1.8 Şəxsi məlumatların GTZ tərəfindən ötürülməsi
Məsləhətçi/ekspert razılaşır ki, şəxsi məlumatlar GTZ tərəfindən istifadə ediləcək. Məsləhətçi/ekspert onun işçilərinin də onların şəxsi məlumatlarının istifadəsinə etiraz etməmələrini bəyan etmələrini təmin etməlidir. GTZ məlumatların mühafizəsinə təminat verir. Bu təşkilat tərəfindən şəxsi məlumatlar yalnız maddi və ya təşkilati səbəblər üçün zəruri olduğu dərəcədə istifadə ediləcək.
2. Personalın təyini və dəyişdirilməsi
Məsləhətçi/ekspert zəmanət verməlidir ki, o, və cəlb olunduqda, onun personalı tələb olunan tapşırıqları müvəffəqiyyətlə icra etmək üçün zəruri olan peşəkar və şəxsi keyfiyyətlərə malikdir. Ekspert bu tələblərə cavab vermədiyi və ya məsləhətçi/ekspert tərəfindən müqavilənin icrası ilə bağlı onun üzərinə qoyulan vəzifələri pozduğu halda GTZ personalın məsləhətçi/ekspert hesabına dəyişdirilməsini tələb etmək hüququna malikdir. Personalın məsləhətçi/ ekspertın təşəbbüsü ilə dəyişdirilməsi üçün GTZ-in əvvəlcədən alınmış yazılı razılığı tələb olunur ki, həmin razılığın verilməsindən yalnız tutarlı və kifayət edən əsaslar olduğu halda imtina edilə bilər.
Dostları ilə paylaş: |