10.6 Xarici valyutada olan xərclər Tapşırıq ölkəsinin xarici valyuta haqqında müvafiq qaydalarının şərtləri nəzərə alınmaqla ödənilir.
10.7 Məsləhətçi/ekspert bank qarantiyası formasında təminat verməli olduğu hallarda, onun mətni GTZ tərəfindən təsdiq edilməlidir. Belə qarantiyalar GTZ-in məqbul hesab etdiyi bank tərəfindən verilməlidir, onlarda hər hansı müddət məhdudiyyəti olmamalıdır və hər hansı iddia və ya etirazdan aydın imtinanı əks etdirməlidir. Bundan əlavə, onlar GTZ-in ilk yazılı tələbi ilə ödənilməlidir və məhkəmə aidiyyəti yerinin Alman Federativ Respublikası, Frankfurt Mayn şəhəri olduğu haqda bəyanatı əks etdirməlidir.