Yerli Məsləhətçilər/Ekspertlərlə müqavilələrin standart şərtləri



Yüklə 93,71 Kb.
səhifə13/34
tarix07.01.2022
ölçüsü93,71 Kb.
#82842
1   ...   9   10   11   12   13   14   15   16   ...   34
10. Ödəniş haqqı və ödəniş şərtləri

10.1 Müqavilədə razılaşdırılmış ödəniş haqqı məcburidir.

10.2 Bir qayda olaraq, ödənişlər yalnız müvafiq formalar təqdim olunduqda aparılacaq. Bütün zəruri qəbzlər orijinal formada əlavə edilməlidir.

10.3 Hər hansı güzəştlər, ödənişlərin qaytarılması və bütün digər qiymətlərin aşağı salınması GTZ-ə çatdırılmalıdır.

10.4 Məsləhətçi/ekspert yekun hesab-fakturanı müqavilə və əməkdaşlıq üzrə məsul məmurun imzaladığı təhvil-təslim aktı ilə birgə müqavilədə razılaşdırılmış tapşırıq müddəti və ya müqavilədə işin tamamlanması üçün razılaşdırılmış müddət başa çatdıqdan dərhal sonra təqdim edir. Hesab-fakturanın yoxlanılması mümkün olmalıdır və bütün zəruri detallları (və bütün tələb olunan sənədli dəlilləri) əks etdirməlidir. Hesablar təqdim edildikdən dərhal sonra məsləhətçi/ekspert GTZ-in öhdəsinə götürdüyü məbləğdən artıq ödənilmiş məbləği GTZ-ə qaytarır.

GTZ-dən xəbərdarlıq məktubu aldıqdan sonra on beş (15) gün müddətində məsləhətçi/ekspert yekun hesab-fakturanı təqdim etmədiyi təqdirdə avans ödəniş haqqını dərhal geri ödəməlidir. Məsləhətçi/ekspertin ödənişlə bağlı tələbləri yalnız yekun hesab-faktura qəbul edildikdən sonra on beş günlük yoxlama müddəti başa çatdıqda ödənilə bilər. Hissəvi və ya yekun ödəniş ödənişlər ödənilə biləcəyi tarixdən otuz gündən gec olmayan müddətdə GTZ tərəfindən müəyyən edilən və zəruri olduqda, düzəldilən məbləğdə aparıla bilər.



10.5 Məsləhətçi/ekspertin müqavilə ilə bağlı yaranan ödəniş tələbləri GTZ-ə yazılı formada bir il müddətində bildirilmədikdə, onların iddia müddəti ötürülmüş hesab olunur. Məsləhətçi/ekspertın ödəniş tələbinin yaranması üçün əsas olan hallar barədə məlumat almasından və ya kobud ehtiyatsızlıq olmadan məlumat almalı olmasından asılı olmayaraq, iddia müddətinin axımı tapşırığın müqavilə müddəti başa çatan ilin bitməsi ilə və ya işin başa çatdırılması üçün müqavilədə müəyyən edilmiş tarixin təsadüf etdiyi ilin bitməsi ilə başlayır.


Yüklə 93,71 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin