2017v3
31
IX. Yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat
vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından
kənarda geri dönərkən, yolun sol
kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ
kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat
vasitələrinə yol verməlidir.
X. Nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi
isə qaydalarda göstərilmədikdə,
sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir.
XI. Tormozlama zolağı olduqda, hərəkət istiqamətini dəyişmək istəyən sürücü vaxtında həmin zolağa keçməli və
yalnız burada sürəti azaltmalıdır. Yola giriş yerində sürətləndirmə zolağı olduqda, sürücü həmin zolaqla getməli və bu
yolla gedən nəqliyyat vasitələrinə yol verərək qonşu zolağa keçməlidir.
XII. Aşağıdakı hallarda geriyə dönmək qadağandır:
1) piyada keçidlərində;
2) tunellərdə;
3) körpülərdə, estakadalarda və onların altında;
4) dəmiryol keçidlərində;
5) ən azı bir istiqamətdə yolun 100 metrdən az hissəsi görünən yerlərdə;
6) ümumi istifadədə olan nəqliyyatın dayanacaq məntəqələrinin yerləşdiyi yerlərdə.
XIII. Nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər
iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir.
XIV. Yolayrıclarında və bu maddənin on ikinci hissəsinə əsasən, geriyə dönmənin qadağan edildiyi yerlərdə geriyə
hərəkət qadağandır.
XV. Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan
sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir.
Dostları ilə paylaş: