldırmağa, yüksək vəzifələrə yiyələnmək üçün uyğun fikir və bacarıqlara sahib ola biləcəklər
Vizyon – innovasiyalar edərək, müzakirəli, tənqidi, praktiki, təhslinin əsasını qoyaraq, ölkə və xarici brendə çevrilmək.
Missiya- Gələcəkdə ölkənin bütün bölgələrində fəaliyyət gösdərmək, azərbaycanlı balacaların yüksək qabiliyyətini düzgün mühitdə və yüksək təhsillə dəyərləndirəciyik ki, illər sonra cəmiyyət qarşısına peşəkar kadr olaraq çıxa bilsinlər