Yerli Məsləhətçilər/Ekspertlərlə müqavilələrin standart şərtləri



Yüklə 93,71 Kb.
səhifə11/34
tarix07.01.2022
ölçüsü93,71 Kb.
#82842
1   ...   7   8   9   10   11   12   13   14   ...   34
8. Müqavilənin ləğvi

8.1 GTZ, aşağıdakı 8.2 və 8.3-cü bəndlərin şərtləri nəzərə alınmaqla, bu müqaviləni istənilən vaxt tamamilə və ya işin fərdi hissələrinə nisbətdə ləğv edə bilər.

8.2 GTZ tərəfindən müqavilə məsləhətçi/ekspertin cavabdeh olmadığı səbəbdən ləğv edildiyi halda, məsləhətçi/ekspert ödəniş haqqının razılaşdırılmış məbləğini tələb etmək hüququna malikdir. Bununla yanaşı, məsləhətçi/ekspert razılaşır ki, qənaət edilən və ya qənaət edilə biləcək xərclər, habelə başqa yerdə iş nəticəsində məsləhətçi/ekspert tərəfindən qazanılan və ya pis niyyətlə qəsdən qazanılmayan məbləğlər həmin məbləğdən çıxılsın.

8.3 GTZ tərəfindən müqavilə məsləhətçi /ekspertin cavabdeh olduğu səbəbdən ləğv edildiyi halda, ödəniş haqqı müqavilə qiymətlərinə uyğun olaraq yalnız artıq icra edilmiş iş üçün və ya faktiki icra edilmiş işin hissəsi müqavilə qiymətləri əsasında ümumi müqavilə işinə nisbətdə ödəniləcək, bir şərtlə ki, GTZ icra edilmiş işdən istifadə edə bilsin.

Xərclər eyni nisbətdə ödəniləcək. İcra edilmiş, lakin GTZ-in istifadə edə bilməyəcəyi iş məsləhətçi/ekspertə sonuncunun hesabına qaytarılacaq. Müqavilə işi xidmətlərin göstərilməsindən ibarət olduqda, ləğv etmə tarixinədək göstərilmiş xidmətlər istifadə edilə biləcək iş hesab edilir. GTZ-in zərərlə bağlı iddia qaldırmaq hüququ dəyişilmədən qalır.



8.4 Məsləhətçi/ekspert və ya onun hər hansı işçisi GTZ personalının üzvünə, GTZ personalının ailə üzvünə və ya personalla əlaqədə olan hər hansı şəxsə müqavilənin icrasının verilməsi ilə bağlı hədiyyə və ya digər mənfəət verərsə və ya təklif edərsə, GTZ bu müqaviləni 8.3-cü bəndə uyğun olaraq dərhal ləğv etmək hüququna malikdir. Məsləhətçi/ekspert və ya onun hər hansı işçisi müqavilənin icrası ilə bağlı üçüncü şəxslərdən hədiyyə və ya digər mənfəət qəbul etdiyi halda da eyni qayda tətbiq olunur.


Yüklə 93,71 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin