3. İstifadə hüquqları/iş nəticələri ilə bağlı sənədlər
3.1 Məsləhətçi/ekspert müqavilənin icrası ilə bağlı hazırlanan və ya əldə edilən işin nəticələrini, o cümlədən araşdırmaları, layihələri, sənədləri, məqalələri, məlumatı, faylları, illustrasiyaları, çertyojları, hesablamaları, materialları və digər sənədləri (“iş nəticələrini”) təkrar nəşr etmək, yaymaq, ictimaiyyətə açıqlamaq, istifadə etmək və dəyişdirməklə bağlı qanuni müəlliflik müddətində müstəsna, güzəşt edilə biləcək, sublisenziya ilə verilə biləcək, məzmun baxımından qeyri-məhdud olan istifadə hüququnu GTZ-ə verir. Xüsusilə, GTZ iş nəticələrini çap və elektron şəkildə bütün məlum olan mətbuat vasitələri, o cümlədən qəzetlər, jurnallar, televiziya, radio və internet vasitəsilə təkrar nəşr etmək, yaymaq və dərc etmək hüququna malikdir.
3.2 İşin nəticələrini istifadə və istismar etmək üçün tələb olunduğu dərəcədə, məsləhətçi/ekspert həmçinin GTZ-ə məslətçi/ekapertin mövcud olan mənbələrindən (“mövcud nəticələr”) təmin edilən araşdırmalar, layihələr, sənədlər, məqalələr, məlumat, fayllar, illustrasiyalar, eskizlər, çertyojlar, hesablamalar və digər materialların 3.1-ci bənddə nəzərdə tutulan dərəcədə istifadəsi ilə bağlı müstəsna olmayan hüquq verir.
3.3 Layihənin/proqramın məsləhətçi/ekspert tərəfindən icrası üçün müqavilə çərçivəsində razılaşdırılmış ödəniş 3.1-ci bəndə uyğun olaraq istifadə hüququnun verilməsini də əhatə edir.
3.4 3.1-ci bəndin məqsədləri üçün işin nəticələri həmçinin müqavilənin icrasında məsləhətçi/ekspert tərəfindən yaradılan, uyğunlaşdırılan, əldə edilən və ya təmin edilən kompüter proqramlarını da əhatə edir. Yuxarıda göstərilən müddəalara uyğun olaraq GTZ-ə verilən istifadə hüququ xüsusilə proqramları yükləmək, nümayiş etmək, ötürmək, yaddaşda saxlamaq, uyğunlaşdırmaq, tərcümə etmək, dəyişdirmək və təkrar təsvir etmək hüququnu əhatə edir. İstifadə məqsədləri üçün məsləhətçi/ekspert GTZ-ə müvafiq baza kodunu və proqram sənədlərini təhvil verir, GTZ onların surətlərini üçüncü tərəflərə verə bilər.
3.5 3.1-ci bəndə uyğun olaraq istifadə hüququnun verilməsi öhdəliyi həmçinin məsləhətçi/ekspert xidmətlərin göstərilməsi üçün üçüncü tərəfi cəlb etdiyi hallarda da tətbiq olunur. Məsləhətçi/ekspert 3.1-ci bənddə müəyyən edilmiş dərəcədə GTZ-ə istifadə hüququnun verilməsi hüququna malik olmasını işin nəticələrinin hazırlanmasında iştirak edən bütün şəxslərə münasibətdə təmin etməlidir.
3.6 Məsləhətçi/ekspert işin nəticələrinin 3.1-ci bənddə müəyyən edilən dərəcədə onların istifadəsini məhdudlaşdıra biləcək üçüncü tərəflərin müəlliflik və ya digər hüquqları ilə yüklü olmamasını təmin etməlidir. Məsləhətçi/ekspert 3.1-ci bəndə uyğun olaraq istifadə hüququnun verilməsi və ya icrası ilə bağlı yaranan üçüncü tərəflərin iddialarına qarşı GTZ-i məsuliyyətdən azad etməlidir və müvafiq hüquqi müdafiə ilə bağlı yaranan GTZ-in bütün xərclərini kompensasiya etməlidir.
4. Dərclər
Layihə/Proqramla bağlı və ya layihə/proqramın çərçivəsində məslətçi/ekspertin tədbirləri ilə bağlı dərclər üçün, hətta təhvil-təslimdən sonra və ya tapşırıqla bağlı müqavilədə razılaşdırılmış müddət bitdikdən sonra da GTZ-in əvvəlcədən alınmış yazılı razılığı tələb olunur. Məslətçi/ekspertin ictimaiyyətlə əlaqələr işində istifadə üçün nəzərdə tutulmuş müqavilə işinin və tədbirlərin əhatə dairəsi ilə bağlı qısa xülasəsi üçün GTZ-in razılığı tələb olunmur. Bütün hallarda aydın şəkildə göstərilməlidir ki, tədbir Almaniya Federativ Respublikasının yardım etdiyi layihə/proqramla əlaqədar olaraq və GTZ təşkilatının tapşırığı ilə keçirilir.
Dostları ilə paylaş: |