9.Sağlamlıqla bağlı Tələblər və Məsuliyyətin istisna edilməsi
Məsləhətçi/ekspert zəmanət verməlidir ki, onun özü və layihə ilə bağlı təyin etdiyi işçiləri iş üçün tapşırıq ölkəsində mövcud olan sağlamlıqla bağlı tələblərə cavab verir. Məsləhətçi/ekspert zəruri peyvəndlərin edilməsini təmin etməlidir. GTZ üçün məsləhətçi/ekspert və onun layihə/proqram üçün təyin etdiyi personalla bağlı maddi zərər, xəstəlik, fərdi qəza və ya ölümlə əlaqədar olaraq yaranan məsuliyyət istisna edilir. Məsləhətçi/ekspert özü və layihə/proqram üçün təyin etdiyi personal üçün kafi sığorta təminatını almağı öhdəliyinə götürür. Sağlamlıq, həyat və qəza sığortasının alınması ilə bağlı GTZ məsləhətçi/ekspertin xərclərini ödəmir.
Dostları ilə paylaş: |