Məsləhətçi/ekspert xaricdə Alman səfirliyi, Alman texniki və ya maliyyə əməkdaşlığı tədbirləri çərçivəsində tapşırıq ölkəsində cəlb edilmiş mütəxəssislərlə və çoxtərəfli təşkilatların nümayəndələri və ekspertləri ilə layihə/proqram tədbirləri üçün zəruri olan dərəcədə əməkdaşlıq etməyi öhdəliyinə götürür.
Məsləhətçi/ekspert beynəlxalq hüquq çərçivəsində Almaniya Federativ Respublikası ilə tapşırıq ölkəsi arasında bağlanmış müqavilələrə, habelə, tətbiq olunduğu hallarda, layihəni icra edən təşkilatla GTZ arasında bağlanmış layihənin icrasına dair müqaviləyə riayət etməyi öhdəliyinə götürür.