Yol hərəkəti haqqında


Maddə 31. Nəqliyyat vasitələrinin saxlanılması



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə23/86
tarix06.05.2023
ölçüsü1,33 Mb.
#126467
1   ...   19   20   21   22   23   24   25   26   ...   86
yhq az 062743

Maddə 31. Nəqliyyat vasitələrinin saxlanılması 
I. Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri nəqliyyat vasitələrini duracaqlarda və qarajlarda, habelə yol 
hərəkəti təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və ictimai təhlükəsizliyin tələblərinə cavab verən yerlərdə 
saxlamalıdırlar. “Nəqliyyat vasitələrinin duracaqları və qarajlar haqqında” nümunəvi Əsasnaməni Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanı qəbul edir. 
II. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları: 
1) yaşayış məntəqələrinin layihələşdirilməsi zamanı nəqliyyat vasitələri duracaqlarının, habelə qarajlarının 
yollara bitişik ərazilərdə yerləşdirilməsini planlaşdırmalıdırlar; 
2) qarajların və ya duracaqların tikintisi üçün torpaq sahələrini bu barədə müraciət etmiş şəxslərin olduqları 
ərazinin və ya onların yaşadığı binaların yaxınlığında ayırmalıdırlar. 
III. Nəqliyyat vasitələri duracaqlarının, qarajlarının sahibləri nəqliyyat vasitələrinin toxunulmaz və təhlükəsiz şəraitdə 
saxlanılmasını təmin edirlər. Nəqliyyat vasitələri saxlanca qəbul edildikdən sonra onların müəyyən edilmiş qaydalara 
uyğun saxlanılmamasına görə duracaqların və dayanacaqların sahibləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə 
nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 
IV. Nəqliyyat vasitələri duracaqlarının, qarajlarının sahibləri: 
1) nəqliyyat vasitəsinin sahibindən və ya sürücülərindən nəqliyyat vasitəsinin saxlanılma qaydasına əməl 
olunmasını tələb etməlidirlər; 
2) saxlanılması üçün təqdim olunan nəqliyyat vasitəsinin xarici görünüşünü və komplektliyini, zərurət olduqda 
isə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, onu idarə edənin sürücülük vəsiqəsini yoxlamalıdırlar və onları 
hökmən qeydə almalıdırlar; 
3) nəqliyyat vasitəsinin sahibinə və ya sürücüsünə nəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə xüsusi 
sənəd verməlidirlər; 
4) yol-nəqliyyat hadisəsinə dair arayışın təqdim edildiyi hallardan başqa, banın hissələri zədələnmiş nəqliyyat 
vasitəsini saxlanca qəbul etməməlidirlər; 
5) nəqliyyat vasitəsi oğurlandıqda və ya qaçırıldıqda, müvafiq icra hakimiyyəti orqanlarına təcili məlumat 
verməlidirlər. 
V. Nəqliyyat vasitələrinin icazə verilməyən yerlərdə saxlanılması üçün sürücülər Azərbaycan Respublikasının 
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin