Müqavilənin standart şərtləri inkişaf edən ölkələrlə Alman Texniki Əməkdaşlıq layihələrinin icrası üçün bağlanan müqavilələrə tətbiq edilir. Məsləhətçi/ekspert aydın şəkildə göstərməlidir ki, o, Almaniya Federativ Respublikası Höküməti tərəfindən yardım göstərilən layihə çərçivəsində və vəkalət verən qismində Deutsche Gesellschaft für Technische Zusammenarbeit (GTZ) GmbH təşkilatı (bundan sonra GTZ) ilə bağladıqları müqavilənin icrası üçün tapşırıqları yerinə yetirirlər.